Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«SƏFİRLİKLƏRİ YANDIRMAQ DÜZGÜN DEYİL» - MÜSAHİBƏ

Hacı Şahin Həsənli: “Müsəlmanların mədəniyyətdən uzaq, radikal olmaları barədə beynəlxalq ictimaiyyətdə təəssürat yaradırlar” .

Yəhudi əsilli ABŞ vətəndaşı tərəfindən çəkilən «Müsəlmanların məsumiyyəti» filminin müsəlman ölkələrində doğurduğu etirazlar getdikcə şiddətlənməkdədir. Amerikanın ərəb ölkələrindəki səfirliklərinə hücumlar edilir, diplomatik nümayəndələr qətlə yetirilir və s. Azərbaycanda həmin filmlə bağlı etirazlar hələ sönük səviyyədədir. 
Beynəlxalq qalmaqala çevrilmiş həmin filmlə bağlı «Mənəvi Dünya» İctimai Birliyinin sədri, «Məşədi Dadaş» Məscidinin imam-camaatı Hacı Şahin Həsənli ilə söhbətləşdik. Ş.Həsənli öncə filmin çəkilməsinin arxasındakı məkirli niyyətlərdən danışdı.


- Artıq neçənci dəfədir ki, bu kimi xoşagəlməz halların şahidi oluruq. Bu filmin çəkilməsi və nümayiş etdirilməsi müsəlmanların dini inanclarını təhqir etməkdən, həqarətdən başqa bir şey deyil. İslamın çiçəklənməsində ciddi narahatlıq keçirənlər var. Belə bir filmi çəkməklə müsəlmanlardan acıq çıxmaq istəyirlər. Bununla da acizliklərini göstərirlər. İslam dininin getdikcə məşhurlaşmasından narahat olanlar var ki, onların sözləri qurtardığı üçün təhqirə keçiblər. Bu filmin nümayişindən müsəlmanların ciddi narahatlıq keçirmələrini də təbii qarşılayıram. Müqəddəslərin təhqiri haqlı olaraq narahatlıq yaradır. 

- Etirazları olaya adekvat hesab edirsiz?

- Heç bir halda etiraz zorkalıq və ya terror səviyyəsində olmamalıdır. Sivil qaydada iyrənc əmələ cavab verilməlidir. Çünki belə nalayiq hərəkətlərə yol verənlərin məqsədi elə müsəlmanları təxribata çəkməkdir. Kimsə müsəlmanların müqəddəslərini təhqir edirsə bilməlidir ki, ona çox sərt cavab verilə bilər. Bəzən radikal, zorakı etirazların şahidi oluruq. Səfirlikləri yandırmaq, diplomatik nümayəndələrə xəsarət yetirmək düzgün deyil. Bu müsəlmanlara qarşı olan qüvvələrə sui-istifadə hallarına yol verməyə rəvac verə bilər. Həmçinin müsəlmanların mədəniyyətdən uzaq, radikal olmaları barədə beynəlxalq ictimaiyyətdə təəssürat yaradırlar. Şiddət, zorakılıq əslində bir sıra hallarda düşmənin dəyirmanına tökülən su rolunu oynayır. Etirazlar sivil qaydada, elmi müstəvidə aparılmalıdır.

- Sizcə niyə Azərbaycanda inanclı kəsim həmin filmə etiraz olaraq aksiyalar keçirmir?

- Azərbaycanda bu kimi hallar zaman-zaman pislənilib. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər rəsmi qurumlar, hətta prezident İslam müqəddəsilərinin təhqir olunmasına qarşı həmişə etirazlarını bildiriblər. Ölkə başçısı dəfələrlə islamafobiyanın yaranmasından doğan narahatlığını dilə gətirib. Yəqin ki, qarşıdakı günlərdə Azərbaycanda da bu məsələyə müxtəlif səviyyələrdə münasibət bildiriləcək.
Qaldıkı etiraz aksiyaların keçirilməsinə, bu barədə heç nə deyə bilmərəm. Şəxsən biz aksiya təşkil etmirik.

- İslami müqəddəslərin təhqir olunmasına Azərbaycandakı münasibətlə ərəb ölkələrindəki münasibətlər arasındakı fərqin olması nə ilə bağlıdır?

- Müqəddəslərin təhqir olunmasına münasibət əlbətdə ki, bütün müsəlman ölkələrində pisdir. Ərəb ölkələrinə gəldikdə orada inanclı insanların sayı daha çoxdur. Ərəb ölkələrində güclü siyasi İslam təşkilatları var. Onlar bu belə etirazları təşkil edə bilirlər. Azərbaycanda hələ ki, güclü İslam təşkilatları yoxdur.

RUSLAN






14 Sentyabr, 2012  21:21 Baxılıb: 1985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner