Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UFUK ÖZKAN: “SƏNƏTİMLƏ GÖZ ÖNÜNDƏ OLMAĞA ÇALIŞIRAM”-EKSKLÜZİV-FOTOSESSİYA

“Şəxsi həyatımla gündəmə gəlməyə can atmıram”

Türkiyənin məşhur aktyorlarından sayılan Ufuk Özkanla görüşümüz çəkiliş meydançasında baş tutdu. Azərbaycandan gəldiyimizi biləndə çəkilişə fasilə verib, məmnuniyyətlə bizə müsahibə verdi.

- Azərbaycanla bağlı nə kimi məlumatınız var?

- Azərbaycan bizim qardaş ölkəmizdi. Sizdə fəaliyyət göstərmiş keçmiş Böyük Elçimiz Hulusi Kılıçın dediyi kimi, Türkiyə və Azərbaycan əkiz qardaş, bir ürəkdi. 

- Azərbaycanda olmusuz?

- Olmamışam, amma çox istərdim olum. Azərbaycan da bizim vətənimizdi, eyni dildə danşırıq. 

- Azərbaycanda ilk dəfə sizi “Benim annem bir melek” serialından tanıdılar. Sonra rol aldığınız “Geniş ailə” serialı da maraqla izləndi. Az müddət əvvəl isə Show TV-də yeni yayıma başlayan “Hababam uzay” serialında baş rol almısız. Bu haqda bir az məlumat verməyinizi rica edirik.

- Rejissor Tayfun Güneyerin çəkdiyi “Hababam uzay” serialı komediya janrındadır. Orada kapitan rolunu oynayıram. İlk seriadan yaxşı reytinq toplaya bildik. Mövzu bir türk kosmos gəmisində olan cavan kosmonavtların dünyanı tapmaq üçün yaşadıqları səyahətdən, başlarına gələn maraqlı gülməli hadısələrdən ibarətdir.

- Daha çox komediya janrında olan filmlərdə, seriallarda oynayırsız. Bəs ciddi obrazınız olub?

- Olub. 2004-cü ildə Max Smart kanalında yayımlanan Kadir İnanırın baş rol oynadığı “Bütün çocuklarım” serialında oğul rolu oynamışam. Ciddi obraz idi.

- Sizə görə güldürmək asandı, yoxsa çətin?

- Güldürmək daha çətindi. Aktyor televiziyada tamaşaçını bir dəqiqəyə güldürə bilməyəcəksə, o, kanalı dəyişər. Amma bir dramatik filmdə iki obraz 10 dəqiqə belə heç danışmadan bir-birlərinin əllərini tutsalar, aya baxsalar heç kim kanalı dəyişməz. Komediya o səbəbdən çox çətindi. 

- Azəri aktyorlardan kimləri tanıyırsız?

- Ancaq İstanbulda yaşayan və fəaliyyət göstərən Məlahət Abbasovanı tanıyıram. Onunla 3 il Dövlət Teatrında eyni tamaşada oynamışıq. Çox hörmət etdiyim bir xanım-aktrisadır.

- Bir az özəl həyatınızdan danışardız.

- Altı ildir ki, ailəliyəm. 4 yaşında bir oğlum var.

- Bəzi aktyorlar şəxsi həyatları ilə maqazində gündəmə gəlməyə can atırlar. Siz necə?

- Sənətimlə, qazandığım uğurlarla göz önündə olmağa çalışıram. Ona görə şəxsi həyatımla, ailəm ilə gündəmə gəlməyə can atmıram. İşim bitdikdən sonra boş vaxtlarımı maqazindən kənar ailəm ilə keçirirəm.

- Azərbaycandan filim təklifi gəlsə, qəbul edərsiz?

- Bəli, sevə-sevə razılıq verərəm.

Azər Nəsibov






19 Aprel, 2012  15:37 Baxılıb: 1799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner