Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KÖNÜL ARİFQIZI: «BİR MAHNININ TARİXÇƏSİ» MURADIN İDEYASIDI - FOTOSESSİYA

«Televiziyada işləmək maraqlıdır» 

«Tele-aparıcı» layihəsinin budəfəki qonağı İctimai Televiziyada yayımlanan «Bir mahnının tarixçəsi» verilişinin müəlifi və aparıcısı Könül Arifqızıdır. O, mahnıların tarixçəsini araşdıraraq, populyarlıq qazandı və sevildi. Demək olar ki, müəllifi olduğu veriliş mövzusuna görə Azərbaycan teleməkanında yeganədir.

- Əvvəlcə, jurnalistikaya gəlişinizdən danışardız

- İxtisasca jurnalist deyiləm. Bu sahədə nəsə öyrənmişəmsə, bunu işlədiyim müdddətdə öyrənmişəm. İctimai Televiziya açılarkən burada işə başlayan ilk kadrlardan olmuşam. Əslində, buraya radioada işləməyə gəlmişdim. Radionun musiqi departamenti üçün bəzi ssenarilər də yazmışdım.Televiziyada işləmək heç ağlıma da gəlmirdi. Televiziya açılan zaman kadrlar lazım idi və rəhbərimiz İsmayıl Ömərov təklif etdi ki, burada işləyim. Bu, mənim üçün çox gözlənilməz idi. Televiziyanın musiqi departamentinin rəhbəri isə Aygün Səmədzadə idi və onun da öz layihələri var idi. Mənə «Patefon» verilişi təklif olundu. «Patefon»dan sonra mənim öz layihəm olan «Ekspront» efirə çıxdı. Təəssüf ki, bu veriliş üzün ömürlü olmadı. Sonra isə öz layihəm olan «Bir mahnının tarixçəsi» verilişini apardım.

- Bu veriliş böyük maraqla qarşılandı.

- «Bir mahnının tarixçəsi»sini mənə qardaşım Murad təklif elədi. Mən də ilk verilişimi «Bakı» mahnısına həsr etdim. Bir neçə veriliş efirə getdikdən sonra mənə zənglər gəlməyə başladı. İlk zəng edənlərdən biri də Rahib Azəri idi. O, radioda belə bir layihəsinin olduğunu, lakin mahnılar haqqında kiçik məlumatlar verdiyini dedi və bildirdi ki, mənim verilişim daha ətraflıdır. Bu günə qədər hardasa 78 mahnının tarixini araşdırmışam. İndi başqa bir layihə ilə bağlı hələlik bu veriliş təxirə düşüb, amma davam edəcək.

- Yeni layihə nəylə bağlıdır?

- O da musiqi ilə bağlı bir veriliş olacaq. Gələn həftədən çəklişlərimiz başlayacaq.

- «Bir mahnının tarixçəsi» demək olar ki, bu mövzuda olan yeganə verilişdir. Bu baxımdan mahnıların tarixçəsini araşdırmaq çətin olmur ki?

- Əvvəllər təbii ki, çətin idi. Amma təcrübə toplayandan sonra mahnını götürəndə bilirəm ki, onu necə araşdırmaq, kimləri danışdırmaq lazımdır. Müasir dövrdə o qədər hər - şeyi rahat əldə etməyə öyrəşmişik ki, bu baxımdan hardasa tədqiqat, araşdırma varsa o kənardan bir qədər çətin görünür. Amma istək yaranandan sonra çətinlik gözümə görünmür.

- Son vaxtlar sizi «Qadın dünyası»nda da görürük. Bu aparıcı Leyla Əliyevanın başının «Eurovion»na qarışmasına görə deyil ki?

- Yalnız bununla bağlıdır. Leylanın «Eurovion» la bağlı məşqləri olur. Yəqin ki, yarışma bitəndən sonra qayıdacaq və öz verilişinin sahibi olacaq.

- Qardaşınız Murad Arif sizin verilişinizi çox bəyəndiyini deyir. Siz necə, onun verilişlərini bəyənirsiz?

- Azərbaycan kanallarındakı verilişlərə baxıram, müşahidələrimdən belə qənaətə gəlirəm ki, Murad çox savadlı, maraqlı və xarizmatik aparıcıdır. Onda bir çox keyfiyyətlər var ki, mən onu başqalarında görmürəm. Mən Muradın verilişlərindən, müsahibləri ilə davranışından zövq alıram.

- Bəs bəstələrini necə, xoşlayırsız?

- Mahnı yazır da, burada qəbahətli bir şey görmürəm. Əgər Allah-Təala bu insana belə bir bacarıq veribsə, musiqi motivləri onun beynindən keçirsə, niyə də olmasın. Hələ onun yazdığı mahnılar qəbul edilir, sevilirsə, bu daha da xoşdur.

- Həmkarlarınızdın kimlərin verilişlərini bəyənirsiz?

- Yəqin ki, mənim özümü də yüz faiz bəyənmirlər, mənim də yüz faiz bəyəndiyim, ideal aparıcı hesab etdiyim şəxs yoxdur. Amma ümumilikdə götürəndə bizim televiziyada Leyla Əliyevanı, Hüsniyəni, ANS-də Aytən Səfərovanı, Nigar Mahmudovanı, ATV-də Samirə Mustafayevanı bəyənirəm. Mirşahin kimi güclü jurnalistlimiz var. Murad Dadaşov maraqlı layihələrə imza atmış şəxsdir, orjinaldır, səmimidir. Amma bəlkə də bu insanların potensialı tamamilə açılmayıb. Hesab edirəm ki, aparıcı təkcə intellekti, davranışıdan başqa həm də görüntü etibarı ilə də ekrana yaraşmalıdır.

- Hnası verilişləri sevərək izləyirsiz?

- ANS-dəki «Keçmişə salam», «Kök altı» və Muradın «Solo» verilişlərini. Amma harda ki şitlik, intelektsizlik var, onları qəbul etmirəm. Verilişi məişət səviyyəsinə endirməyin tərəfdarı deyiləm. Bu cür verilişlərə qətiyyən baxmıram.

- Öz ixtisasınız musiqiçidir, eləmi?

- «İstefada olan pianoçuyam». Konservatoriyanı bitirəndən sonra bir müddət öz ixtisasım üzrə Sumqayıt Musiqi Texnikumunda müəllimə işləmişəm. Amma televiziyada işləməyim öz ixtisasımı tamamilə unutdurdu. Fortapianoda çalmaq, özümü formada saxlamaq üçün məşğul olmaq ikinci plana keçdi. Çalmaq üçün vaxtımın olmadığına görə təəssüflənirəm, amma ixtisasdan uzaqlaşdığıma görə, yox. Çünki, müəllim işlədiyim vaxt da heç vaxt özümü ruhən müəllim kimi hiss eləməmişəm. Hərçənd kənardakılar mənə deyiblər ki, sən yaxşı müəllimə olardın. Elə bilirəm ki, mənim yerim elə televiziyadır.

- Belə çıxır ki, işinizi sevirsiz.

- Hə. Bura maraqlıdır, ideyalar, azadlıq, sərbəstlik verir. Televiziya ilə müəllimlik tamam başqa-başqa qütblərdə olan peşələrdir.

- Şəxsi həyatınız barədə danışardız.

- Ailəli deyiləm. Mənə çox sual verirlər ki, niyə ailə qurmuram. Mən bir az fatalistəm, bunu qismətə bağlayıram. Allah-Təala nə yazıbsa odur. Ailəmlə birlikdə yaşayıram. İki bacı bir qardaşıq.

- Muradla dalaşmırsız?

- Uşaqlıqda bacı-qardaş arasında dava-dalaş hər ailədə olur. Əslində o, sözəbaxan uşaq olub. Mən isə böyük kimi diktator bacı olmuşam. İndi isə böyük insanlarıq. Doğrudur, həm iş, həm məişət zəmnində mübahisələr olur. Mənim üçün layihələri onunla müzakirə etmək çox maraqlıdır. O, hər şeyi daha dəqiq görür, işlərimin əksəriyyətini onunla məsləhətləşirəm.

- Muradla siz jurnalistika sahəsində çalışırsız, maraqlıdır, o biri bacınızın ixtisası nədir?

- Böyük bacım həkimdir. Əslində heç birimiz ixtisasca jurnalist deyilik, sadəcə televiziya sahəsində çalışırıq. Ümumiyyətlə, mən çox şükürlü insanam. Həyatımda baş verən istər şəxsi, istər professional baxımdan bütün hadisələrə şükür deyirəm. Hətta vaxtında pis qiymətləndirdiyim hadisələrə görə də şükr eləyirəm, çünki, Alllah özü bilir ki, bünü nəyə görə edir. Ümmiyyətlə inanclı insanam. Bilirəm ki, Allah – Təalanın insanın bilmədiyi çox böyük hikmətləri var və hər şeyi öz hikmətləri ilə idarə eləyir. Bunu da Ona buraxmaq və şükür eləmək lazımdır.

Xatirə Nəsirli

 

 






24 Aprel, 2012  15:54 Baxılıb: 7462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner