Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İDMANDA ERMƏNİLƏRLƏ ÜZ-ÜZƏ GƏLMƏK MİLLİ PRİNSİPƏ ÇEVRİLİB” – MÜSAHİBƏ –FOTOSESSİYA

Xəyal Əhmədov: “Olimpiya iştirakçılarımız fiziki idmanla məşğul olmayıblar”

Bu ilin aprelində Almaniyada keçirilən kinqboksun K1 növü üzrə Dünya Kəməri uğrunda yarışda zədəli olmasna baxmayaraq, inamlı qələbə qazanıb. Bu onun ilk qələbəsi deyildi. Dünya Kəmərinin sahibi ağır çəkili kinqboksçu Xəyal Əhmədov Simsar.az saytında “İdmançı” rubrikasının qonağıdır. 

Qısa arayış: Xəyal Əhmədov 1983-cü ildə Şərur rayonunn Vərməzyar kəndində anadan olub. Uşaqlıqdan idmana xüsusi sevgisi olan Xəyal 1996-cı ildə ailəsi ilə birgə Bakıya köçür və peşəkar idmanla məşğul olmağa başlayıb. 2002-2003-cü ildə Uşu-sanda üzrə respublika çempionu olub. 2008-ci ildən idmanın kinqboks növünə maraq göstərib.  


- Sizi ilk olaraq idmana həvəsləndirən nə idi?

- Belə baxanda biz həmyaşıd olarıq. Buna görə sizdən bir şey soruşum: o zaman hansı döyüş filmlərinə baxırdıq?

- Bizim uşaqlıq dövrümüz döyüş səhnələri bol olan Brus Li, Jan Klod Van Damm, Cet Li, Cek Can kimi qəhrəmanların filmlərinə baxmaqla keçib. Onlar bizim üçün ən güclü döyüşçülər idi. Əksər uşaqlar özlərini bu qəhrəmanlara oxşatmağa çalışırdı.

- Elə mən də kənddə keçirdiyim uşaqlıq dövründə yalnız çempion olmaq xəyalı, arzusu ilə yaşayırdım. Buna görə necə gəldi idmanla məşğul olurdum. Davamlı idmanla məşğul olmağım böyük qardaşım Raminin xoşuna gəlmişdi və məni müəyyən şəkildə istiqamətləndirirdi. Bakıya köçdükdən sonra isə mən qardaşımın məsləhəti ilə idman məktəbinə yazıldım və burda müəllim köməyi ilə ardıcıl şəkildə idmanla məşğul olmağa başladım.

- Rinqə çıxana kimi neçə il idmanla məşğul olduz?

- 6 il sərasər məşq etdikdən sonra ilk dəfə 2002-ci ildə rinqə çıxdım. İlk döyüş heç bir idmançının yadından çıxmaz. Nə qədər döyüşsən də bu döyüş yaddan çıxmır. Uşu-sanda üzrə çıxdığım döyüşdə respublika üzrə üçüncü yerə layiq görüldüm.

- Hərbi xidmətdə olmusuz?

- 2003-2004-cü illərdə hərbi xidmətə yollandım və cəbhə bölgəsində şərəflə xidmət etdim. Məncə vətənini sevən hər bir idmançı öz hərbi xidmətini canlla-başla yerinə yetirməlidir. Bu həqiqətən də, deyildiyi kimi “kişilik məktəbi”dir. Hərbi xidmətdə olarkən formamı itirməmək üçün idmanla məşğul olurdum.

- Hərbi xidmətdən qayıtdıqdan sonra yarışlara çıxdız?

- Hərbi xidmətdən qayıtdıqdan sonra idmanla intensiv məşğul oldum və yarışlarda yaxşı nəticələr əldə etməyi qarşıma məqsəd qoydum. 3-4 ay sonra respublika çempionatında 2-ci yeri tutdum.

- Necə oldu ki, uşu-sandanı kinqboksa dəyişdiz?

- Sonralar məndə boksa xüsusi maraq yarandı və bu maraq məni kinqboksçu olmağa həvəsləndirdi. Düzdür uşu-sanda üzrə uğurlarım var idi. Amma özümü kinqboksda daha yaxşı göstərə biləcəyimi düşündüm. Tezliklə arzumun arxasınca yollandım və uğurun qapıları üzümə açıldı.

- Hansı uğurları qazandız?

- 2008-ci ildə Yunan Kiprində keçirilən beynəlxalq kinqboks yarışına qatıldım. 2009-cu ildə kinqboks üzrə respublika çempionatında ikinci yeri tutdum. Bundan sonra vaxtımı və gücümü əsasən beynəlxalq yarışlara qatılmaq üçün sərf etdim və professional döyüşlərə qatılmağa başladım. 2011-ci ildə Almaniyada kinqboksun K1 növü üzrə “İkobon” Dünya Kəmərinə sahib oldum.

- Kəməri qazanmaq asandı, yoxsa onu qorumaq?

- Kəməri qazanmaq onu qorumaqdan çox asandır. Elə kəmər qazananlar var ki, onu heç bir il də qoruyub saxlaya bilməyiblər. Bizim uğrunda mübarizə apardığımız Kəməri ikinci dəfə qoruduqdan sonra onun tamhüquqlu sahibi olursan. Bu il sentyabr ayında məni kəmər uğrunda döyüşə çağırıblar. Bu döyüşdə qalib gəlməliyəm ki, həm kəməri qoruyam, həm də kəmərin birdəfəlik sahibi olam. Buna görə ciddi-cəhdlə döyüşlərə hazırlaşıram.

- Olimpiya oyunlarını izləyirsiz? Sizcə idmançılarımız necə çıxış edir?

- Olimpiya oyunlarını izləyirəm. Bizimkilərin həddindən artıq zəif və hazırlıqsız olduğunu görürəm. Bilmirəm bu nə ilə bağlıdır. Amma mənə elə gəlir ki, sanki idmançılarımız özlərinə o qədər arxayın olublar ki, fiziki idmanla belə məşğul olmayıblar. Tez yorulmaları, mübarizəni axıra qədər davam etdirə bilmədiklərinə görə bunu deyirəm.

- Olimpiadada iştirak etmək arzunuz olmayıb?

- Təəssüf ki, olimpiadada kinqboks növü yoxdur. Yoxsa kim istəməz ki, olimpiadada iştirak etsin.

- Sonuncu döyüşdə qalib gədiyiniz zaman zədələnmişdiz. Zədəli halda qalib gəlmək...

- Doğrudan da, sonuncu döyüşə zədələnmişdim. Zərbəni rəqibə vurarkən əlimi sındırsam da, mübarizə əzmim və istəyim oyunu dayandırmağa imkan vermədi. Sona qədər zədəli mübarizə apararaq rəqibə qalib gələrək Dünya Kəmərini “əlindən” aldım.

- Bizim əksər idmançılarda uğurdan sonra başgicəllənməsi olur. Kökəlirlər, formadan düşürlər. Sizdə belə hallar olub?

- Mən özüm 4-5 il 75 kilo ilə döyüşdüm. Sonra 86 kiloda, sonuncu döyüşlərdə isə ağır çəkidə döyüşdüm. Bu yaşla və çəkini saxlamağın mümkün olmaması ilə əlaqədardır. Yarış öncəsi çəkini salırsan, sonra qaldırırsan. Bu bir neçə dəfə davam edir və yavaş-yavaş özündən asılı olmayaraq çəkin artır. Bunu çoxları idmanda qazanılan uğurdan sonrakı arxayınlıq və kökəlmə ilə bağlasalar da məncə bu doğru deyil.Amma uğurdan başı gicəllənənlər də var.

- İdmançı kimi ən böyük arzunuz nədir?

- Çox arzulayıram ki, erməni döyüşçü ilə üz-üzə gəlim. Onlarla üz-üzə gəlmək milli prinsipə çevrildiyindən bizim döyüşçülər əksər hallarda erməniləri rinqə çıxmağa peşman edirlər. Arzu edirəm ki, inşallah, qarşıma erməni döyüşçü çıxar və mən də müharibənin ağrı acısının ürəyimdə qalan qisasını heç olmasa rinqdə ondan alaram.

Elmar Hüseynov











2 Avqust, 2012  16:15 Baxılıb: 1888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner