Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«İRƏVANLA BAKI MÜQAYİSƏYƏ GƏLİNMƏYƏCƏK QƏDƏR FƏRQLİ ŞƏHƏRLƏRDİ» - MÜSAHİBƏ

Ermənistandan yenicə qayıtmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyevanın Simsar.az-a müsahibəsi. 

- Azərbaycan nümayəndə heyətinə qarşı Ermənistanda müəyyən təxribatların olması barədə yayılan məlumatlar nə dərəcədə doğrudur? 

- Bu məlumatların heç bir əsası yoxdur. QDİƏT 20 ildir ki, fəaliyyət göstərir. Quruma üzv olan ölkələrin hər birində qaydalara uyğun olaraq iclaslar keçirilir. Bu dəfəki iclas İrəvanda keçirldi. Biz Ermənistana Gürcüstandan quru yolla getdik. Təhlükəsizliyimiz təşkil olunmuşdu. QDİƏT regional səviyyəli iqtisadi təşkilat olduğundan tədbirin yüksək səviyyədə keçirilməsi vacib idi. Ermənistan tərəfi bunu başa düşürdü. Bəlkə də buna görə idi ki, bizim təhlükəsizliyimiz təmin edilmişdi.

- Siz Ermənistanda olanda məlumat yayıldı ki, guya qondarma erməni soyqırımı qurbanlarının xatirəsini yad etmisiz? 

- Bu məlumat yayılanda biz hələ İrəvana çatmamışdıq, yolda idik. İclasın gündəliyində hansıs abidəni ziyarət etmək məsələsi yox idi. Olsaydı da belə, Azərbaycan nümayəndə heyəti məlum abidəni ziyarət etməyəcəkdi. Bu barədə danışmağına belə dəyməz. Bu kökündən yalan xəbər idi.

- İclasda Qarabağ müharibəsinin iqtisadiyyata təsirləri məsələsi müzakirə olundumu?

- QDİƏT iqtisadi qurumdur. İrəvanda keçirilən tədbir də iqtisadı xarakter daşıyırdı. Orada siyasi mövzuların müzakirəsi qadağandır. Bununla belə QDİƏT-in demək olar ki, bütün tədbirlərində Qarabağ münaqişəsinin regionun iqtisadiyyatına təsirləri barədə danışırıq, məsələ qaldırırıq. Bildirmişik ki, əgər Qarabat müharibəsi olmasaydı, bölgədə iqtisadi inkişaf indikindən daha sürətli olardı. İrəvanda keçirdiyimiz mətbuat konfransında cənab prezidentin fikirlərini bir daha xatırlatdıq ki, Dağlıq Qarabağ işğaldan azad olunmayana qədər Ermənistanla hər hansı formada iqtisadi əməkdaşlıq qurulmayacaq.

- Parlament Assambleyasının iclasında müharibədən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsilə bağlı qaldırdığınız məsələ qəbul olundu. Nə üçün Ermənistan tərəfi buna maneə olmadı?

- Biz bu məsələni iclasın sonunda qaldırdıq. Əvvəldən bu məsələni qaldırsaydıq, bəlkə də, narazılıqlara rast gələ bilərdik. Tövsiyyə xarakterli təklif idi və səsçoxluğu ilə bu məsələ qəbul olundu.

- Məlumatlara görə, siz Ermənistanda vaxtilə azərbaycanlıların yaşadığı Sisyana da səfər etmisiz...

- Bu səfər bir neçə il bundan öncə olub. Mən həmin səfərdə iştirak etməmişəm. Amma indi aydın olur ki, Ermənistan rəhbərliyi Azərbaycan deputatlarının tarixi türk torpaqlarına səfərlərinə qarşıdır. Bizə açıq şəkildə bildirdilər ki, həmin yerlərə səfər etməklə bağlı yuxarı icazə vermir. İrəvandan cəmi 16 kilometr aralıda yerləşən Zəngibasara belə getməyimiz təmin olunmadı. İclasın gündəliyi də elə idi ki, biz iclasdan çıxıb, otelə, oteldən çıxıb iclasa gedirdik. Bütün bunlarla yanaşı biz İrəvanın özündə vaxtilə azərbaycanlıların yaşadığı məhəllələrə səfər edə bildik. Şəhəri gəzmək adı ilə o tərəflərə getdik. Bizdə olan məlumatlara görə, işğal olunmuş rayonlarda və Ermənistandakı vaxtilə azərbaycanlılar yaşadığı kəndlərin qəbiristanlıqları dağıdılıb. Səfərə imkan verilsəydi, bütün bunları gözümüzlə görərdik.

- İrəvanla Bakı arasında nə kimi fərqlər var?

- İrəvanda vaxtilə azərbaycanlıların yaşadığı məhəllələr hazırda xaraba vəziyyətdədir. Evlər təmirsiz, baxımsızdılar. Bizə dedilər ki, guya 80-ci illərin sonlarında burada yaşayanlar evləri Bakıdan gələn ermənilərin evlərilə dəyişiblər. İndi orada heç ermənilər də yaşamır. O boyda məhəllədə cəmi 2 qoca erməniyə rast gəldim. İrəvanla Bakı müqayisə gəlinməyəcək qədər fərqli şəhərlərdi. İrəvanda inkişaf indi-indi gözə dəyir. Bakı çox qabağa gedib. Ermənistanın dövlət büdcəsi 2 milyard dollardan bir az artıqdır. Bizim büdcəmiz isə 25 milyard dollara yaxınlaşır.

- Ermənistan spikeri açıqlama verib ki, Azərbaycan deputatları erməni deputatları ilə mehribandır. İki ölkənin yaxınlaşmasını istəməyən guya Azərbaycan prezidentidi. Bu yanaşma nə dərəcədə doğrudur?

- Ermənistanın spikeri öz maraqlarını bizim adımızdan istifadə etməklə təmin etmək istəyir ki, bu da uğursuz cəhddi. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, o, müharibə tərəfdarı deyil. Amma vəziyyət bu cür də davam edə bilməz. Torpaqların uzun müddət işğalda qalmasına razı ola bilmərik. Bunun sonu olmalıdır. Əslində cənab prezidentin mövqeyi Azərbaycan dövlətinin, xalqının mövqeyi ilə üst-üstə düşür.

- QDİƏT Parlament Assambleyasının 40-cı sessiyası Azərbaycanda keçiriləcək. Erməni deputatları Bakıya səfər edəcəklər?

- Yəqin ki, səfər edəcəklər. Quruma sədrlik, Azərbaycana keçir. Bizim vəzifəmiz iclasın təşkilini yüksək səviyyədə qurmaqdır. Bunu da edəcəyik.

Ruslan XƏLİL

 

 

 






26 May, 2012  15:06 Baxılıb: 1588 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner