Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SƏLÇUQ YÖNTƏM: “SERİALLARDA ROL ALIRLAR ELƏ BİLİRLƏR ARTIQ AKTYORDULAR...” - FOTOSESSİYA

.

Türkiyəyə səfər edərkən oranın ən tanınmış sənət adamları ilə görüşəcəyimizi qarşımıza məqsəd qoymuşduq. Bu dəfəki qonağımızla da həmin səfərdə görüşmüşdük. Qardaş ölkənin populyar aktyorlarından olan, ölkəmizdə də geniş tamaşaçı auditoriyası toplayan Səlçuq Yöntəm “Simsar”-ın suallarını cavablandırır.

- Necəsiz?

- Çox sağ olun yaxşıyam. Hər günümüzə şükr edirik. Azərbaycandan gəlmisiniz, eşitdim çox sevindim, şad oldum. Azərilər cox hörmətcil insanlardır. Mən Azərbaycana 1992-ci ildə gəlmişdim teatrımızla birgə. O vaxtdan bu günə kimi getməmişəm. Yenə fürsət düşsə yaxşı olar, bir daha getmək istəyirəm Azərbaycana. Bakınız cox gözəldir. Məlumatım var ki, orada mənim çəkildiyim “Aşkı-Məmnu” serialı böyük maraq və sevgi ilə izlənib...

-Doğrudur, Adnan Ziyagili rolunuz azəri tamaşaçıları tərəfindən çox sevilib. Hazırda işlərinizdə hansı yeniliklər var?

- Ha-hazırda “Uçurum” adlı bir filmdə oynayıram, Türkiyənin ATV kanalında yayımlanır.Eyni zamanda Star televiziyasinda “Böyük risk” yarışma proqramının aparıcısıyam.

- Azərbaycanda tandığınız sənət dostunuz var?

- Təəssüf ki, tanıdığım sənət dostum yoxdur. Əslindəı sual edə bilərsiniz ki, televizor vasitəsiylə tanış ola bilərsiz. Ancaq təəssüflər olsun ki, televizora baxmağa vaxtım olmur. Hətta öz filimlərimə belə baxa bilmirəm. İnşallah, Azərbaycana gəlsəm, tanımaq imkanım yaranar yəqin ki, o zaman tanış olarıq.

- Filmlərimizdən də baxdığınız yoxdur?

- Burada Azərbaycan Dövlət kanalı yayımlanır, bəzən ona baxıram. Təbii ki, Azərbaycanın çox gözəl mədəniyyəti var. Tarixi mədəniyyət abidələriniz var. Azərbaycan mənim üçün həımişə maraqlı ölkə olub. Çünki biz qardaşıq. İnsanlarınız çox kübar qonaqpərvərdirlər. Yeri gəlmişkən, qardaş ölkədən film təklifi gəlsə sevə-sevə gedərəm. Yaxşı ssenari və rejissorlar Azərbaycanda da var.


“Tamaşaçı mənə nifrət etmişdi...”


- Azərbaycanda olarkən xoşunuza gələn nə oldu?

- İnsanlardakı istilik məni valeh etdi.

- Son illərdə Türkiyə filmləri inkişaf etdi. Sizcə buna səbəb nə oldu?


- Çünki yaxşı ssenarilər yazıldı, yaxşı rejissorlar yetişdi. Əlbəttə ki, ssenari və rejissor yaxşı olarsa aktyorun da oyunu uğurlu alınacaq. Burada telekanalların da rolu çox oldu. Ümumiyyətlə işə məsuliyyətlə və ciddi məşğul olunsa, uğurlu nəticə əldə etmək olar. Düz qeyd etdiniz, bu gün türk filmləri beyinalxalq aləmdə uğur qazanıb. 

- Necə düşünürsünüz bu irəlidə Hollivuda çatmaq istəyindən xəbər verir?

- Niyə də olmasın? Hollivud bu sahədə çox böyük uğur qazanıb. Türk filmi əlbəttə ki, buna nail olacaq.

- Sizi mənfi və müsbət rollarda görmüşük. Hansı rolu oynamaq sizi əsəbləşdirər?

- Mənim üçün fərqi yoxdur. Bütün rolları oynayaram yetər ki, ssenari və çəkiliş yaxş olsun.

- Tamaşaçının sizə nifrət etdiyi rolu oynamısız?

- Bəli, elə bir rolum var. Tamaşaçı mənə nifrət etmişdi. Onu da deyim ki, mənfi rolu oynamaq özü məharət istəyir. Tamaşaçıda nifrəti qazanmaq çox çətindir. Sənə nifrət edirlərsə deməli rolunun öhdəsindən gəlmisən.

- Məcbur oynadığınız rol olub?

- Yox elə bir şey olmayıb. Çünki mən işimi sevərək görürəm. Həm də oynayacağım rolları özüm seçirəm. Yəni təklif gəlir, bəyənməsəm oynamıram.

- Adnan rolunuz bizdə də çox bəyənildi...

- “Aşkı-Memnu” türk ədəbiyyat romanılarından biridir. Sevilən əsərdir. Ordakı Adnan güclü, quvvətli pulu olan bir iş adamıdır. Ailəsini, övladlarını və həyat yoldaşını çox sevir. Amma həyatın bəzi qanunları əlaqələri başqa yerlərə gətirir. Adnan çox saf və aldadılan bir adamdır. Əslində isə onu aldadanlar özlərini aldadırlar.

- Adnanla Səlcuk bəy arasında ortaq nələr var?

- O Adnan bəydir (gülür).

- Bəs Səlcuk bəy necə insandı?

- Gördüyünüz kimiyəm.

- Hec özünüzü oynamsız?

- Demək olar ki özümü oynayıram başqa Səlcuk oynamıram.

- Özünüz haqqında daha nələri deyə bilərsiz?

- Bir insanın özünü tərif etməsi çox çətindir. Sadəcə onu deyə bilərəm ki, həyatı çox sevən, sadə, təbiətə bağlı insanam. Yaxşı nə varsa sevirəm. İnsanlarla çox yaxın münasibəti, kömək etməyi, paylaşmağı sevirəm


“Ata - qız daha yaxşıdı”


- Neçə ildi aktyorsuz?

- 36 il. Sənətimi çox sevirəm.

- Gənc aktyorları bəyənirsiz?

- Bəyənirəm, amma təcrübələri azdır. Seriallarda rol alırlar elə bilirlər aktyordular. Gənclər sənətə teatrdan başlasalar daha yaxşı olar. Mən özüm də uzun illər Dövlət Teatrında işləmişəm. Teatr sütündur aktyor üçün.

- Özəl həyatınızda kimlər var?

- Dostlarım, qızım var. O da aktirisadı.

- Qızınız adı nədir? Populyardır?

- Özünə görə tanınır. Adı İraz Yöntəmdir. Hazırda dövlət teatrında işləyir. Bir neçə il əvvəl bir serialda da rol almışdı.

- Qızınızın aktyorluğun bəyənirsiz?

- Çox gözəl yolla irəliləyir, uğurlu olacağına əminəm.

- Bərabər bir filimdə çəkilmək istəmirsiz?

- Yox.

- Niyə?

- Həyatda ata qız kimi qalmaq daha yaxşıdı (gülür)...

İradə Nurəddinqızı 
“SİMSAR” jurnalı






24 Oktyabr, 2012  15:39 Baxılıb: 1917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner