Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜLYAZ MƏMMƏDOVA: “...İSTƏYİRDİM Kİ, ONLARI PARÇALAYIM”

“Yeni kitablarla bağlı şikayətim var”

Tanınmış mədəniyyət və incəsənət, həmçinin şou-biznes nümayəndələri kitab oxumadıqları üçün daha çox qınağa tuş gəlirlər. Simsar.az yeni rubrikaya start verir. “Nə oxuyursan?” rubrikasında mədəniyyət və incəsənət, həmçinin şou-biznes nümayəndələrinin hansı mahnıları yox, hansı kitabları oxuduqları və hansı kitabları oxumaq istədiklərini öyrənməyə çalışacağıq. Rubrikamızın ilk qonağı əməkdar artist Gülyaz Məmmədovadır.

- Fatimə Kərimli: Orta məktəbdə necə oxumusuz?

- Mənim orta məktəb illərim Sovet Hakimiyyəti illərinə təsadüf edib. 1977-1986-cı illərdə təhsil almışam. Bizdə məktəb on illik idi. Biz oktyabryat, pioner olmuşuq. İndi belə şeylər yoxdur. O vaxtlar Heydər Əliyevin qərarı çıxmışdı ki, ustedadlı uşaqları musiqi məktəblərinə cəlb etsinlər. Onda biz də müsabiqələrə qatılmışdıq. Orta məktəbdə həm yaxşı oxuduğum, həm də pis oxuduğum fənnlər var idi. Tarix, ədəbiyyat fənnlərini və Azərbaycan dilini daha yaxşı oxuyurdum. Amma etiraf edim ki, riyaziyyat fənnində bir az çətinlik çəkirdim. 

-
Fatimə Kərimli: Ədəbiyyat dərslərində sinifdənxaric oxulara marağınız necə idi?

- Sinifdənxaric oxu kimi oxuduqlarımın adlarını sadalaya bilməyəcəm. Çünki unutmuşam. Amma yadımdadır ki, oxuyurdum. Müəllimlər tapşırırdı, kitabxanada oxuyurduq və dərsdə cavab verirdik. Ümumilikdə romanları povestləri çox oxumuşam.

- Fatimə Kərimli: Hansı əsərləri oxumusuz? Əsasən hansı müəlliflərə üstünlük verirsiz?

- Vidadi Babanlı, Əlibala Hacızadə ən çox oxuduğum müəlliflərdən idi. Rus yazıçılarının da əsərlərini oxuyurdum, amma Azərbaycanca. Çünki rus dilində çətinlik çəkirdim. Evdə böyük kitabxanam var idi. Hətta bir dəfə belə bir hadisə baş vermişdi: bacım kitabxanada işləməyə başalayanda məndən xəbərsiz kitabların hamısını aparıb, dövlətin hesabına keçirmişdi. Bu da mənə çox pis təsir etmişdi. Hirslənmişdim ki, onlar mənim sevimli kitablarımdır, onları vərəqləməkdən zövq alırdım. Hələ də kəndə gedəndə mən o şkafa keçmişin xatirəsi baxıram.

- Fatimə Kərimli: Dünya ədəbiyyatından hansı müəllifləri oxuyurduz?

- Puşkini oxuyurdum. Başqa... İnanın ki, hamısının adı dilimin ucundadır, amma yadıma düşmür ki, deyim. “Bir gəncin manifesti”ni (dünya ədəbiyyatından? – F.K.) oxumuşdum. Sonradan musiqi təhsili almağa başlayandan sonra ədəbiyyatdan bir az uzaqlaşdım, ona görə də qarışdırdım, unutdum.

- Fatimə Kərimli: Sevimli əsəriniz hanısıdr?

- Əsərlər də oxuduğum mahnılar kimidir. Hərəsində bir xüsusiyyəti, bir cəhəti bəyənirəm. Elə bir əsər yoxdur ki, onu oxuyum və deyim ki, bundan böyük əsər yoxdur. Hanmısını eyni dərəcədə sevirəm. Mahnılar barədə də soruşanda “hansını daha çox sevirsən?”, cavab verə bilmirəm. Çünki hər birində özünəməxsus möhtəşəmlik var. Fikirləşirsən ki, həmin sənətkarlar nələr yaradıb?

- Fatimə Kərimli: Hərə bir əsəri ayrı cür qiymətləndirir. Biri romantik mövzulu əsərləri sevir, başqa biri dedektiv janrına üstünlük verir. Siz hansını daha çox bəyənirsiz?

- Əvəllər romantik əsərləri, romanları çox oxuyurdum. Məndə hamısı var. Dedektiv filmlərə baxıram, elə əsərlər də oxumuşam. “Üçatılan”ı (dedektiv? – F.K.) oxumuşam. İlyas Əfəndiyevdən başqa əsələr də oxumuşam. Elə əsərlər var ki, onları filmə çəkiblər. Bunlardan bəzisini oxumuşdum. Hamıya deyirdim ki, filmdə düz çəkməyiblər, əsərdə belə bitmir.

- Fatimə Kərimli: Sevdiyiniz obrazlardan hansının adını çəkə bilərsiz?

- Həmişə baş qəhrəmanları sevirdim. Mənfi obrazları oxuyanda istəyirdim ki, onları parçalayım.

- Fatimə Kərimli: Elə bir obraz olubmu ki, onda özünüzü tapmısız? Düşünmüsüz ki, bu mənəm?

- Olub, çox olub. Amma təəssüf ki, heç birini xatırlaya bilmirəm. Siz sual verən anda yadıma sala bilmirəm.

- Fatimə Kərimli: Son vaxtlar kitaba vaxt ayırırsız?

- Əsasən qəzetləri, yeni çıxan şeirləri, qəzəlləri və məqalələri oxuyuram. Diqqətimi çəkən qəzəl və şeirləri qeyd edib, götürürəm. Amma son günlər işimin çoxluğundan hətta qəzetə də vaxt ayıra bilmirəm.

- Fatimə Kərimli: Yeni çıxan kitablardan hansılar barədə məlumatınız var?

- Yeni kitablarla bağlı mənim bir az şikayətim var ki, mən bəzi müəlliflərin qəzəllərini latın qrafikalı nəşrini tapa bilmirəm. Məsələn, Əliağa Vahidin qəzəllərinin toplandığı kitabın latın qrafikası ilə olan nəşrini tapa bilmirəm.

- Fatimə Kərimli: Müasir Azərbaycan Ədəbiyyatından, yeni yazıçı və şairlərdən kimləri tanıyırsız?

- Arif Buzovnalı, qəzəlxandır. Hacı Ələmdar, Hacı Qəzənfər, İnqilab Nadirli. Bunlar şeir və qəzəl müəllifləridir. Yazdıqlarına gəlincə, məncə tənqid etmək laızmd eyil. Yaxşı yazırlar. Onlara kömək lazımdır. Gənc xanəndələrin tanınmaq üçün reklama ehtiyacı olduğu kimi onların da reklama ehtiyacı var.

- Fatimə Kərimli: Yeni şairlərdən Günel Mövludu tanıyırsız?

- Bəli, bəli. Xanımlardan Qənirə Paşayeva da yaxşı yazır. Bu dəqiqə yazan daha çoxdur. Peşəkar da var, həvəskar da.

- Ruslan Xəlil: “Əli və Nino” əsərini oxumusuz? Eyni adda kitab mağazası da var.

- Hardadır o?

- Ruslan Xəlil: Bakıda çox yerdə var, Nizami küçəsində.

- Orada hər kitab var?

- Ruslan Xəlil: Bəli var. Qəşəm Nəcəfzadənin şeirlərini oxumusuz?

- Onun sözlərinə mahnılar oxumuşam.

- Ruslan Xəlil: Ramiz Rövşəni necə, bəyənirsiz?

- Bəli, gözəl şairdir.

- Ruslan Xəlil: Salam Sarvanın şeirləri barədə nə düşünürsüz?

- Siz dedikcə bir-bir şairlər yadıma düşür (gülür).

- Ruslan Xəlil: Salam Sarvanın 70-ə yaxın yaşı olar?

- Hə, Salam gör nə vaxtın Salamıdır. Amma yaşını dəqiq bilmirəm.

- Ruslan Xəlil: Seymur Baycanı tanıyırsız? Macar yazıçısıdır.

- Macarıstanın Muğam Mərkəzindəki tədbirində elə bir adam olub. Oranın təmsilçisi kimi gəlmişdi. Amma mən yaxından tanış olmadım. Bacan, yoxa Baycan?

- Ruslan Xəlil: Deyəsən, Bacandır.

- Baycan adı daha çox tanış gəlir.

***

Gülyaz Məmmədova: Fatimə, qızım, sən məni kitab oxumağa çox həvəsləndirdin. Bundan sonra çalışacağam ki, heç olmasa gündə bir dəfə kitab oxuyam və vaxt tapan kimi kitab mağazalarına baş çəkəm.


Fatimə Kərimli,
Ruslan Xəlil

 






8 Noyabr, 2012  21:15 Baxılıb: 3133 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner