Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZAHİD ORUC: “TOYLARDA ÖZÜMÜMZÜ ÖLDÜRMƏKLƏ MƏŞĞULUQ”

/

Millət vəkili Zahid Oruca daha çox siyasi fəaliyyəti ilə bağlı müraciət edirlər. Onunla görüşəcəyim günün əvvəlində bir neçə media qurumuna müsahibə verdiyini bildirdi. Özünün dediyi kimi həmin gün “müsahibə günü” idi. Başqalarından fərqli olaraq onu qeyri-siyasi söhbətə çəkməyə cəht etdim. Siyasətçi tərzini qorumağa çalışsa da, düşünürəm ki, suallara səmimi cavab ala bildim.

- Azərbaycanda ən çox bəyəndiyiniz adatlər hansıdır?
- Bir-birinə yaxınlıq etmək, doğma hisslərini bölüşmək, arzu və duaları paylaşmaq, ehtiyac olduqda bir-birinə əl tumaq, gələcək həyatı birlikdə palanlaşdırmaq kimi gözəl ənənələrimiz var. Xıdır İlyasla bağlı “Xıdır elləz” adlanan ənənə xüsusilə xoşuma gəlir. Boyut çəkmək, buğdanı qovurmaq, ondan pay ayırmaq bunlar sevdiyim adətlərdi. Bütün ənənələr millətimizin varlığını əks etdirir. Bunu köhnəfikirlilik kimi dəyərləndirənlər də var. Xüsusən, gənc yazarlarımız sanki ənənələr günahkarmış kimi mövqe tuturlar. Düzdü, onların subyektiv mövqeyi tarixi dəyişən deyil. Kimsə qəbul etməyə bilər, vətəndaş özgürlüyü var. Lakin bir millət adət-ənənəni gələcəyə ötürməklə onu qoruyacaq.
- Bəs bəyənmədiyiniz adətlər...
- Bu özünü xüsusi ilə keçmiş dönəmlərdə göstərib. Bir müddət valideynlərin uşaqlar üzərində diktəsi o dərəcədə qəbul olunurdu ki, uşqalar ailədə kiçik elementlər kimi görünürdü. Onların qərarları, seçimləri də böyüklər tərəfindən verilirdi. Bügünkü dönəmdə isə gənclik istər sevgidə, ixtisas seçimində, istərsə də dünyaya baxışında seçimini özü müəyyənləşdirir. Nəsillərarası savaş həmişə olacaq, amma bu valideynlərdən imtina, onları ayağa vermək anlamına gəlməməlidir. Qanun qəbul olundu ki, qızların qaçırılması cinayət məsuliyətidir. Amma bu yüzillərlə yaşı olan adət idi. Tarixdə babalarımız bununla öyünürdülər. Dini ritualların icrasında da mühavizəkar yanaşmalar var. Məsələn, din yolunda qanını tökmək istəyirsənsə, qan verib kiminsə həyatını qurtara bilərsən. Bizdə bir xüsusiyət də var. İnsanları tanımadan, qabiliyyətinə bələd olmadan qədərindən artıq mühakimə edirlər. Adamların bir-birnə qarşı hədsiz aqressivliyini ciddi qüsur hesab edirəm. Bundan əlavə, ali məkəbə daxil olma, bitirmə, hərbi xidmətə getmə-gəlmə - buna bənzər 12-ə qədər bu tip şənliklərimiz var. Məncə, bunlar hamısı bizi müflisləşdirən modellərdi. Nə zaman gedirəmsə kənddə toydu. Bu doğrdan da iki gəncin izdivacıdırsa bunu alqışlamalıyıq. Amma görürəm ki, bu sadəcə hansısa həyat hadisəsidir. Onun üzərində kəndi bütün musiqi səsinə bürüyürlər. Ətrafdakılar da bundan yorulur. Ona görə gələn dəvətnamləri də ürəklə qarşılamırlar.
- Azərbaycan toylarında çatışmayan cəhətlər nələrdi?
- Hər kəsin burda xeyir dua vermək, iştirakçı olmaq vəzifəsidir. Toylar başlıca missiaynı ifadə etməlidi. Maddi əsas da önəmlidir, lakin mahiyyətcə ən başlıca məsələ gənclərin qovuşmasıdı. Bir toy sonradan ailənin dağılmasına səbəb olursa, o zaman orda iştirak edənlərin də əleyhinə çevrilir. Bizim toylarda xeyli dərəcədə təbəqələşmə var. Musiqi yarışması, daha çox müğənni gətirərək öz çəkisini nümayiş etdirəmə - bütün bunların ordakı insanların psixologiyasına təsir edir. Onların evlərə qulaqlarında küylə dönməsi və iki gün özünə gələ bilməməsi toyları istismaredici məsələyə çevirib. Dünyada bu qədər böhranın yaşandığı dövrdə çox təssüf ki, toylarımız vətəndaş süfrəsini mənimsəyir. Onun mədə maraqlarına zərbə vurur, fiziki sağlamlığını təhdid edir. Toylardan sonra qonaq qarşısına adicə yeməklə çıxmaq sanki qəbahətə çevrilir. Biz toylarda özümümzü fiziki və mənəvi cəhətdən öldürməklə məşğuluq. Halbuki, toylar insanların yeni dostlar qazandığı, xoş arzularını bölüşdüyü bir mərasimdir.

Hamının çərçivədən qırağa çıxan məqamları olur

- İnanclarınız barədə bilmək maraqlıdır. Nələrə inanırsız, ibadət edirsizmi?
- İbadət etmirəm. Allaha inanıram. Dünyanın böyük iradə tərəfindən yaradılışına inanan insanam. İnsan həyatı dərk etdikcə, Allahın varlığını hiss edir. Nə qədər yaxşı iş görsən Allah qarşına yeni qapılar açacaq. Bunları yaşamışam, gənckən bu parlamentə işə balşadım. Müxtəlif həyat uğurlarımız olub. Allahıma şükranlıqla yaşayıram.
- Metrodan marşrutdan istifadə edirsizmi?
- Son zamanlar istifadə etməmişəm. Sadəcə qonaqlar, hardansa nümayəndə heyəti gələndə müxtəlif yerlərin ziyarəti gərək olur. Bu zaman avtobuslardan və digər nəqliyyat vasitələrindən istifadə edirik. Lakin açığını deyim, 10 ildən çoxdur metroya minməmişəm. Şəxsi maşınım var.
- Tıxaclarda saatlarla qaldığınız vaxtlar olub?
- Saatlarla qaldığım olmayıb. Lakin bunu milli problemlər sırasında ilk yerdə görürəm. Düşünürəm, bu sadəcə nəqliyyat problemi yox, mənəvi, psixoloji, fiziki və ictimai problemdi. İşə bir saat gecikərkən adam əsəbi əhval-ruhiyəsini kollektivə daşıyır. Eyni vəziyyətdə evə dönən adam, əsəbini ailədən çıxır. Beləliklə, sosial hadisə ictimailəşir və milli fəlakət halına gəlir. Bu bizim düşüncəmizdə, sağlamlığımızda tıxac yaradır.
- Tez-tez əsəbləşirsiz?
- Xeyir. Əslində hamımız şər tipiyik. İsti iqlim qurşağında doğulmuşuq, temperamentli xalqıq. Bəzən bizi sac üstündə qovurğa da adlandımaq olar. Eyni dərəcədə hərəkətliyik, Avropanın soyuqqanlığından çox uzağıq. Məsələn, xaricdə yaxın adamını itirən şəxs göz yaşlaını nümayiş etdirməyi sevmir. Şərq xalqları isə bunu daha dramatizmlə ortaya qoyur. Əsəbimi içimdə saxladığım anlar çox olur. Ən qəzəbli dövrümdə belə, onu udumağın tərəfdarıyam. Lakin etiraf edim, həyatı planlaşdırılmış şəkildə yaşamaq mümkün deyil. Hamının çərçivədən qırağa çıxan məqamları olur. Şairlərdən biri deyir ki, bəzən kişidən sadəcə şillə vurmaq tələb olunur, bu zaman başqa tərbiyə kodeksləri işləmir. Savaşa meyilli deyiləm, amma qəzəbimi göstərdiyim hallar olub.
- Bu necə olub?
- Dramatik (gülür). Parlamentdə belə hadisələrin iştirakçısına çevrilmişəm. Öz fikirlərimi çatdıra bilməyəndə qəzəbli şəkildə salonu tərk etmişəm. Tribunadan da bunu demişəm. Düşünürəm ki, vətəndaş öz təmsilçisinin halını anlayışla qarşılayır. Çünki bunu öz nümayişim üçün etməmişəm. Bilirsiz, Rusiyanın siyasətində əsəb nümayişi simvoldu. Məsələn, Jirinovsiki. Ona dəli kimi yanaşmaqdan çox uzağam. Kifayət qədər istedadlı adamdı. O, Rusiyanın ən ağıllı dəlisidi.

“Mütaliəsi az olan insanı həmişə kasıb saymışam”

- Son dəfə hansı əsəri oxumuz?
- Oxuduğum kitabların adlarını heç vaxt açıqlamıram. Bu mənim prinsiplərimdən biridir. Ona görə yox ki, mənim gücümün harda olduğunu biləcək, nələri öyrəndiyimi görəcəklər. Sadəcə, mütaliənin sirrini saxlamağı bacarıram. Bir neçə kitabı eyni vaxta oxuya bilirəm. Oxu menyumun əsasını kəşfiyyat, əks-kəşfiyyat, bir az da dedektiv əsərlər təşkil edir. Mən olanlarla yaşayıram.
- Tamaşaya kinoya getməyə vaxtınız olurmu?
- Təssüf ki, internet, televiziya həyatımızada elə bir domenantlıq qazanıb ki, ayrılıqda tamaşaya getməyimin statistikasını verə bilməyəcəm. Bir neçə dəfə müğənnilərin dövlət səviyyəsində tədbirlərinə qatılmışam. Böyük tamaşanın salonlarında nümayişi və ekranlardan seyri eyni deyil. İnsanlarla bərabər izləməyin ayrı yeri var. Təəssüf, bundan məhrumam, amma arzulayıram və həvəsliyəm. Simfonik bir musiqini dinləmək üçün hər zaman beynimdə plan cızıram. Zaman yoxdu deyənlərin öz vaxtını düz bölmədiyini də bilirəm. Vaxtdan şikayət edənlər yanılırlar.
- Boş vaxtlarınızda sevimli məşğuliyyətiniz nə olur?
- Dənizi çox sevirəm. Azərbaycan poeziyasında dəniz təsviri layiq olduğu qədər oturulmayıb. Dağlarımızdan bəhs edən minlərlə nümunə var. Amma dəniz bəzi şeirlərdə element kimi özünü göstərir. Mənim fikrimcə, dəniz böyük fəlsəfədir, min illərin ruhunu daşıyan aləmdir. Bu mənada dənizdə olmağı, dəniz qırağında yaşamağı sevirəm. Bundan başqa boş zamanım mütaliəyə, vətəndaşların, medianın tələblərini ödəməyə yönəlir. Həyatım kitablarsız keçə bilməz. Evimdə biri “var” adlı axtarış aparsaz kitabları taparsız. Çünki onaları hər tərəfə daşıyıram. Onlar çiynimədə heç vaxt yük olmayıb. Əksinə ədəbi dünyası qıt, mütaliəsi az olan insanı həmişə kasıb saymışam. Maddi həyatın da öz yeri var, inkar etmək olmaz. Ancaq ən varlı adamlar mənən zəngin, həyat duyumu, istedadı olan adamlardı.

- İndiyə qədər gerçəkləşməyən arzunuz varmı?
- Mənə hədiyyə vermək istəyənlərə hər zaman deyirəm ki, ayda bir dua hədiyyəni göndərərsənmi? Mənim aləmimdə bu, dualar arzuların reallaşmasına kömək edir. Həyatımda baş verənlərin şəxsi, ictimai, siyasi olduğunu çeşidləməmişəm. Həyata keçən o qədər istiklərim var ki. Bəlkə də çoxları indiki şəritdə bunu əlçatmaz sayardı. Allah bunu mənə qismət edib. Hansısa insana yardım etməyə imkanımız varkən buna şad oluram. İnsan iddialardan ibarətdir. İstəkləri gerçəkləşdikcə yeniləri yaranır. Evimiz var, ikincisini də istəyirik, daha yaxşı marka maşınları arzulayırıq. Görünür, bu ölümdən qaçış problemidi. Həyat qəribədir bir nöqtədə qırılır, həmin yerdən yenidən davam etməyə başlayır. Gəldiyimiz yola baxıb gedə bilmədiyimizə təəssüf etməkdənsə, əməllərimiz üçün yaxşı ad və tarix naminə öyünməliyik.

Arifə Mikayılova

 






30 İyul, 2012  16:52 Baxılıb: 2328 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner