Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ORXAN GƏNCƏBAY: “SOYADIMIN GƏNCƏ ŞƏHƏRİ İLƏ ƏLAQƏSİ VAR” – MÜSAHİBƏ - FOTOSESSİYA

“Yaradana təslim olan biriyəm”

İstanbula səfərimiz zamanı Türkiyənin tanınmış sənətçisi Orxan Gəncəbayla görüşümüz yaddaqalan oldu. İllərdir türk musiqisində aktuallığını itirməyən, hər zaman böyük sayğı və ehtiram duyulan Orxan bəy, sözün həqiqi mənasında alicənablığı ilə bizi valeh etdi. Hər sualımıza çox səmimi cavab verdi. Altı yaşından musiqi ilə məşğul olan, bu gün Türk dünyasının qürur duyduğu böyük sənətkar – Orxan baba ilə maraqlı müsahibəni təqdim edirik.

- Mənim 30-a yaxın əsərimi gənc popçular, rokçular ifa edirlər. Onlar hal-hazırda da studiyalarda bu proyekt üzərində calşırlar.
- Söylədiyiniz gənclər arasında kimlər var?
- Ölkəmizin cox sevilən sənətçiləri.
- Hansı hissləri keçirirsiz?
- Bu, mənim qürur, şərəf albomum olacaq. Bu vaxta kimi mənə ən gözəl hədiyyədir. Belə bir şərəf Türkiyədə hec bir sənətçiyə qismət olmayıb.
- Mahnı seçimində onlara fikirinizi bildirmisiz?
-Yox, mən hec bir şeyə qarşmamışam. Əsərləri özləri seçiblər. Polad Yağcı və Mehmet Gəzəgənin böyük rolu var.
- Orhan bəy sizin secilməyinizin, belə cavan və gümrah qalmağınızın səbəbi nədir?
- Mənim əsl adım insandı, sanma ki, hər şeyəm,
Ən zordan daha zor, tükdən incəyəm,
Gəncəbay dedi ki, heçdən zərrəyəm,
Haqqa eşq lazım, yolumuz haqq yoludu.
Özəlliyimin və gümrahlığımın səbəbi bu cür düşünməyimdir.
- Soyadınız Gəncəbaydır. Azərbaycanda Gəncə adlı qədim və böyük şəhər var. Soyadnızla bunun bir bağlılığı varmı?
- Azərilər bizim canımızdı. Mən həvəskar tarixçiyəm. Mənim üçün Türkiyə, Azərbaycan fərqi yoxdur. Mən böyük Türküstanı tanıyıram. İrqçiliyə nifrət edirəm. Yaradan bizi yardıb, müqəddəs yaradanın yaratdığı dünya ana vətənimdir. Hal-hazırda siyasi səbəblərə görə ayrılan türklər bir dildə 41 ləhcədə danışırlar. Soyadıma gəldikdə isə türkcədə bu “kəncə”di, mənası balacadı. Gəncəbay isə “balacabəy” deməkdi. Yəni kökümüz bir olduguna görə kəncə – Gəncə deməkdi. Ehtimal ki, bunun Gəncə şəhəri ilə bir əlaqəsi olub.
- Gəncədə olmusuz?
- Hələ ki, getmək qismət olmayıb. Ümumiyyətlə, Azərbaycanda olmamışam. Əksər dostlarım dedilər gedək, amma qismət olmadı. Bura gələn azərbaycanlarla ünsiyyətdə oluram və xatirə şəkilləri cəkdiririk.
- Gənc yaşlarınızda necə insandız?
- Mən olduğum kimi görünürəm. Cavan vaxtı necə olmuşam, indi də eləyəm.
- Sizin bir mahnınız var – “Batsın bu dünya”, bir zamanlar bu mahnı çox populyar idi. İndi də retro mahnı kimi dinlənilir. Orxan bəy, o vaxtdan bu vaxta nələr baş verdi, batdımı dünya?
- O mahnının yaranma səbəbi var. 1970-ci illərdə Türkiyədə siyasi münaqişələr geniş vüsət almışdı. Ölkəmizdə qardaş qardaşı vururdu, hətta bir gündə 40-50 insan itirirdik. Bu bəstə o vaxtkı hadisələrə görə yazılıb. Batsın bu dünya deyərkən, hər gün ölum olan dünyanın batmasını yeni bir dünyanın yaranmasını istəyirdim.

“Səhvimlə sev məni, deyən insanam”


- Sizi ən çox nə üzə bilər?

- Heç kimə qarşı kinim yoxdu, çünki səhfsiz insan olmaz. Səhvimlə sev məni, deyən insanam. Ancaq bəzən bağışlamaq da rahat olmur. Səbirliyəm və bu cür insanlar cox şeyə fərqli baxır. Mən bütün qəlbimlə Allaha bağlı insanam. Yaradana təslim olan biriyəm. Biz yaradanın bildiklərini tam anlamamışıq hələ ki, amma anlamağa calışmalıyıq. Ağlımın, sevgimin, ruhumun görünmədiyi halda, məni insan edən dəyərlərdi. Görünən sadəcə bədənimizdi. Deməli, bu dünyada hər şey qoşa yaranıb. Görünən bədənimizə bədən, görünməyən tərəfmizə ruh deyirik. Var olan nə varsa yaradana aiddi. Nə qədər bilgimizi artırsaq, Yaradanı o qədər rahat başa düşə bilərik. Belə düşündüyümüz zaman cox xoşbəxt olarıq.
- Bəzən elə insanlarla qarşılaşırsan ki, Allahın verdiyi lütfdən azmiş kimidirlər, həmişə öz istədiklərini etmək istəyirlər, bu kimi insanların arasında yaşamaq çətin olurmu?
- Yaradan hər şeyi gözəl yaradib. O gözəlliyi pis hala salmaq bizə məxsusdu. Allah bizə ağıl verb ki, ziyan gördüyümüz zaman ağlımızı işlədib, ziyan görməyək.
-Allahın varlığına inandığınız kimi şeytanın da varlığına inanırsız?
- Mən Yaradanin varlığına inanıram. Şeytana gəlincə, onun var olmasını biz insanlar istəmişik. Şeytan bizim icimizdədi, o, bizim qorxularımız kimidi. Pis əməllərimizlə şeytanı yaratmışıq. Allah yaratdığı hər şey gözəldi, O, çirkin bir şey yaratmayıb.
- İcinizdə nə vaxtsa şeytani hisslər yaranıb?
- Hər bir insanın içində şeytani hisslər var. Vacib olan odur ki, içimizdəki şeytana aid olan nəfsimizi atmağı bacaraq.
- Ən böyük səhviniz nə olub?
- (gülür). Fikirləşməliyəm. Ən cox qorxduğum, kiminsə qəlbini qırmaqdır. Qəlb qırdığım gün cox pis oluram, gecə yata bilmirəm. Sonra üzr istəyirəm.
- Sizi nə xoşbəxt edə bilər?
- Bütün insanların xoşbəxt olmağı mənim xoşbəxtlıyimdir. Birlikdə bütün dəyərlərmizi bölüşmək məni xoşbəxt edər. İnsanlar var ki özlərindən çox razıdırlar, hec bir şeyi bölüşmək isdəmirlər və başqa insanların haqlarını əllərindən almağa can atırlar. Belə şeylər məni çox narahat edir.
- Bu gun xoşbəzt deyilsiz?
- Özlüyümdə xoşbəxt insanam. Özümlə tez barışıram, dünyaya isə bir gün daha yaxşı olacaq kimi baxıram.
- Həyatdan öyrənmək vacibdi, yoxsa kitablardan?
- Həyatdan öyrənmək daha yaxşıdı. Kitablar bizə ancaq yol göstərə bilər. Belə bir deyim də var: “Bir hadisə min kitaba bərabərdi”.
- Çox ciddi insansız. Adamda sual yaranır ki, görəsən zarafat etməyi xoşlayırsız?
- Dostlarımın içində bəlkə də ən zarafatcılı mənəm. Çox ciddi olduğum qədər, həm də zarafatcılam.
- Necə dostsuz?
- Mənim adımı dostlarımdan biri “Böyük ürək” qoyub. Ürəyimdə hər kəsə yer var.
- Ürəyiniz ağrımır ki?
- Hər nə qədər ürəyimi qırsalar da, fikirləşirəm ki, bəlkə gələcəkdə belə olmaz, bağışlayıram.

“Allahım bağışla məni deyərək...”

- Dünyaya, həyata belə baxmağnızı kiməsə borclusuz?

- Ənənələrmizdə olan dəyərlər mənim içimdə kifayət qədər var. Anam 93 yaşında vəfat etdi. O ölən vaxt dedilər ki, Yunus Əmrənin qadın cinsi vəfat etdi. Məni öz valideynlərim böyüdüblər. Onlar mənə səbir etməyi, hirslənəndə özümüzü idarə etməyi öyrədiblər. 
- Əsəbləşdiyiniz vaxt nə edirsiz?
- Yenə səbirli oluram. Amma bir şey də var ki, səbirm daşarsa, Allah eləməsin, həmin dəqiqə Allahım bağışla məni deyərək, Ona sığınıram və lazım olsa ruhumu da verməyə hazıram.
- Dünyanı nə xilas edə bilər?
- Mənə görə bütün dünyadakı insanların məqsədi və istəyi xoşbəxt olmaqdı. Dünyanı xoşbəxtlik xilas edə bilər.
- Deyirlər dünyanın sonu yaxınlaşır?..
- Dünyanin axrının gəlməyinin insanlara aidiyyatı yoxdu. Bu, Allahın bildiyi bir şeydi. Mayyalıların təqvimi və NASA-nın yaydığı xəbərlərə inanmıram.
- Əlindən tutub səhnəyə gətirdiyiniz sənətçilər var?
- Ajda Pekan, Müazzes Abacı, Sezen Aksu, Sibel Can və başqa bir çox sənətçi dostuma vasitəçilik etmişəm.
- Nankor çıxanlar oldumu?
- Yox, heç biri ilə elə problemim olmayıb. Ola da bilməzdi, cünki hörmət var, hazırda məni “Orhan baba” deyə çağırırlar.
- Neçə yaşınızda ailə qurdunuz?
- 25 yaşımda ailə qurdum, 26 yaşımda ata oldum.
- Sevib ailə qurdunuz?
- Şübhəsiz ki, sevərək ailə qurdum. Amma bəzən həyat insanın istədiyi kimi getmir. Həyatımda cox cətin vaxtlar olub.
- Evliliyiniz davam edir?
- Yox ayrıldım, hazırda Sevim xanımla 38 ildir ki, bir yerdə yaşayırıq.
- Sizin kimi alicənab bir sənətçiyə hansısa bir sənətçi qadın tərəfindən sevgi etirafı oldumu?
- Hər cür hadisələrlə insanlarla qarşlaşdım. Mən öz həyatımı qurarkən başqasına söz vermədim.

“...dedim ki, sənəti davam etdirmək istəyirsənsə...”


- Unuda bilməyəcəyiniz sevginiz olub?
- 38 ildir ki, bu sevgimiz davam edir.
- Həyat yoldaşınız hal-hazırda nə işlə məşğul olur?
- O, hal-hazırda mənimlə məşğuldu. Ona vaxtında dedim ki, bir yerdə yaşayacağıqsa, bir evdə iki sənətçi olmaz. Əgər sən sənət həyatına davam etmək istəyirsənsə, məndən sənə ancaq yaxşı dost olar.
- Bəs o sizi qısqanmadı?
- Məncə həyat yoldaşını qısqanmayan qadın yoxdu. Amma insanlar bir-birinə güvənirsə qısqanclığa ehtiyac yoxdu.
- Neçə övladınız var?
- İki oğlum, bir nəvəm var.
- Nə işlə məşğuldurlar?
- Bir oğlumun radiosu var, digəri isə rəssamdı.
- Birinci həyat yoldaşınızdan övldınız var, yoxsa iksi də Sevim xanimdandı?
- Yox, böyük oglum birinci həyat yoldaşımdandı nəvəm də onun övladıdı.
- Əlaqəniz var, yoxsa?..
- O, öz anası ilə yaşayır. Əlbəttə əlaqə var, bizim övladımız var.
- Sevim xanim sizi buna görə hec qısqandı?
- Biz o hallara qısqanclıq kimi baxmırıq, artıq o vaxtlar kecib. Həm də mən kimisə qısqandıracaq hec bir şey etməmişəm.
- İdmanla məşğul olursuz?
- Mən kecmiş idmançılardanam, ağır idmanlarla məşğul olmuşam.
- Necə yaşınız var?
- 40 yaşım var (gülür). Mən hər kəslə eyni yaşdayam
- Maraqlıdır, sizə bu gün də sevgi mesaj gəlirmi?
- Ola bilər, hətta məni xoşbəxt edər. Amma cavab vermək məcubriyyətində deyiləm. Biz sevgilərə hörmət edirik seviliriksə, deyirik ki, xoşbəxtik.
- Azərbaycan mahnılarını dinləyirsiz?

- Əlbəttə ki, dinləyirəm. Bilirəm, çox gözəl mahnılarınız var.Mən bu vaxta kimi öz bəstələrimi oxuduğum üçün sizin mahnıları oxumaq fürsətim olmayıb.
- Azərbaycan sənətçilərindən kimləri tanyırsız?
- Yaxşı tanımadığım üçün çoxunun adını deyə bilməyəcəm. Popstar yarışmasında Aygün var idi. Azərbaycan Dövlət Televiziyasını izləyirəm, orda yaxşı ifaçılar görürəm.
- Azərbaycana nə vaxt gəlməyi düşünürsüz?
- İnşallah, gəlməyi düşünürəm. Bəzi dostlarım da var orda.
- Son olaraq, Azərbaycan xalqına, sizi sevənlərə ürək sözləriniz...
- Hamsına xoşbəxtlik arzu edirəm. Hamınızı çox sevirəm Eyni dəyərlərin övladlarıyıq bir-birimizi çox yaxşı başa düşürük. Hər kəsə sevgi, salam yollayıram. İnşallah tezliklə qarşı- qarşıya gələcəyik...

P.S. Görüşə görə Ayşə Birgül Yılmaza təşəkkürlər

İradə Nurəddinqızı






16 İyul, 2012  17:34 Baxılıb: 3610 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner