Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ASENA: “BƏLKƏ MƏNİ BİR AZƏRİ İLƏ EVLƏNDİRƏSİZ?” - EKSKLÜZİV - MÜSAHİBƏ - FOTOSESSİYA

“Mənə İbrahim Tatlısəs yox, Mustafa Topaloğlu kömək edib”

İstanbulda olarkən bizə simsar olan Pınar Sağırın vasitəsilə Türkiyənin məşhur oriyental rəqs ifaçısı Asena ilə görüşdük. Asenanın bu qədər sadə və səmimi olması insanda onun haqqında xoş təəssürat yaradır. Hələ Azərbaycandan gəldiyimizi bildikdə, bizimlə daha da xoş münasibət qurdu – sanki illərdir tanıdığı yaxınları kimi... Onunla səhnə aldığı gecə klublarının birində həmsöhbət olduq. Səhnə çıxışına az vaxt qalsa da, bizimlə qısa da olsa məmnuniyyətlə söhbət etdi.

- İş qrafikiniz gərgindir?
- Hə, bir az. Üstəlik, özüm də çalışmağı, səhnədə rəqs etməyi çox sevirəm.
- Sizinlə eyni səhnəni başqa rəqqasələr də paylaşır. Onlar haqda nə düşünürsüz?
- Rəqslərini hələ ki, peşəkar saymıram. Üzərlərində çox çalışmalıdırlar.
- Hazırda Türkiyənin ən məşhur oriyental rəqs ifaçısısız. Tələbələriniz var?
- Rəqsi öyrənmək, eyni zamanda, arıqlamaq istəyən xanımlar üçün klub açmışam. Ora gələnlər çoxdur. Həvəslə öyrənirlər.
- Bu yaxınlarda Azərbaycanda olduz...
- Bəli, Azərbaycana gəlməkdən zövq alıram. Ölkənizi çox sevirəm. Özümü orada sanki doğma evimdəki kimi hiss edirəm. Üstəlik də, bu, Azərbaycana ilk gəlişim deyildi.
- Azərbaycanda ən çox nəyi sevirsiz?
- İnsanlarınızı. Mənə doğmadırlar. Nə də olsa, eyni millət sayılırıq. Onların arasında özümü qərib hiss etmirəm. Ümumiyyətlə, sizi və ölkənizi sevməmək mümkün deyil.
- Sənətdən dolayı, şəxsi həyatınıza vaxt ayıra bilirsiz?
- Demək olar ki, şəxsi həyatımda boşluq var.
- Ailə qurmağı düşünmürsüz?
- Düşünürəm. Amma nə zaman, bunu bilmirəm. Bəlkə məni bir azəri ilə evləndirəsiz (gülür)?
- Bunu ciddi qəbul etmək olar?
- Belə bir namizəd olsa, ailə quraram...
- Doğrudanmı sizi sənətə İbrahim Tatlısəs gətirib?
- O insan haqda danışmaq istəmirəm. Amma mənə sənətin, populyarlığın qapısını açan Mustafa Topaloğlu olub.

Azər Nəsibov

 






4 May, 2012  16:38 Baxılıb: 1657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner