Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NATİYA MİKADZE: «YAXINLARININ QƏBRİ ÜSTÜNƏ DİZAYN SİFARIŞ VERƏNLƏR OLUR»

.

Həmsöhbətim bir gürcü qızıdır. Beş ildən artıqdır ki, ölkəmizdə yaşayan, Azərbaycan dilini kifayət qədər yaxşı bilən, artıq adət-ənənlərə belə alışmış Natiya Mikadze. Natiyanın anası ukrayna əsilli rus yazıçısı Qoqolun nəslindəndir. Elə onun da soyadını daşıyır: Tamara Qoqol. Natiya özü də hərdən hekayələr yazır. Amma hələ ki, çap elətdirmək barədə düşünmür.
Yaşıllaşdırma şirkətlərinin birində landşaft dizayneri işləyir. Bir dəfə təsadüfən Natiya öz işinin qəribə tərəflərindən danışdı. Danışdıqları o qədər maraqlı gəldi ki, söhbətimizi müsahibəyə çevirmək qərarına gəldim.


- Natiya, necə oldu ki, Azərbaycana gəldiniz?

- Artıq beş ildən çoxdur ki, Azərbaycandayam. Əvvəl ailəm bura köçdü, sonra özüm də gəldim.

- Azərbaycan dilini yaxşı bilirsən. Özündə də artıq azərbaycanlılara xas xasiyyətlər, vərdişlər əmələ gəlib deyəsən...

- Hə, maraqlıdır, Gürcüstanda məni azərbaycanlı, Azərbaycanda məni gürcü hesab eləyirlər. Özüm də çaş-baş qalmışam: Tiflisdə Bakı haqda danışanda «bizdə» deyirəm. Bakıda isə Gürcüstan barədə danışanda «bizdə» deyirəm. Artıq haralı olduğuma qərar verə bilmirəm.

- Natiya, əvvəlcə öz işinin mahiyyəti barədə bir az məlumat verə bilərsən?

- Mən bu işi təsadüfən tapmışam. Əslində yaşıllaşdırma mənim ixtisasım deyil. Bekarçılıqdan kompüter proqramlarını öyrənirdim. Bəzi proqramlar sənə imkan verir ki, fantaziyalarını virtual da olsa, gerçəkləşdirəsən. Bu proqramlarda əyləncəyə o qədər uydum ki, bir də baxdım - atıq çox şey bacarıram. Həmçinin kompüterdə gözəl bağlar salmağı, həyətlər, yollar, cığırlar, xiyabanlar qurmağı. Sonra təsadüfən bu işlərlə məşğul olan şirkətlərin birində işə düzəldim. İşə başlayandan sonra gördüm ki, məsələ təkcə kompüterdə işləməklə bitmir. Sonra əsl iş başlayır: torpaq, canlı təbiət, otlar, kollar və ağaclarla iş...

- Azərbaycanda belə yaşılaşdırma şirkətlərinin xidmətlərindən istifadə edənlər tapılırmı? Axı biz belə şeylərə o qədər də alışmış, belə ənənələri olan xalq deyilik.

- Bilirsiz, getdikcə bəzi təbəqələrin maddi yaşayış tərzi yüksəlir. İnsanlar xaricə çıxır, oradakı bağları, həyətləri görür. Sonra eynisindən özü də istəyir. Bir də ki, indi varlı adamlar üçün dizaynersiz bağ salmaq, həyəti, yolları düzəltmək prestijli sayılmır. Mən bunları Gürcüstanda danışanda onlar da təəcüblənir ki, yəni doğrudanmı azərbaycanlılar o qədər varlıdır ki, balaca bir bağ salmaq üçün dizayner çağırır, xaricdən ağaclar, kollar gətirirlər? Amma doğrudan da belədir, kifayət qədər müştərimiz var.

- Maraqlıdır, onlar daha çox nə istəyirlər?

- Palmalar, ekzotik kollar, nadir çiçəklər. Çox vaxt elə şeylər sifariş verirlər ki, o bitkilərin burdakı torpağa, iqlimə uyğunlaşması çox çətin olur, diqqət, zəhmət, fərqli qulluq tələb eləyir. Bəzən bir ağac növündən bir bağda bitirmək üçün həmin ağacdan bir neçə dənə, bir neçə dəfə əkməli oluruq. Olduqca çətin işdir. Amma açığını deyim ki, o ağacların, güllərin nazı ilə oynamaq, müştərilərin nazı ilə oynamaqdan qat-qat xoşdur.

- Maraqlıdır, müştərilər sizi nə ilə incdirlər ki?

- Bəzən onlar dözülməz dərəcədə kaprizli olurlar. Bəzən də ən sadə şeyləri başa düşmürlər. Baxırsan ki, ciddi adamdı, bahalı maşında gəzir, brend paltarlar geyinir, bahalı saat taxır, beş mərtəbəli evi var, evdə bir neçə nəfər qulluqçu saxlayır. Amma heç cür başa düşmür, başa düşmək istəmir ki, ağacların çoxu payızda yarpaqlarını tökür və qış yuxusuna gedir. Tələb eləyir ki, yox e, mənim bağım qışda da, nəinki qışda, ümumiyyətlə, bütün fəsillərdə yamyaşıl olsun. Deyirsən, yaxşı, onda gəlin bağınızda iynəyarpaqlı ağaclar, ya da qışda da yaşıl qala bilən ağaclardan əkək - onda bağınız yay-qış yaşıl olacaq. Razılaşmır. Deyir: Yox! Mən məhz bu ağacı istəyirəm! Bu qədər pul xərcləmişəm, deməli, bu ağac qışda da yaşıl olmalıdır.

- Qəribə sifarişlər verən müştərilər olurmu?

- Bu yaxınlarda çox qəribə bir sifariş aldım. İşə çatanda direktor mənə bir telefon nömrəsi verdi. Dedi ki, müştərinin nömrəsidi, ona zəng elə. Direktor artıq müştəri ilə danışmışdı, indi də mən dizayn tələb olunan sahəyə gedib, onun nə istədiyini öyrənməli idim. Müştəriyə zəng elədim. Gün və saat təyin elədik. O, görüş təyin elədiyimiz yerdə - məni öz maşınında gözləyirdi. Qara, bahalı bir maşında oturmuşdu. Uzun saqqalı vardı - fikirləşdim ki, yəqin dindardı. Sonra düşündüm ki, mənə nə var, özü bilər. Görüşdük, sonra dedi ki, maşınınızı mənm arxamca sürün, sizi obyektə aparım. Xeyli getdik. Qəfildən baxdıq ki, bir qəbristanlığa gəlib çıxmışıq... Əməlli-başlı təəccübləndim. Fikiləşdim ki, yəqin burdan kəsə yol var. Amma o maşını saxlayıb, düşdü. Sonra maşından uzun, qara paltarlı bir qadını düşürdü. Bizə də işarə elədi ki, düşək. Qəbristanlıqdan çox qorxuram. Hətta atam dəfn olunanda belə, qəbristanlıqda çox az qaldım. İndi də çox pis olmuşdum. Amma birtəhər düşdüm. Məlum oldu ki, müştəri dizaynı hansısa qohumunun (qara mərmər başdaşının üstünə çox kədərli gözləri olan yaşlı bir qadın şəkli var idi) qəbrinin üstü üçün istəyir. Sifarişçi isə maşından düşən qara paltarlı qadın idi. O qayınanasının qəbrinin üstünü qara mərmərlə götürüb, mini bağça salmaq istəyirdi ki, əri tərəfdən onun yaxşı gəlin olduğunu desinlər.

Söhbətləşdi: Günel Mövlud






27 Noyabr, 2012  18:20 Baxılıb: 1582 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner