Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“ERMƏNİ BOKSÇUNU İRƏVANDA 10 SANİYƏYƏ NOKAUT ETDİM” - MÜSAHİBƏ

Azərbaycanda ilk peşəkar boksçu kimi tarixə düşən Fariz Məmmədov mənə örnəkdi

Peşəkar karyerası ərzində 15 görüşə çıxıb ki, bunların da 14-ü qələbə, 1-i isə məğlubiyyətlə nəticələnib. İlk məğlubiyyətdən sonra zədələndiyi üçün erməni boksçu döyüşə dəvət edib. Boyun qaçırmayıb və elə zədəli şəkildə döyüşə çıxıb. Karyerası ərzində 3 erməni döyüşçü ilə rinqə çıxıb ki, hər 3 döyüşdə rəqiblərini nokautla məğlub edib. Müsahibimiz 3 dəfə Dünya birinciliyi qazanmış peşəkar boksçu Rauf Ağayevdir.

- Peşəkar boks karyeranıza necə başlamısız? Bilirik ki, öncə həvəskar boksla məşğul olmusuz.
- Doğrudur, karyerama 2008-ci ildə də həvəskar boksla başlamışam. Lakin peşəkar boks məni daha çox cəzb edirdi. Bu səbəbdən 2009-cu ildə peşəkar boksa keçmişəm. Qeyd edim ki, o vaxt Azərbaycanda peşəkar boks olmadığından karyeramın inkişafı üçün Moskva şəhərinə getməli oldum. Orada “Peşəkar boks məktəbi”ndə özümü yetişdrdim. İlk görüşüm eston boksçuyla oldu. Həvəskar boksla peşəkar boks arasında böyük fərq olduğundan çətinliklə olsa da, ilk görüşdən qalib kimi ayrıla bildim.

- Karyeranızdakı 3 nokautun hamısı erməni boksçuları üzərindədir. Ermənilərə qarşı xüsusui motivasiya ilə döyüşürsüz? Yoxsa idmanı siyasətə qatmağın əleyhinəsiz?

- Bəli, özümdən asılı olmadan ermənilərlə döyüşə xüsusi şövqlə çıxıram. İlk dəfə erməni boksçu ilə görüşə çıxanda qələbə üçün alışıb-yanırdım. Həm 20% torpaqlarımız işğalda olduğundan, həm də rinqdə rəqibim olduğundan ona qarşı döyüşə 2 qat köklənmişdim. İlk və tək məğlubiyyətim olan rus boksçuyla duelimdən heç 1 ay keçməmişdi ki, erməni idman ictimaiyyəti məni döyüşə dəvət etdi. Zədələrim vardi və tam bərpa dövrü keçməmişdim. Onlarsa bundan istifadə etmək istəyirdilər. Görüş qədim torpağımız olan İrəvanda keçirilirdi və canlı yayımlanırdı. Lakin şükürlər olsun ki, onların bu planları baş tutmadı. Allahın izniylə həmin görüş cəmi 10 saniyə çəkdi. Və mən nokautla qalib gəldim.

- Boksda ideal kimi gördüyünüz şəxs varmı? Dünyada və ölkəmizdə kimi örnək alırsız?

- Dünyada idealım Roy Consdur. Onun döyüşlərini zövqlə izləyirəm. Azərbaycanda isə ilk peşəkar boksçu kimi tarixə düşən Fariz Məmmədov mənə örnəkdi. Ona bənzəmək mənə şərəf olar. Əvvəllər ona yaxın düşməyi belə xəyal edərdik. İndi isə onun yenidən peşəkar boksa qayıtmasından sonra onunla bir yerdə məşq etmək həyəcanvericidir.

- Ötən ay WBO kəmərini Yuri Voroninin əlindən aldınız. Nə hiss edirsiz?

- Bildiyiniz kimi Yuri Voronin dünyanın ən güclü boksçularından biridir. Hətta 1-ci raundda güclü zərbənin təsirindən yerə yıxıldım, noqdauna düşdüm. Gözümnən güclü zərbə almışdım. Sağ gözüm bir müddət görmədi. Həmyerlilərimizin böyük dəstəyi məni çox ruhlandırdı və getdikcə döyüşdə tam dönüş etdim. Nəticədə raundlardakı 9-1 hesablı böyük üstünlüklə qələbə çaldım və onun kəmərini əlindən almağa müyəssər oldum.

- Onun sizi revanş döyüşünə dəvət etdiyi mediada geniş səs-küy doğurub. Görüşə nə dərəcədə hazırsız?

- Bəli, dekabrın 22-də məni revanş döyüşünə çağırmışdı. Lakin zədəm tam sağalmadığından görüşü yanvarın axırlarına təxirə salmalı olduq. Döyüş Moskva şəhərində keçiriləcək. Həmyerlilərimizin güclü dəstək olacaqlarını bilirəm. Ümid edirəm ki, WBO kəməri Azərbaycana gəlibsə həmişə bizdə də qalacaq. İnşaallah qalib gələrək onun digər kəmərini də əlindən alacam.

- İdman həyatınızda qarşınıza qoyduğunuz məqsəd nədir? Və bu məqsədə çatmaqda dəstəyiniz nə dərəcədədir?

- Dostlar, yaxınlar hər zaman mənə mənəvi dəstək göstərirlər, sağ olsunlar. Müəllimim Zahid Əliyev də əlindən gələni edir. Maddi dəstəyə gəlincə isə, həqiqətən çox çətindir. Dövlət yalnız Həvəskar Boks Federasiyasına dəstək olur. Bizə isə qəpik də çatmır. Maddi dəstəyi ancaq iş adamı, idmanın dəstəkçisi Mübariz Mənsimovdan görürük. Allah belə diqqqətli şəxslərdən razı olsun.
Məqsədim isə ermənilərin bütün peşakar boksdakı məşhur idmançılarını yenməmiş boksdan getməməkdir. Bunu gerçəkləşdirəcəyimə inanıram!

- Sizə növbəti görüşdə və gələcək kariyeranızda da uğurlar arzu edirik.

- Çoxsağolun, minnətaram.

Aqşin İbrahimi

 






24 Dekabr, 2012  14:21 Baxılıb: 1687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner