Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MERAL KONRAT: “FƏXRƏDDİN MANAFOVDAN İNCİMİŞƏM” – EKSKLÜZİV – FOTOSESSİYA

“Eurovision”da favoritlərim Azərbaycan və Türkiyədir

 İki gün öncə Bakıya təşrif buyuran Türkiyənin məşhur aktrisası Meral Konrat ötən gün aparıcı Səxavət Nurun yeni layihəsi “İmza: MƏN” proqramına çəkildikdən sonra fanatlarla görüşdü. Sevənləri ilə nəzakətlə söhbət edib, onların suallarını cavablandırdı. Aktrisa fanatlara avtoqraf verdikdən sonra, onlarla xatirə şəkilləri də çəkdirdi. Meal Konrat simsar.az saytına böyük həvəslə eksklüziv müsahibə verdi.

- Bakıya xoş gəldiz. Hər dəfə bura gələndə nə kimi dəyişiklik görürsüz?

- Çox sağ olun. Bakı artıq mənim üçün doğma şəhərə çevrilib. Hər dəfə bura gələndə paytaxtınızın daha da gözəlləşdiyinin şahidi oluram. Nəinki Bakını, ümumiyyətlə, bütün Azərbaycanı və millətinizi çox sevirəm.

- Azərbaycan tamaşaçısı sizi Təhminə obrazından tanıdı və sevdi. O zaman Türkiyədə sizin Azərbaycanda filmə çəkildiyinizdən və çox sevildiyinizdən xəbərdar oldularmı?

- Bəli, hələ filmə dəvət alan zaman artıq mətbuatımızda bu barədə xəbərlər yazılmışdı.

- Bilidiyimizə görə, filmdə elə aktyorlar var ki, onlarla heç vaxt üz-üzə gəlməmisiz.

- Doğrudur. Ötən gün həmin aktyorların bir qismi ilə – Zərnigar Atakişiyeva, Füzuli Hüseynov və başqaları ilə görüşdük. O qədər gözəl bir görüş oldu ki, təsvir etmək mümkün deyil. Bu görüşü təşkil edən əziz dostum Səxavət Nura təşəkkür edirəm.

- Doğrudurmu ki, filmlərin çəkilişi zamanı aktyor Fəxrəddin Manafovla aranızda həqiqi eşq yaşanıb?

- Əsla belə bir şey olmayıb.

- Bundan öncəki gəlişinizdə xəbər yayılmışdı ki, siz “Təhminə” filminin ikinci hissəsinə çəkilmək üçün gəlmisiz. Amma filmdən bir xəbər çıxmadı.

- Bəli, Fəxrəddin Manafov məni şəxsən bu adla Azərbaycana dəvət etmişdi. Gəldim və 1-2 kadr çəkildi. Sonra mənə dedi ki, artıq filmin tam çəkilişi başlananda mənə xəbər edəcək. Qayıtdım Türkiyəyə. Bir müddət səs-soraq çıxmadı. Sonra orda məni Azərbaycan müğənnisinin klipinə çəkildiyimi deyib, təbrik etdilər. Buna çaşıb qaldım ki, axı heç bir klipə çəkilməmişəm. Həmin klipi saytların birində tapıb izlədim. Dərhal Fəxrəddin bəyə telefon açdım, amma götürmədi. Ondan sonra bir neçə dəfə də zəng etdim. Yenə də cavab vermədi. Hətta ötən gün burda “Təhminə”də çəkilən aktyorlarınızla görüşəndə də, o gəlməmişdi. Halbuki, ona telefon açıb dəvət etmişdilər. O isə bəhanə uydurub, burda olmadığını söylədi. Əslində bilirəm, məni aldatdığı üçün görüşməkdən çəkinmişdi. Olsun, Faxrəddin bəyi anlayıram. Düzdür, mənimlə belə davrandığı üçün ondan incimişəm. Amma ona sonsuz hörmətim var. Çox dəyərli və istedadlı aktyordur. Hətta görüşə gəlsəydi belə, onunla çox gözəl görüşər və incikliyimi unudardım, lakin gəlmədi.

- Yenə də Azərbaycan filminə çəkilmək istərdiniz?

- Əlbəttə istərdim. Mənim üçün Azərbaycan, ya da Türkiyə, heç bir fərqi yoxdur. Tam səmimi deyirəm, Azərbaycanı o qədər sevirəm ki, onunçün canım fəda olsun deməkdən belə çəkinmirəm.

- Bir ara müğənni kimi də özünüzü sınamışdız. Niyə davamı gəlmədi?

- Mən səs sənətçısı deyiləm. Albomum çıxanda da bunu demişdim. Bu, sadəcə mənim üçün bir hobbidir. Müğənni kimi davamlı fəaliyyət göstərməyi düşünmürəm. Əvvəl aktrisalıqdan əlavə, model kimi də fəaliyyət göstərmişəm. Amma modellik fəaliyyətimin aktrisalığımı ötüb keçdiyini görəndə, buna son verdim. Mən aktrisayam. Hər zaman aktrisa kimi ön planda olmağı üstün tuturam.

- Çəkildiyiniz yeni film varmı?

- Bəli. “Barınak” adlı yeni filmdə baş rolu oynadım. Tərəf müqabilim aktyor Ümit Yalazadır. Filmin rejissotları Haluk Can və Hasan Karcıdır. Sentyabr ayında kinoteatrlarda filmin yayımına başlanacaq.

- Hazırda Azərbaycanda “Eurovision” Mahnı Yarışması keçirilir. Baxırsız?

- Əlbəttə baxıram. Azərbaycan bu yarışmanı çox möhtəşəm şəkildə hazırlayıb. Yarımfinalları izləyərkən heyran oldum.

- Favoritiniz hansı ölkədir?

- Mənim üçün iki favorit var – Azərbaycan və Türkiyə. Başqa bir ölkələrin fərqində deyiləm.

- Azərbaycanlı təmsilçinin mahnısı haqda konkret düşüncələriniz necədir?

- Təmsilçiniz olan xanım hədsiz gözəldir. Səsi isə möhtəşəmdir. Sadəcə mahnının lirik olması bir az tərəddüd yaradır. Düşünürəm ki, “Eurovision”da çıxış üçün ritmik mahnılar daha uğurludur. Amma yenə də heç nə dəyişmir. Favoritim olaraq qalır.

Azər Nəsibov

 

 






26 May, 2012  16:35 Baxılıb: 2865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner