Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

EMİL BƏDƏLOV: “ƏLİ VƏ NİNO”NU OXUDUM, AMMA BƏYƏNMƏDİM” – MÜSAHIBƏ – FOTOSESSİYA

.

 

“Nə oxuyursan?” rubrikasının budəfəki qonağı Emil Bədəlovdur. Müsahibə zamanı digər həmsöhbətlərimiz kimi Emil Bədəlov da “Siz məni ayıltdız. Yenidən kitab oxumağa marağım çoxaldı”- deyir. Emil Bədəlovla müsahibəni təqdim edirik.

- Kitab oxyursuz?
- Hə, çox oxumuşam

- Hansı kitabları?
- Ceyms Kuperin “Sonuncu Mogikan”, “Vəhşi heyvan ovçusu” əsərlərini oxumuşam.

- Nə vaxt oxumusuz?
- Adını çəkdiklərimi orta məktəbdə olanda oxumuşam. Son illərdə kitab oxumamışam.

- İndi oxumamağınız nə ilə bağlıdır?
- İndi oxumamağım, pul qazanmaq fikri ilə bağlıdır. Əvvəllər çox kitab oxuyurdum. Azərbaycan dilində oxuduğum kitablar çox azdır. Son vaxtlar öz dilimizdə “Əli və Nino”nu oxudum, amma bəyənmədim.

- O əsərdə bəyənmədiyiniz əsas cəhət nə oldu?
- Mənə elə gəldi ki, çox adi idi. O əsərdən zövq almadım.

- Yeri gəlmişkən, eyni adlı kitab mağazası var, olmusuz orada?
- Xeyr, reklamda görmüşəm, amma olmamışam.

- Dünya ədəbiyyatına daha çox üstünlük verirsiz, yoxsa Azərbaycan?
- Dünya.

- Dünya ədəbiyyatından ən sevdiyiniz əsər hansıdır?
- “Hərb və sülh”ü oxumuşam. Deyim ki, axır vaxtlar doğurdan ürəyim istəyir ki, yenidən başlayım kitab oxuyum. Kitab oxuyanda əsəblərim də sakitləşir. Özümü yaxşı hiss edirəm. Amma niyəsə alınmır.

- Sizin də vaxtınız yoxdur?
- Bəzən vaxt bəhanədi. İnsan istəyəndə hər şeyə vaxt tapır. Biz səhər 8-dən gecə 12-yə qədər işləmirik ki. Guya gündə bir saat kitaba vaxt ayıra bilmədik? Sadəcə olaraq nəyi isə fikirləşirsən, fikrin dağılır, alınmır. Kitabı gərək orta məktəb illərində, boş vaxtın daha çox olduğu illərdə oxuyasan. İndi bir az çətindir. Yenə də qeyd edim ki, insan istəsə vaxt ayıra bilər.

- Sevimli yazıçınız var?
- Desəm ki, hansısa bir yazıçını bəyənib, ancaq onun əsərlərini oxumuşam, yalan olar. Bircə Kuperin iki əsərini oxumuşam. Başqa əsərləri isə dost-tanışlardan kim məsləhət görüb, alıb oxumuşam. Hollandiyada yaşayan dostum var, o, həmişə mənə kitablar verərdi ki, oxuyum. Kitab oxumaq əladır.

- Azərbaycanın müasir yazıçılarından kimləri tanıyırsız?
- Tanımıram. Bircə Çingiz Abdullayevin adını eşitmişəm. Amma yazdıqlarından oxumamışam.

- Müasirlərdən deyil, ümumiyyətlə Azərbaycan ədəbiyyatından kimləri tanıyırsız?
- Anarı tanıyıram. Başqalarını yadıma sala bilmirəm.

- Orta məktəbdə rus bölməsində təhsil almısız?
- Bəli, Bülbül adına orta ixtisas məktəbində. O vaxtlar kitab oxumağa marağım çox idi. Oxuduqlarımın adlarını yadıma sala bilmirəm.

- Qiymətləriniz necə olub?
- Yeddinci sinifə qədər əlaçı olmuşam, ondan sonra məktəbin avara uşzaqlarına qoşuldum.

- Hansı fənnlərə marağınız daha çox idi?
- Yeddinci sinifə qədər demək olar ki, hamısına marağım olub. Ondan sonra isə qətiyyən oxumamışam. Bizim məktəb musiqi məktəbi olduğundan musiqiyə həmişə marağım olub, skripika çalırdım. Ali təhsilə gəlincə, Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr aktyorluğu fakultəsini bitirmişəm. Universitetə də qabiliyyət imtahanından aldığım “5”-lərin sayəsində qəbul olundum. Qəbul imtahanından topladığım bal az idi.

- Oxucuların hərəsini əsərdə bir obraz cəlb edir, daha çox ürəyinə yatır. Sizdə bu obraz hansıdı?
- Etiraf edim ki, yadıma sala bilmirəm. Amma siz məni ayıltdız. Yenidən kitab oxumağa marağım çoxaldı. Məsələn, indi Ernest Hemenqueyin “Əcəl zəngi” əsərini xatırladım. Bayaq qeyd etdiyim dostumun məsləhəti ilə oxumuşdum.

- Daha çox hansı əsərləri sevirsiz, romantik, dedektiv?
- Reallıqla bağlı olan əsərlər məncə daha yaxşıdır.

- Kitab təqdimatlarında olmusuz?
- Bir dəfə Sevinc Çılğının kitab təqdimatında olmuşam. Özü dəvət etmişdi. Başqa təqdimatda olmamışam.

Müsahibimiz kitabxanamızdakı kitablardan bir neçəsinin adını qeyd edib, alıb oxuyacağını dedi. Viktor Hüqonun “Səfillər”ini, Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” və bir neçə kitabın adını yazıb götürdü.



Fatimə Kərimli

 

 

 






7 Dekabr, 2012  16:08 Baxılıb: 2062 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner