Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«EUROVİSİON» AZƏRBAYCANI SEVƏN HƏR KƏSİN ÜRƏYİNDƏ HAKİMİYYƏT QURUB»

Millət vəkili Ceyhun Osmanlı simsar.az saytına müsahibə verib. 

- Son günlər Almaniya-Azərbaycan münasibətlərində narazılıq müşahidə edilir. Səslənən qarşılıqlı ittihamlara mövqeynizi bilmək maraqlı olardı.

- Almaniyanın müəyyən dairələrində Azərbaycanla bağlı aparılan kampaniyalar heç də rəsmi Berlinin və ya Almaniya xalqının mövqeyini ifadə etmir. «Şpigel» və s. jurnal və qəzetlərdə Azərbaycanla bağlı yazılar kənar qüvvələr tərəfindən təşkil olunub. Vaxtilə Almaniyanın kansleri olmuş Qerhard Şröyder hazırda Rusiyanın Qazprom şirkətində müşavir vəzifəsində çalışır. Qazprom bu gün Almaniyada təbii qaz bazarında monopolist rolunu oynayır. Orta Asiyadan enerji məhsullarının Avropaya daşınması üçün nəzərdə tutulan trans-Xəzər və trans-Anadolu kəmərlərinin çəkilməsinə qarşı qısqanclıq var. Biz bunları anlayırıq və bunun sifariş olduğunu düşünürük. Azərbaycanı tənqid edən Almaniya rəsmiləri konfrans bitən kimi bizə yaxınlaşıb Bakının gözəlliyinə valeh olduqlarını dilə gətiriblər. Azərbaycan qarşısına böyük məqsədlər qoyub qısa vaxtda hədəflərə çatmaq arzusundadır. Biz böyük uğurlara imza atmışıq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və hazırda Azərbaycan prezidenti cənab İlham Əliyevin qurama rəhbərlik etməsi önəmli siyasi hadisələrdi. Bu kimi uğurlar müəyyən qüvvələrdə qısqanclıq yaratmaya bilməz. Təəssüf ki, Almaniya mətbuatı başqa ölkələrin bir növ platformasına çevrilib. Almaniya Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Rəsmi Berlin imkan verməməlidi ki, Almaniya mətbuatı İran, Rusiya kimi ölkələrin platformasına çevrilsin.

- Rusiya nə üçün Azərbaycana qarşı təzyiqləri Moskvadan deyil, Berlindən təşkil etməyə üstünlük verir?

- Burada çox sadə məntiq var. «Şpigel» jurnalı Almaniya Sosial Demokrat Partiyasına yaxın mətbu orqandır. Sosial-demokrat olan Qerhard Şröyder isə qeyd etdiyim kimi Rusiyanın Qazprom şirkətində müşavir vəzifəsində çalışır. Faktiki olaraq bu şirkət hazırda Azərbaycan üçün təbii qaz bazarında ciddi təhdid rolunu oynayır. Şröyder də özünün Almaniyadakı əlaqələrindən istifadə edib Azərbaycana qarşı təzyiqləri təşkil etmək istəyir. Ehtimal ki, Azərbaycana qarşı təzyiqlərin Avropanın inkişaf etmiş ölkəsindən təşkil edilməsinin arxasında məqsədlər var. Bu məqsədlərdən biri odur ki, Almaniya rəsmilərinin və mətbuatının dedikləri, yazdıqları dünyada daha tez yayılır.

- Azərbaycan mətbuatının Almaniyadan gələn tənqidlərə bu qədər həssas və sərt yanaşmasını normal hesab edirsizmi?

- Bu gün hər bir ölkədə problem var. Azərbaycan cəmi 21 ildir ki, müstəqilliyə qovuşub. Almaniyanın müstəqilliyinin tarixi daha çoxdur. Həmçinin Almaniya da Azərbaycan kimi müharibədən əziyyət çəkmiş ölkədir. Bu mənada Almaniya Azərbaycanı yaxşı başa düşməlidir. Bunun əksinə olaraq Almaniya mətbuatı Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edirsə, bizim mətbuatın da öz növbəsində Almaniyanın bu siyasətilə bağlı araşdırma aparmaq hüququ var.

- AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi, alman deputat Kristofer Ştrasser Avropaya səslənərək «Eurovision» musiqi yarışmasını baykot etməyə çağırıb. Bu kimi sərt çağırışlar Azərbaycanın beynəlxalq imicinə necə təsir göstərir?

- Sıfırı istənilən rəqəmə vurduqda sıfır edir. Bu gün 42 ölkə «Eurovision»da iştirakını təsdiq edib. Özünə hörmət edən siyasətçi, cavabı sıfır olacaq məsələlər barədə danışmaz. Belə çıxır ki, Ştrasser ya qeyri-ciddi siyasətçidir, ya da sifariş yerinə yetrir. Bu sifarişin də qarşılığı olub. Ştrasserə dəfələrlə dəvət göndərilib ki, Bakıya gəlsin, siyasi məhbus adlandırılan şəxslərlə bağlı məsələ dəqiqləşdirilsin. Amma o, bura gəlməkdən imtina edib. Bilir ki, Azərbaycanda siyasi məhbus yoxdur və onun cəhdləri də uğursuz olacaq. O, sadəcə sifariş yerinə yetirir.

- Avropa ölkələri səfirlərinin İctimai Palatada təmsil olunan partiyaların sədrlərilə görüşmələri hakim partiyada ciddi narazılıqla qarşılandı. Məsələ ilə bağlı sizin mövqeyinizi bilmək maraqlı olardı.

- Azərbaycan demokratik ölkədir və cəmiyyətdə plüralizmin olmasına şərait yaradır. Xarici ölkə səfirlərinin siyasi partiyaların, qeyri-hökumət təşkilatların nümayəndələrilə görüşlərinə çox dözümlü yanaşırıq. Xarici ölkə səfirləri hakim partiyanın nümayəndələrilə də tez-tez görüşür, tədbirlərində iştirak edirlər. Əgər hansısa diplomat fəaliyyətində çərçivəni aşarsa, ölkənin daxili siyasətinə müdaxilə edərsə layiqli cavabını da alar. Diplomatlar elə etməməlidirlər ki, onların bəyanatları Ştrasserin bəyanatlarına oxşasın.

- Müxalifətin «Eurovision» yarışması öncəsi aksiyalar keçirməsinə münasibətiniz necədir?

- «Eurovision» Azərbaycanı sevən hər kəsin ürəyində hakimiyyət qurub. Ürəyimizdəki «Eurovision» hakimiyyətinə də müxalifətdə olanlar var. Eurovision» musiqi yarışmasının ən böyük faydası elə bu müxalifətə olub. Bizim bəzi partiyalarda ideya qıtlığı yaşandığı bir dövrdə «Eurovision» bunlar üçün göydən düşmə oldu. İndi bunların danışmağa sözləri var. Onların hərəkətlərini, çıxışlarını birmənalı olaraq düşmən dəyirmanına su tökmək kimi qiymətləndirirəm. Necə ki, Azərbaycanı sevməyənlər qara kampaniyalarını davam etdirirlər, bunların niyyətləri gerçəkləşməyəcək. Biz plüralist bir ölkəyik. Tənqidləri dinləyirik. Sağdan-soldan verilən haqsız bəyanatilar Azərbaycanı ədalətli mövqeyindən çəkindirə bilməyəcək. Azərbaycanda demokratiyanın tarixi bəzi Avropa ölkələrində olduğundan daha qədimdir. 1918-ci ildə bizdə qadınlara hüquq veriləndə bəzi Avropa ölkələrində bu yox idi. Müxalifətin «Eurovision»qabağı mitinq cəhdləri ciddi uğur verməyəcək. Çünki Bakıya gələnlər gözləri ilə Azərbaycandakı inkişafın şahidi olacaqlar.

- Hazırda Azərbaycan BMT-yə sədrlik edir. Bunun ölkə nüfuzunun beynəlxalq arenada yüksəlməsi baxımından nə kimi rolu var?

- Mən bunu Azərbaycanın növbəti uğuru hesab edirəm. Biz artıq dünya siyasətinin iştirakçısı yox, həm də təşkilatçısıyıq. Bu mənada mən Azərbaycanın BMT kimi nüfuzlu quruma rəhbərlik etməsini çox yüksək qiymətləndirirəm.

- Siz bir müddət öncə magistral yollardakı rayonlararası məsafə göstəricisi nişanlarına dəyişiklik edilməsini təklif etmişdiz. Qeyd etmişdiz ki, yollarda Bakıdan Qazaxa qədər olan məsafə göstərilir, amma Şuşaya və Dağlıq Qarabağın digər rayonlarına olan məsafə göstəriciləri yoxdur. Təklifinizə reaksiya necə oldu?

- Mən bu məsələ ilə bağlı nəqliyyat naziri Ziya Məmmədovla görüşmüşəm. Ziya Məmmədov bu təklifi dəstəkləyib. Bununla bağlı qərar qəbul edilib ki, göstəricilər quraşdırılsın. Xoş niyyət var.

Ruslan Xəlil






8 May, 2012  18:50 Baxılıb: 2377 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner