Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FİRUZƏ ZƏKİ: “EVİM OLMADIĞI ÜÇÜN UŞAQ BAĞÇASINDA QALIRDIM” – MÜSAHİBƏ

“İncəsənət Universitetinin 3-cü kursunda təhsil aldığımdan bunu edə bilmərəm...”

Vaxtilə “Çal-çağır” verilişinin aparıcılarından biri olmuş, müxtəlif telekanallarda çalışmış və ömrünün 5 ilini Gənc Tamaşaçılar Teatrına həsr etmiş Firuzə Zəkinin ölkəni tərk edəcəyi xəbərini eşitdik. Məlumatı dəqiqləşdirmək üçün onunla görüşmək qərarına gəldik. “Həyat varsa” serialında daha da məşhurlaşan Firuzə xanım Azərbaycanda istədiyini ala bilmədiyini, hətta burdakı problemlərindən yorulduğunu söyləyir. Firuzə Zəki ilə müsahibəni təqdim edirik: 

Firuzə xanım eşitdik ki, burdakı problemlərinizlə bağlı ölkədən getmək istəyirsiz. Hansı problemləriniz var?

- Mən özüm Bakıda doğulmuşam. 10 ildir ki, həyat yoldaşımı itirmişəm. Oğlumla tək qalmışam. Nə öz ailəm, nə də yoldaşımın ailəsi tərəfindən heç bir köməklik görmürəm. Kobud da olsa deyim ki, ailələr tərəfindən imtina olunmuşuq. Mən 5 il Gənc Tamaşaçılar Teatrında işləmişəm, gecələr də uşaqla orada qalmışam. Sonra uşaq baxçaya getdi, bir müddət də uşaq baxçasında qaldım. Uzun illər çətin vəziyyətdə yaşamışam. Amma indi kirayədə qalıram. Çünki kinostudiyada işləməyə başladım və gəlirim bir az artdı. Həm də ki, artıq baxçada qalmağa icazə vermirdilər. Problem odur ki, bizə yiyə duran yoxdur. Mən hər yerə müraciət etmişəm, məktublar yazmışam, həm prezidentə, həm də onun xanımına. Xahiş etmişəm ki, heç olamsa yataqxanada bir otaq ev versinlər, amma cavab gəlmədi.

- Yoldaşınız rəhmətə getməmişdən əvvəl harada yaşayırdınız?

- Mən yoldaşımla ailə quranda onun ailəsi ilə bir yerdə Hövsanda yaşayırdıq. Yoldaşım əsgərlikdə olan vaxt onunla evlənmişik. O, Gəmiçilik Akademiyasını bitirib, əsgər getmişdi. Əsgərlikdən gələndən sonra biz VVAQ-a ərizə yazdıq, amma bu zaman mən artıq onların evində gəlin idim və ana olmağa hazırlaşırdım. Uşaq doğuldu, biz doğum haqqında şəhadətnaməni aldıq və bir ay gözlədik ki, öz nigah haqqında şəhadətnaməmizi alaq. Bir ay keçmədən yoldaşım vəfat etdi. Biz rəsmi nigaha çata bilmədik. Mənim çətinliklərim də elə buna görə oldu. 

- Bəs necə oldu ki, evsiz qaldınız?

-Yoldaşım rəhmətə gedəndən 40 gün sonra onun ailəsi dedi ki, çıx evimizdən. Mən daha sonra məhkəməyə müraciət etdim. Ev istəmirdim sadəcə olaraq az müddət də olsa o evdə yaşadığıma görə yoldaşımın ailəsindən kömək istəyirdim. Amma onlar mənə heç bir kömək etmədi.

- Necə oldu ki, Türkiyədən dəvət aldınız?


- Mən son vaxtlar Xəzər tv-də “Həyat varsa” serialında çəkilirdim. Serialın rejissoru Türkiyə vətəndaşıdır. Onunla söhbət etdim, özüm haqqında məlumat verdim. O mənə məsləhət gördü ki, Türkiyənin məşhur aktyoru Müjdet Gezene müraciət edim. Dedi ki, o, kimsəsizlərə kömək edir. Mən də müraciət etdim. Sonra həmin rejissor məni öz hesabına İstanbula göndərdi, mən gedib Müjdet Gezenlə görüşdüm. Ona hər şeyi danışdım ki, mənə heç kim baxmır. Hətta o dərəcəyə çatmışdı ki, mən vətəndaşlıqdan imtina edirdim. Amma İncəsənət Universitetinin 3-cü kursunda təhsil aldığımdan bunu edə bilmərəm. Həm də ki, gərək dövlətə qarşı lazımsız şeylər deyəsən, mən də bunu edə bilmərəm. Onlar mənə təklif etdi ki, biz sənə burada incəsənət sahəsi üzrə iş təklif edirik. Hələ ki, mən dəqiq bilmirəm bu iş nədən ibarətdir. Ona görə də, mən ora getməliyəm ki, imzalayacağım sənədlərlə tanış olum. 

- Türkiyədə harada yaşayacaqsız?

- Məni Müjdet Gezenin köməkçisi ora dəvət edib. Mən o qadının evində qalacam. Onlar hərtərəfli köməklik təklif ediblər. Uşağı da öhdəliklərinə götürüblər. Yəni ki, heç bir problem qalmayacaq. Mən də ildə iki dəfə bura gələcəm, universitetə görə, çünki qiyabi təhsil alıram. Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmağı düşünmürəm. 10 il ərzində hər yerə müraciət etdim, heç bir dəstəyim olmadı. Türkiyədə isə hər cür şərait yaratdılar, hətta biletlərin pulunu da onlar ödəyib.

Fatimə Kərimli






14 Sentyabr, 2012  22:25 Baxılıb: 2405 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner