Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«ERMƏNİLƏR PERSPEKTİVLƏRİNİ ERMƏNİSTANDA AXTARMIRLAR»

Azər Allahverənov: «Azərbaycana gələnlər gedənlərdən çoxdu»

Bu ilin ilk beş ayı ərzində 69 minə yaxın insan Ermənistanı təyyarə ilə tərk edib və geri qayıtmayıb. Bu rəqəm Ermənistan Mülki Aviasiya Baş İdarəsinin son hesabatında öz əksini tapıb.
Ötən ilin müvafiq dövründə isə düşmən ölkəni 64 min nəfər tərk edibmiş. Xəbərdə bildirilir ki, bu ilin ilk 4 ayı ərzində 50 min, may ayında isə 19 min nəfər Ermənistanı təyyarə ilə tərk edib. Düşmən ölkəni digər nəqliyyat vasitələri ilə tərk edənlərə dair statistik məlumatlar hələlik açıqlanmayıb. Bu il ölkədən gedənlərin sayının 100 min nəfərə yaxın olduğu ehtimal edilir.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bizimlə söhbətində Ermənistandan xaricə köçün səbəblərinə, region ölkələrində miqrasiyanın vəziyyətinə və s. məsələlərə aydınlıq gətirdi.


- Ermənistanı tərk edənlərin sayının ildən-ilə artması nə ilə bağlıdır?

 - Bunun bir neçə səbəbi var. Sözsüz ki, əsas səbəb iqtisadi faktordu. Sosial problemlər, işsizlik, korrupsiya burada başlıca rol oynayır. Ölkəni kütləvi tərketmə varsa, deməli bunun kökündə ciddi iqtisadi faktor dayınır. Siyasi sabitliyin olmaması da miqrasiya məsələlərinə təsir göstərir. Ölkədə demokratiyanın olmamısı, fərqli dünyagörüşlü insanlara qarşı təzyiqlər son anda vətəndaşların ölkəni tərk etməsinə gətirib çıxarır. İndi sadə ermənilər öz perspektivlərini Ermənistanla bağlamırlar. Anlayırlar ki, bu ölkədə karyera qura, inkişaf edə bilməyəcəklər. Ermənilər daha çox erməni lobbisinin olduğu ölkələrə sığınırlar. Həmçinin ermənilər qohumlarının yaşadıqları xarici ölkələrə də üz tuturlar. Bir sözlə, Ermənistanda insanları itələyən faktor iqtisadi amillərlə bağlıdır. 

- Azərbaycanda bu sahədə vəziyyət necədi?

- Bu sahədə Azərbaycanla Ermənistanı müqayisə etmək doğru olmazdı. Azərbaycana gələnlər ölkəni tərk edənlərdən çoxdu. Bizdə miqrasiya saldosu müsbətdi. Vətəndaşlarımız daha çox işləmək üçün xarici ölkələrə üz tuturlar. Amma bu, ölkəni birdəfəlik tərk etmə deyil. Xaricdə əmək fəaliyyətilə məşğul olan azərbaycanlılar ölkəyə, ailələrinə pul göndərirlər, mütəmadi olaraq vətənə gəlib-gedirlər. Yəni bu ölkəni birdəfəlik tərk etmə deyil. 

- Bəzi məlumatlara görə, Azərbaycanda miqrantların və emmiqrantların statistikası aparılmır? Məlumat nə dərəcədə doğrudu?

- Xeyr, məlumat doğru deyil. Ölkəni tərk edən və ölkəyə gələnlərin statistikası aparılır. Həm Dövlət Miqrasiya Xadməti, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Statistika Komitəsi bu barədə məlumatlar yayır. Söhbət ondan gedə bilər ki, bizdə miqrasiya məsələlərilə bağlı vahid məlumat bazası yoxdu. Bundan başqa xarici ölkələrin statistikasına nəzər yetirməklə, hansı ölkədə nə qədər azərbaycanlının yaşadığını müəyyən etmək mümkündü.
Rusiya və Avropa ölkələrində orada yaşayan azərbaycanlıların sayı ilə bağlı dəqiq statistika var. Dünya Bankı həmin ölkələrin statistikasına əsaslanaraq məlumatlar yayır. Dünya Bankının məlumatına görə, 17-18 min azərbaycanlı yaşamaq üçün Türkiyə hökumətinə müraciət edib. Amma bu o demək deyil ki, onların hamısının icazəsinə «hə» deyilib. Digər tərəfdən Türkiyə miqrasiya məsələlərilə bağlı dəqiq statistikanı son illər aparmağa başlayıb. Hazırda Türkiyədə miqrantların dəqiq uçotu aparılır.

Ruslan XƏLİL






18 İyun, 2012  17:39 Baxılıb: 1590 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner