Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MANANA: “AZƏRBAYCANDA MƏNƏ OLAN SEVGİNİ, ETİBARI İTİRƏ BİLMƏRƏM”

“Əvvəl Azərbaycan vətəndaşı olmadığımdan, sonra da gürcü olduğumdan “Eurvision”da iştirak edə bilmədim”

Əməkdar artist Manana saytımıza “Eurovision” mahnı müsabiqəsi ilə bağlı maraqlı fikirlərini açıqlayıb. Onunla həmsöhbət olarkən bir daha Azərbaycanı nə qədər sevdiyinin şahidi olduq.

- Manana xanım, bu vaxta qədər bir çox müsabiqələrdə iştirak edib, Azərbaycanı layiqincə təmsil etmisiz. Sizcə iştirak etdiyiniz müsabiqələrlə “Eurovision” müsabiqəsi arasında nə kimi fərq var?
- “Eurovision” əsasən mahnı müsabiqəsidir. Burada ölkələr mahnılarla yarışırlar. Üstəlik, münsiflərlə yanaşı, tamaşaçılara da seçim etmək imkanı verilir. Mənim iştirak etdiyim müsabiqələrdə isə qalibi ancaq münsiflər seçirdi. Üstəlik, tək mahnı ilə deyil, səs və səhnə mədəniyyət ilə də onların zövqünü oxşamaq lazım gəlirdi.
- Azərbaycanın “Eurovision”dakı builki namizədi və mahnısı barədə fikriniz necədir?
- Azərbaycan bu 4 ildə həmişə layiqli iştirakçılar və mahnılarla çıxış edib. Bu ilki seçim də çox gözəldir. Düşünürəm ki, ən yüksək pillələrə layiqik.
- Gürcüstan təmsilçisi Anri Coxadze haqda rəyiniz necədir?
- Anrini 1999-cu ildən tanıyıram. O vaxt biz bərabər Kiyevdə keçirilən “Slavyan bazarı” müsabiqəsində iştirak edirdik. Mən Azərbaycanı, o isə Gürcüstanı təmsil edirdi. Onun istedadına bələdəm. Çox güclü ifaçıdır. O vaxt mən müsabiqədə Qran-Pri qazananda o da “Tamaşaçı simpatiyası” nominasiyasına layiq görülmüşdü. O vaxtdan Anri ilə dostuq. Düzdür, sıx-sıx görüşmürük, telefonla danışmırıq.
- Müsabiqədə ifa edəcəyi mahnını bəyənirsiz?
- Əlbəttə bəyənirəm. Demək olar ki, mahnını ilk eşidənlərdən biri də mənəm. Mahnı hədsiz maraqlıdır. Maraqlı bir fakt deyim. Hamı bilir ki, Azərbaycan musiqisinin kökü dərin tarixə söykənir. Qafqaz millətləri hər zaman Azərbaycan musiqilərindən bəhrələniblər. Anrinin mahnısını da dinləyəndə müəlliflərin qədim Azərbaycan musqisindən yararlandıqlarını hiss etmək mümkündür. O baxımdan yox ki, plagiat nəsə var. Yox, sadəcə əsl Qafqaz ab-havası duyulur.
- Anrinin müsabiqədə qalib olmaq ehtimalı sizcə nə dərəcədədir?
- Onu peşəkar bir müğənni kimi tanıdığımdan şansının yüksək olduğunu düşünürəm. Sadəcə bir məsələ var ki, bu, mahnı yarışması olduğunudan insanların zövqünü bilmək olmur. Anrinin mahnsı həqiqətən də gözəldir. Yüksək enerji duyulur. Əsas odur ki, canlı çıxış zamanı o, bu enerjini tamaşaçılara lazımi qədər çatdırmalıdır. Mən əminəm ki, o, öz mahnısını istənilən səviyyədə ifa edəcək. Ümumiyyətlə, “Eurovision” elə bir yarışmadır ki, burda kimin, hansı mahnının qalib gələcəyini qabaqcadan bilmək olmur. Hər şey tamaşaçının əhvalından asılıdır. Məsələn, ötən il Azərbaycanın təqdim etdiyi mahnı o qədər gözəl idi ki, əminəm ki, tamaşaçılar həmin əhval-ruhiyyədə olduqlarından məhz bizim mahnını qalib etdilər.
- Çox maraqlıdır, bu qədər müsabiqələrdə iştirak etdiyiniz halda “Eurovision”a namizədliyinizi vermirsiz...
- Əslində, bu, belə deyil. Dörd il əvvəl Azərbaycanı “Eurovision”da təmsil etmək üçün müraciətim oldu. Sonradan mənə xəbər çatdı ki, təşkilatçılar bunun mümkün olmadığını bildiriblər.
- Səbəb nə idi?
- Onların səbəbi o olmuşdu ki, mən Azərbaycan vətəndaşı olmadığımdan bu ölkəni təmsil edə bilmərəm.
- Qəribədir... Məncə Eurovision üçün belə bir qanun yoxdur. Elə olsaydı, o zaman Araşa nədən izn verilirdi?
- Mənim üçün də bu səbəb qəribə göründü. Amma inanın, zərrə qədər də olsun göstərilən bu səbəb mənim xətrimə dəymədi. Mən yaşadığım, çalışdığım ölkəyə sadiq insanam, buranın qayda-qanunlarına hörmətlə yanaşıram. Təşkilatçıların da bu qərarına hörmətlə yanaşıram.
- Bəs Azərbaycan vətəndaşı olduqdan sonra necə, iştirak etmək istədizmi?
- İstədim. Amma onda da səbəb göstərdilər ki, azərbaycanlı olmadığımdan iştirak etməyim mümkün deyil. Maraqlı burasındadır ki, əvvəllər buranın vətəndaşı olmadığım halda Azərbaycan adına bir çox müsabiqələrdə iştirak edib, həmişə qalib olaraq qayıtmışam. Artıq 14 ildir ki, Azərbaycanda yaşayıram və buranın mənim üçün Gürcüstandan heç bir fərqi yoxdur. Azərbaycanı vətənim sayıram. Bir daha qeyd edirəm. “Eurovision”un Azərbaycan təşkilatçılarından mənim haqda çıxardıqları rəyə görə əsla incimirəm. Hər bir qərara hörmətim var. Amma əmin olun, mən hər zaman öz üzərində çalışan bir müğənni olduğumdan, üstəlik, Azərbaycanda yaşayıb yaratdığımdan bu ölkəni istənilən müsabiqədə hər an yüksək səviyyədə təmsil etməyə hazıram.
- Nə əcəb Gürcüstanı “Eurovision”da təmsil etmək üçün müraciət etmirsiz?
- Ötən il mənə bu təklif gəldi. Ancaq mədəni şəkildə imtina etdim.
- Niyə?
- Mənim üçün mənəvi dəyərlər çox üstündür. Mən karyeramın ən uğurlu anlarını Azərbaycanda fəaliyyətim zamanı əldə etmişəm. Məni burada hədsiz sevirlər və hörmət edirlər. Bəlli bir yaradıcılıq avtobioqrafiyası olan müğənniyəm. Gürcüstanı “Eurovision”da təmsil edərək 1 günlük dünya miqyasına çıxıb, özümü o cür piar etməklə Azərbaycanda mənə olan sevgini, etibarı itirə bilmərəm. Çünki məni müğənni kimi lazımi pilləyə qaldıran Azərbaycandır. Bəli, Gürcüstan mənim birinci vətənimdir. Amma heç vaxt unutmaram ki, Azərbaycan da 14 ildir ki, mənim vətənim sayılır.
- Müsabiqəni tamaşaçı kimi canlı izləməyə dəvət almısız?
- Bəli, çox sağ olsunlar ki, dəvət ediblər. Böyük zövqlə final günü tamaşaçılar arasında mən də müsabiqəni canlı izləyəcəm. Bir əlimdə Azərbaycanın, digərində isə Gürcüstanın bayrağı olacaq.

Azər Nəsibov






21 May, 2012  19:13 Baxılıb: 1713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner