Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BİBİHEYBƏT ŞƏHƏRİN ƏN HÖRMƏTLİ YERLƏRİNDƏN BİRİDİR” – MÜSAHİBƏ

Siyavuş Novruzov: “Müxalifət liderləri sanki kolxoz sədridirlər”  

Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində müxalifətlə bağlı fikirlər səsləndirib. Müxalifət liderləri isə prezidentin səsləndirdiyi fikirlərə öz etirazlarını bildiriblər. Simsar.az saytı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Norvuzovdan müxalifət liderlərinin narazı çıxışlarına münasibət öyrənib.

- Prezidentin “şəhər meriyası çox müdrik addımlar atıb və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir” fikirlərində müxalifətin aşağılanması elementləri varmı?

- Öncə bildirim ki, Nazirlər Kabinetinin müşavirəsində ölkənin inkişaf strategiyası, Azərbaycana olan xarici təhdidlər barədə ətraflı şəkildə məlumat verdi. Ayrı-ayrı xarici qüvvələrin Azərbaycanda törətmək istədikləri əməllər, bu əməllərə dəstək verənlər barədə öz fikirlərini bildirdi. Müşavirədə müxalifətlə bağlı da fikirlər səsləndi. Prezident qeyd etdi ki, müxalifətə mitinq üçün yer ayrılıb və ayrılan yer onlar üçün ən məqbul və yaraşan yerdir. Tamamilə düzgün fikir idi. Ölkə başçısı Azərbaycan xalqının ürəyindən xəbər verdi.

- Prezidentin bu fikirləri müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Təklif olunur ki, müxalifət növbəti aksiyasını şəhərin mərkəzində keçirsin…

- “Sərbəst Toplaşmaq Azadlığı Haqqında” Qanun var. Qanunda göstərilib ki, aksiyaların keçirilməsilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanları uyğun cavab verməlidi. İctimai Palatanın növbəti mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti məqbul cavab verəcək. Hara məsləhət bilinəcəksə, ora icazə veriləcək. Mitinq iştirakçıların təhlükəsizliyinin qorunması, əhalinin istirahət hüququnun təmin edilməsi əsas götürülməlidir.

- Bəzi politoloqlar hesab edirlər ki, gərək müxalifət Bibiheybətə getməyəydi. Sizcə mitinq üçün məkanın harada olmasının ciddi əhəmiyyəti varmı?

- Yerin heç bir fərqi yoxdur. Məqsədə çatmaq üçün istənilən məkanda aksiya keçirmək olar. İstər Bibiheybət stadionunda bəyanat ver, istər Xəzər dənizinin ortasında, istərsə də Elmlər Akademiyasının qarşısında. Fərqi yoxdur, qətnamənin mətni eynidir. Sadəcə, müxalifətin sosial dayağı, xalq tərəfindən dəstəyi olmadığına görə, belə açıqlamalar verirlər. Gecə-gündüz insanlardan xahiş edirlər ki, piketə gəlsinlər. Müxalifət liderləri sanki kolxoz sədridirlər, iməciliyə adam çağırırlar. İnsanlar artıq bunların əqidəsinə inanmırlar. Buna görə də İsa Qəmbərin yalvarışlarının heç bir faydası olmayacaq.

- Müxalifətin Bibiheybət stadionuna göndərilməsi onları aşağılamaq üçün nəzərdə tutulmuşdu, yoxsa…

- Qətiyyən. Əslində Bibiheybət də şəhərin mərkəzi hesab olunur. Səbail rayonunun ərazisində yerləşən bir ərazidir. «Eurovision» yarışmasının keçirələcəyi yerlə Bibiheybət stadionunun arasındakı məsafə 500 metrə qədərdi. Bibiheybət şəhərin ən hörmətli yerlərindən biridir. Əgər təşkil edə bilirlərsə, gedib orada keçirsinlər. Havası təmiz, geniş, səliqəli yerdir. Orda mitinq keçirmək üçü hər cür şərait var.

- Son vaxtlar bir neçə icra başçısı vəzifəsindən uzaqlaşdırılıb, yerləri dəyişdirilib. Belə fikirlər var ki, icra başçıları ilə bağlı sərancamların verilməsinə Qubada baş verən məlum hadisələrin təsiri olub. Bununla bağlı nə deyə bilərsiz?

- Qətiyyən bu belə deyil. Hər il prezident hansısa icra başçısının yerini dəyişir və ya postundan kənarlaşdırır. Bu işlər mütəmadi aparılır. Bu zaman əsas məsələ kimi onların etimadı nə dərəcədə doğruldub-doğrultmamaları götürülür. İcra başçısı gərək əhali ilə sıx işləsin. Əks təqdirdə postunda çox qala bilməz.

Ruslan XƏLİL






18 Aprel, 2012  20:08 Baxılıb: 1531 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner