Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«BİR HƏFTƏYƏ İRƏVANDA KARTOF ƏKƏRİK» - MÜSAHİBƏ

Aqil Abbas: «Ermənilər 5 əsgərimizi qətlə yetiribsə, biz də onların 10 əsgərini öldürməliyik»

Dünən Azərbaycan daha 5 hərbçisini itirdi. Bununla da 2012-ci ildə döyüşdə şəhid olanların sayı 10-a çatdı. Simsar.az-ın əməkdaşı cəbhə bölgəsində yaranan gərginliyin səbəblərinə aydınlıq gətirilməsi məqsədilə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aqil Abbasdan müsahibə alıb.

- Aqil bəy, bu gün (dünən - R.X) 5 əsgərimizi itirdik…

- Sizdən eşidirəm. Rayonda yas yerindəyəm. Bakıya indi gəlirəm. Amma ola bilər. Nə vaxta qədər ki, biz Dağlıq Qarabağdakı erməni hərbçilərinin cavabını verməmişik, onlar bizi qırmaqla məşğul olacaqlar. Burada təəccüblü heç nə yoxdur.

- Ənənəvi olaraq, “nə etməli?” sualı ortaya çıxır.

- Müharibə etməliyik. Heç kimi, heç nəyi düşünmədən torpaqlarımızı işğaldan azad etməliyik. Ermənilər 5 əsgərimizi öldürübsə, biz də onların 10 əsgərini öldürməliyik.

- Nə ilə?

- Necə yəni nə ilə? Ordumuz var. Milli Orduya heç ehtiyac yoxdur. Torpaqları Daxili Qoşunlar da işğaldan azad edə bilər? Bizdə elə hərbi hissələr var ki, iki günün içində İrəvanı da zəbt edərlər. Bu işin içində olan adam kimi deyə bilərəm ki, torpaqları işğaldan azad etmək üçün kifayət qədər imkanlarımız var.

- Cəbhədəki gərginliyin ABŞ Dövlət katibi Hillari Klintonun bölgəyə səfərilə hər hansı əlaqəsi varmı?

- Oldu-olmadı, bunun mənə az dəxli var. Klinton mənim üçün heç kimdir. Mənim torpağım işğal altındadısa, Klintounun «münaqişəni müharibə ilə həll etmək olmaz» kimi açıqlamaları heç bir əhəmiyyət daşımır. Adama deyərlər, müharibə istəmirsizsə, o zaman sülh yolu ilə həll edin. Müharibəni rədd edirlər, sülhü də yaratmırlar. Belə olanda gərginlik saqqız kimi uzanır, hər gün ölüm-itim xəbərləri gəlir.

- Sizcə bizim qarşımızı yalnız böyük güclər kəsir?

- Əlbəttə ki. Amerika Azərbaycanı müharibə etməyə qoymur. Amma özü İraqda, Əfqanıstanda əsaslı-əsassız müharibə etdi, bu ölkələrdə «yüksək səviyyədə demokratiya» qurdu. İndi həmin ölkələrdə qurdla quzu bir yerdə «oynayırlar». Bilirəm ki, Ermənistan öz xoşuna Dağlıq Qarabağdan imtina etməyəcək. Çıxış yolu müharibədir. Ümumiyyətlə, amerikalılar dünyada baş verənlər barədə heç nə bilmirlər. Sadə amerikalı elə bilir ki, südü maşın istehsal edir. Onlarda inəkdən süd alınması barədə bilgi yoxdur. İndi görün biz nə gündəyik ki, belə bir ölkənin məsləhətlərinə qulaq asırıq.

- Hesab edirsiz ki, Amerka, Rusiya kimi ölkələr olmasa, biz Qarabağı azad edə bilərik?

- Seyid Lazım Ağanın cəddi haqqı bir həftəyə İrəvanı alıb, torpağını da traktorla şumlayıb kartof əkərik. Bizdə hərbi hissə var ki, torpaqları təkbaşına işğaldan azad edə bilər. Əmr lazımdı.

- Şəhid olan əsgərlərin xidmətə çağrıldığı hərbi komissarlıqların əksəriyyəti kənd rayonlarına məxsusdur. Səngərdəkilərin əksəriyyətinin kasıb və kənd uşaqları olması fikri ilə razısız?

- Bu yanaşma kökündən yanlışdır. Xahiş edirəm ki, bu cür şeyləri təbliğ etməyəsiz. Mən hazırda Bərdədəyəm. Bərdənin kəndində 100 dən artıq imkanlı ailə var. Kəndli, rayonlu olmaq, kasıb olmaq deməkdir? Bakıdakılar məgər qaz vurub, qazan doldururlar? Mən sizə müharibədə yüzlərlə varlı, vəzifəli şəxsin övladının şəhid olduğuna dair misal çəkərəm. Baş nazirin müavini Sabir Əhmədovun oğlu, Xəlil Rzanın oğlu, Riyad Əhmədovun oğlu müharibədə şəhid olub. Varlının anasına satışırlar o, dillənmirsə, kasıb da elə etməlidir? Biz qeyrətsizlərə niyə oxşamalıyıq ki? Eldar həkim Ağdamın ən varlı adamlarından olub. Oğlu institutu atıb, müharibəyə getmişdi və şəhid oldu. Nizami həkim də çox imkanlı şəxs idi. Müharibədə həlak oldu.

- Şəhid olan əsgərlərin dəfni necə təşkil olunmalıdı?

- Şəhidin dəfni adi vətəndaşın dəfnindən fərqlənməlidi. Türkiyədə əsgəri necə dəfn edirlərsə, biz də elə etməliyik. Təkcə, səngərdə, döyüşdə deyil, təsadüfən dünyasını itirmiş əsgər böyük hörmətlə dəfn olunmalıdır. Onun tabutu Azərbaycan bayrağına bürünməli, məzarının üstündə bayraq olmalı, tabut əsgərlərin çiyinləri üzərində qəbiristanlığa gətirilməlidi. Sonda yaylım atəşi olmalıdır. Dövət şəhid əsgərini qiymətləndirməlidir.

- Müsahibələrinizin birində demisiz ki, Şuşanı görə bilməyəcəyinizə inansanız, özünüzü asarsız. Hələ də nikbinsiz?

- Mən yazıçıyam. Yazıçı belə məsələlərdə nikbin olmaldır. Mənim üçün vacib olanı Şuşanın azad olunmasıdır. Özüm Ağcabədidə doğlumuşam və Ağdamın deputatıyam. Özümü həm də ağdamlı hesab edirəm. Müharibə vaxtı döyüşmüşəm. Ağdamı özüm də işğaldan azad edə bilərəm. Ağdamlıları qaldıraram ayağa rayonu işğaldan azad edə bilərəm. Amma Şuşasız Ağdam çox çılpaq görünür. Şuşanın işğaldan azad olunacağına adımın Aqil Abbas olması kimi inanıram. Ümidim olmasa, özümü öldürərəm.

Ruslan XƏLİL






6 İyun, 2012  15:59 Baxılıb: 1911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner