Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

LEVENT TAŞÇI: “İKİ QARDAŞ ÖLKƏNİN BİRLƏŞİB DÜNYAYA HÖKM OXUMASINI İSTƏYƏN BİR ADAMAM” - MÜSAHİBƏ - EKSKLÜZİV - FOTOSESSİYA

 “Türk xalqı ömrünün 12 ilini savaşlarda keçirən bir padşahın serialda ancaq hərəmdə qadınlar arasında çox görünməsinə qəzəblənir”

Türkiyənin məşhur aktyorlarından sayılan Levent Taşçı Azərbaycandadır. Məşhur tele-prodüsser Kemal Cenk İçtenin dəvəti ilə Bakıya təşrif buyuran aktyor Space kanalının çəkdiyi “Cənnətə səyahət” serialında İsmayıl adlı zabit rolunu canlandıracaq. Öz ölkəsində çəkildiyi “İhlamurlar altında”, “Aşka sürgün”, “Min bir gecə”, “Kurtlar vadisi”, “Muhteşem yüzyıl” kimi məşhur seriallarda çəkilən Levent Taşlı Bakıya gələrkən ilk olaraq simsar.az saytına məmnuniyyətlə müsahibə verdi.

- Xoş gəldiz Azərbaycana. Deyəsən ilk gəlişinizdir.

- Xoş gördük. Bəli, ilk gəlişimdir.

- Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqda nə kimi məlumatınız vardı?

- Hər şeydən əvvəl Azərbaycan bizim qardaş ölkəmizdir. Mən bu iki qardaş ölkənin birləşib dünyaya hökm oxumasını istəyən bir adamam. Türkiyəyə Azərbaycandan bir çox dostlarımız gələrkən ölkəniz, paytaxtınız haqda çox gözəl fikirlər söyləyir, maraqlı məlumatlat verirdilər. O səbəbdən diqqətimi çox çəkirdi. Bura gələrkən insanların çox istiqanlı olduqlarının şahidi oldum.

- Bilidiyim qədəri ilə Bakıya Kemal Cenk İçtenin dəvəti ilə gəlmisiz...

- Bəli, Cenk İstanbuldan tanıdığım yaxın dostlarımdan biridir. O məni dəvət edərkən heç nə düşünmədən dedim ki, tamam, qəbul edirəm dəvətini və sevinərək gəldim.

- Cenk bəyin dəvətinin səbəbi nə idi?

- Burada fəaliyyət göstərən Space kanalı serial çəkir. Mənə də rol təklif etmişdilər. Bir müddət əvvəl ssenarini göndərdilər. Oxudum və rolu özümə uyğun gördüm. Buna görə də oynamağı qəbul etdim. Bu gün əsasən ona görə Bakıdayam. Gəlişimin məqsədi həm də Azərbaycanı-Bakını görməkdir. Film təklifi gəlməzdən əvvəl onsuz da Azərbaycana gəlmək istəyirdim. Bu serial da bura gəlməyim üçün bir bəhanə oldu.

- Çəkiləcəyiniz serialda yer alan rolunuz haqda nə deyə bilərsiz?

- Bir qəhrəman zabiti canlandıracam. Obrazdakı zabitin xarakteri məni çox təəsirləndirdi. Qəhrəmanlıq edib də heç özünü öyməyən, təvazökar bir xarakterdir.

- Həyatda sizə yaxın xarakterdirmi?

- Bəlkə artıqlaması ilə deyil. Amma mən də çox öyünməyi sevmirəm. Məsələn, iş görərkən insanlarla pul haqda danışmağı heç sevmirəm. Əvvəl məni görün, sonra siz mənə nə dəyər verirsizsə, onu da verin, deyirəm.

- Burda oynayacağınız rola görə qonorar alacaqsız?

- Yox. Bu rolu dostluq, səmimilik xatirinə qonorarsız oynayacam. Nə də olmasa, o boyda Türkiyədən məhz məni seçiblər.

- Ümumiyyətlə, neçə ildir aktyor kimi fəaliyyət göstərirsiz?

- Hardasa 19 ilə yaxındır.

- Sizi populyar edən film və rol hansı oldu?


- Kadir İnanırla tərəf müqabili olduğum TRT1 kanalında yayımlanan “İpsiz Rəcəb” serialı və orda canlandırdığım Ali Rza yüzbaşı obrazı məni populyar etdi. Onun ardından “Kurtlar vadisi” serialında missioner obrazını oynamaq üçün təklif aldım. Ən son isə “Muhteşem yüzyıl” serialında Cəlalzadə Mustafa Çələbi obrazını oynadım.

- “Möhtəşəm yüzyıl” serialı maraqla izləndiyi kimi, nədənsə həm də bir çox insanları qıcıqlandırır...

- Bu serial rejissorun və ssenaristin fikirləri ilə qurulub. Təbii, Sultan Süleymanla Hürrəmin hərəmdə nəyi necə yaşadıqları haqda tam kimsə bir şey söyləyə bilməz. Sultan Süleyman 40 il hökmdarlıq etmiş bir padşahdır. Onun 12 ilini savaşlarda keçirib. Türk xalqı da ömrünün 12 ilini savaşlarda keçirən bir padşahın serialda ancaq hərəmdə qadınlar arasında çox görünməsinə qəzəblənir. Bu səbəbdən bir çoxları seral haqda mənfi fikirlər söyləyirlər. Buna baxmayaraq, baxırlar və seriala reytinq gətirirlər (gülür).

- Bu serialdakı öz rolunuzdan razısızmı?

- Razıyam. Çünki serial bitənə qədər bu rol ölmür. Tarixdə də Cəlalzadə Mustafa Çələbi Sultan Süleymanın hökümranlığı dövründə sonadək sarayda qalmış və tarixi yazmışdır.

- Sözügedən serialda özünüz üçün ən bacarıqlı aktyor olaraq, kimi kəşf etdiz?

- Okan Yalabığın oyununu çox bəyənirəm. Parqalı İbrahimi hədsiz yaxşı yaradıb, əsl bacarığını ortaya qoyub və möhtəşəm alınıb.

- Neçə gün Bakıda qalacaqsız?

- Çəkilişlə əlaqədar 10 gün burda olacam. Amma bir günü mütləq Bakını gəzməyimə ayıracam. Bakını bütünlüklə görmək istəyirəm. Burdan gedərkən inşallah, özümlə xatirə olaraq ən münasib nədirsə, onu da Türkiyəyə aparacam.

Azər Nəsibov






25 İyun, 2012  19:16 Baxılıb: 2522 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner