Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AYLA IŞIL: “TOLQA KAREL VERDİYİ VƏDLƏRİN ÜSTÜNDƏ DURMADI” - MÜSAHİBƏ - FOTOSESSİYA

“Azərbaycanda populyar olmaq niyyətindəyəm”

İstanbul səfərimdən olan son müsahibəmi sizlərə təqdim edirəm. Bizə simsarlıq edən dəyərli söz yazarı Ayşə Birgül Yılmaz bizi Türkiyənin tanınmış müğənnisi, eləcə də azəri mahnıları ifa etdiyinə görə artıq Azərbaycanda da müəyyən qədər tanınan Ayla Işılla görüşdürdü. Görünüşündən dolayı Türkiyənin ikinci Türkan Şorayı hesab olunan Ayla xanım Azərbaycandan gəldiyimizi bilib, bizi çox isti münasibətlə qarşıladı və məmnuniyyətlə saytımıza müsahibə verdi.

 


- Neçə ildir müğənni kimi fəaliyyət göstərirsiz?
- Təxminən 13-14 il olar. Şablon olsa da, gerçək budur ki, uşaqlığımdan mahnı oxumağı sevirəm. Normalda operanı da çox sevirəm. Uşaq vaxtı dostlar arasında opera söyləyərdik.

- O zaman böyüyərkən niyə operanı deyil, pop musiqisini seçdiz?
- O vaxt opera o qədər də inkişaf etməmişdi. Hətta opera üzrə təhsil alacağım yeri belə bilmirdim. Bu səbəbdən pop musiqisini seçdim. Buna baxmayaraq, operaya olan sevgim hələ də qalıb.

- İlk dəfə səhnəya nə vaxt çıxdınız?
- Konservatoriyada oxuyarkən ilk dəfə səhnəyə çıxdım. Klassik xorumuz vardı. Xorun rəhbəri məni solo seçmişdi.

- Qaynaqlandığınız pop müğənniləri kimlər oldu?
- Pop müğənnilərindən ən çox Kayahanı dinlərdim. Bir də türk sənət musiqisini dinləməyi üstün tutardım. Əslində, hər növ musiqi dinləyənəm.

- Albomunuz nə zaman ərsəyə gəldi?
- 2010-cu ilin sonlarında. İlk klipim “Yasak bahçe” mahnısına çəkildi. Sonra Tolqa Karel “Aşk-ı Mabed” adlı mahnımın klipində oynadı. Amma vədlər vermişdi. Verdiyi vədlərin üstündə durmadı.

- Nə kimi vədlər vermişdi?
- Televiziya proqramlarına bərabər çıxacaqdıq. Albomun və klipin tanınması üçün mənə dəstək olacağını demişdi. Amma maləsəf, heç birini etmədi. Hətta zənglərimə belə cavab vermədi. Aldatdı məni.

- Səbəb nə idi?
- Səbəbini bilmirəm. Ondan sonra mən də o klipi heç yayınlatmadan arxivə atdım.

- Ondan sonra Tolqa ilə qarşılaşdınızmı?
- Yox. Ümumiyyətlə, bu haqda yazılmasını da istəmədim. Maqazinçi dostlarım çox inad etdilər. Amma razı olmadım. Bir sözlə, ilk albomum Tolqa Karellə mənə uğursuzluq gətirdi.

- Duyduğum qədəriylə, hazırda yeni albom üzərində çalışırsız.
- Bəli, sadəcə rejissorum Səlim Çaldıranın işlərinin çoxluğu ucbatından albomun çıxması bir az gecikir.

- Ayşə Birgül Yılmazla necə tanış olduz?
- Ortaq dostlarımızın vasitəsilə tanış olduq. Artıq 10 ildir ki, bir-birimizi tanıyırıq. Ayşə xanımın Azərbaycanda populyar olduğunu bilirəm. O zaman Ayşə xanım “Raks” musiqi şirkətində çalışarkən adını duymuşdum. Bilirdim ki, çox gözəl söz yazarıdır. O səbəbdən də tanış olmaq istəmişdim və qismət gətirdi ki, tanış olduq. Hazırda həm yaxın dostuq, həm də Ayşə xanım demək olar ki, yeni çıxacaq albomumun prodüseridir. Bundan başqa, o, mənim üçün həm də Azərbaycanla aramda simsar kimidir. Bütün işlərimi qəti olaraq ona əmanət edə bilirəm. Çünki Ayşə düzgün, etibarlı bir insandır.

- Yeni çıxacaq albomunuzda bildiyim qədəriylə Azərbaycan bəstəkarlarının da mahnıları yer alacaq.
- Elədir, Ayşə xanımın tövsiyəsi ilə bir neçə azəri mahnılarını dinlədim. Gövhər xanımın və Pərviz Mahmudovun mahnılarını çox bəyəndim. Gövhər xanımdan “Çok istiyorum”, Pərvizdən isə “Sevdanın yollarında” adlı mahnıları ifa etdim. Yeni çıxacaq albomumda hər iki mahnı yer alacaq. Hər iki bəstəkarınız da mənim üçün çox dəyərli və bacarıqlıdırlar. Bundan başqa, Gövhər Həsənzadənin “Əlimi burax” mahnısını da sizin Elnur adlı müğənninizlə duet oxumuşam.

- Azərbaycana gəlmək kimi niyyətiniz varmı?
- Əlbəttə, mütləq gəlmək, konsert vermək, Gövhər xanım və Pərviz Mahnmudovla yaxından tanış olmaq istəyirəm. Əslində, mən də Azərbaycanda populyar olmaq niyyətindəyəm.



Azər Nəsibov

 

 






18 İyun, 2012  16:31 Baxılıb: 1721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner