Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MÜBARİZ QURBANLI: «AZƏRBAYCAN MÜXALİFƏTİNDƏ İVANİŞVİLİ KİMİ LİDER YOXDUR»

«İlham Əliyev elə bir siyasət yürüdür ki, xalqın müxalifəti dəstəkləməsi üçün heç bir səbəb qalmır»

Gürcüstanda keçirilən parlament seçkilərində müxalifəti təmsil edən Bidzina İvanişvilinin rəhbərlik etdiyi «Gürcü arzusu» koalisiyasının qalib gəlməsi və prezident Saakaşvinin rəhbərlik etdiyi partiyanın müxalifətə keçməsi bu ölkənin siyasi həyatında önəmli izlər buraxdı. Yeni hökumətin Gürcüstanın yaxın qonşuları, o cümlədən Azərbaycanla münasibələri necə quracağı və ya əksinə qonşu dövlətlərin yeni hökumətlə əlaqələrinin hansı tərzdə olacağı maraq doğurur.
Simsar.az saytı Gürcüstandakı seçkilər, yeni hökumətlə rəsmi Bakının quracağı münasibətlər və digər məsələlərlə bağlı YAP icra katibinin müavini Mübariz Qurbanlıdan müsahibə alıb.


- Gürcüstanın yeni hökumətilə rəsmi Bakının münasibətlərində hansısa dəyişikliklər gözlənilir?

- Gürcüstandakı seçkilərin artıq nəticələri bəllidir. İvanaşvilinin rəhbərliyi etdiyi «Gürcü arzusu» koalisiyası seçkilərdə qalib gəldi. Saakaşvili partiyasının müxalifətə keçdiyini bəyan edib. Amma o, prezident olaraq qalır. Hökuməti isə seçkilərdə qalib gələn partiya quracaq.
Müxalifətin lideri Bidzini İvanaşvili mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanla münasibətləri daha da inkişaf etdirəcək. O, həm daxili, həm də xarici siyasətdə fundamental dəyişikliklər etməyəcəyini bəyan edib. Azərbaycanın Gürcüstanda münasibətləri həmişə yaxşı olub. Bundan sonrakı münasibətlər əvvəlki münasibətlərin əsasında qurulacaq. İki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr qarşıdakı illərdə daha da inkişaf etdiriləcək.

- Saakaşvili Qərbin adamı, demokrat prezident imici qazanmışdı. Onun seçkilərdə məlğul olmasını nə ilə əlaqələndirərdiz?

- Saakaşvilinin rəhbərlik etdiyi partiyanın seçkilərdə məğlub olmasına hakimiyyətin xarici və daxili siyasətindəki problemlər, iqtisadi durum, hətta həbsxanada baş verən işgəncə olayı videosu müəyyən qədər təsirlər göstərsə də, əsas səbəblər heç də bu deyil. Bilirsiz ki, Saakaşvilinin hakimiyyətə gəlməsilə Rusiya ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələr pozuldu. Gürcü burjaziyaları, iş adamları iqtisadi əlaqələrin pozulmasından ciddi əziyyət çəkdilər. Rusiya MDB ölkələri, o cümlədən, Gürcüstan üçün böyük bazardı. Düzdür, Gürcüstanın Azərbaycan, Türkiyə və Qara Dəniz vasitəsilə dünya okeanına çıxış imkanları var. Amma bütün bunlar milli burjaziyaların Rusiya ilə əlaqələrinin qurmasına imkan vermirdi. Belə olan halda sahibkarlar, iş adamları Saakaşvilinin siyasətinə qarşı çıxdılar. Göründüyü kimi, bu da öz effektini seçkilərdə göstərdi.

- İvanaşvili Rusiya-Gürcüstan münasibətlərini yoluna qoya biləcəkmi?

- Abxaziya və Cənubi Osetiya münaqişələrini nəzərə alaraq deyə bilərəm ki, Gürcüstan-Rusiya münasibətləri münaqişə həll olunmayana qədər nizama düşməyəcək. Bununla belə İvanaşvili Rusiya ilə iqtisadi münasibətləri yaxşılaşdırmağa cəhd göstərəcək. Hesab edirəm ki, Rusiya da Gürcüstanın yeni hökuməti ilə əməkdaşlıq edəcək.

- Azərbaycan müxalifəti Gürcüstanda müxalifətin qalib gəlməsini demokratiyanın göstəricisi hesab edir və belə bir seçkinin ölkədə də keçirilməsini vacib sayır…

- Azərbaycanda müxalifət dünyanın hansı nöqtəsində nə baş verirsə, onun ölkədə tətbiq olunmasına, ondan yararlanmağa çalışır. Bu anormallıqdır. Gürcüstanda demokratik seçkilər keçirilib və müxalifət qalib gəlib. Müxalifət seçkilərdə qalib gəlmək istəyirsə, Gürcüstandakı müxalifət kimi nüfuza sahib olmalıdır. Gəlin görək, müxalifətdə İvanaşvili kimi milli maraqları hər şeydən üstün tutan siyasətçi, lider varmı? Azərbaycanda müxalifətin nüfuzunu artırmaq, tərəfdar toplamaq üçün hər cür imkan var. Amma onların fərdi keyfiyyəti, əməlləri və keçmişdəki fəalliyyətləri nüfuz qazanmalarına imkan vermir. Vaxtilə müxalifət Saakaşvilinin, Yuşşenkonun hakimiyyətə gəlmələrinə sevinirdi, sonra onların müxalifət tərəfindən məğlub olmalarına da sevindilər. Müxalifət emosiyalarla idarə olunur. İrəli sürdükləri tezislər, ideyalar xalqın qəlbində iz buraxa bilmir. Həmçinin prezident İlham Əliyev elə bir siyasət yürüdür ki, xalqın müxalifəti dəstəkləməsi üçün heç bir səbəb qalmır. Cəmiyyət boş-boş vədlərə deyil, real işlərə, gözlərilə gördüklərinə inanırlar.


Ruslan XƏLİL






3 Oktyabr, 2012  20:01 Baxılıb: 1446 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner