Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YUNUS GÜNER: "AZƏRBAYCANDA FİLMƏ ÇƏKİLMƏK İSTƏYİRƏM"-EKSKLÜZİV-FOTOSESSİYA

“Azərbaycan dilində əksər sözləri AzTV-dən eşidib əzbərləmişəm”

Türkiyənin məşhur aktyorlarından biri olan Yunus Güneri Azərbaycanda ilk dəfə 2007-ci ildə qardaş Türkiyənin “Show” kanalında yayımlanan “Dudaktan kalbe” serialında oynadığı Namik rolundan tanıdılar. Ondan əvvəl aktyor “Sonradan görmələr” (1994), “Yaz evi” (1996), “Ateş dansı” (1998), “Bütün çocuklarım” (2004) və “Büyük günahlar” (2005) kimi seriallarda rol almış və türk tamaşaçılarının qəlbinə yol tapa bilmişdi. Ən son isə ötən il ekranlara çıxan “Mavi pansion” filmində baş rolu canlandıran Y.Güner bir daha aktyorluq məharəti ilə Türkiyədə daha böyük tamaşaçı sevgisi qazana bilib. İstanbul səfərimizdə aktyorla görüşüb saytımız üçün reportaj hazırladıq.

- Neçə ildir aktiyorluq sənətindəsiz?
- 20 il oldu. Bir neçə serialda oynamışam. Düzdür, baş rollar olmasa da, həmişə rollarımın öhdəsindən layiqincə gəlməyə çalışmışam.
- Ən son ötən il yaxşı mənada hay-küyə səbəb olan “Mavi pansion” filmində baş rolda oynadız.
- Bəli. Ssenari xoşuma gəldi və o filmdə çəkildim. Allaha şükür ki, uğurlu alındı.
- Ondan sonra baş rolda oynamaq üçün təkliflər almısız?
- Almışam. Amma hələ tam dəqiq deyil. Hər şey ssenariyə bağlıdır. Xoşuma gələn olarsa təklifləri dəyərləndirəcəm.
- Heç oynadığınız seriallara baxırsız?
- Baxıram.
- Özünüzü kənardan görmək necədir?
- Bir az qəribə olsa da, əsasən ona fikir verirəm ki, harda rolu zəif oynamışam. Çalışıram öz səhvlərim üzərində öyrənim.
- Bəs başqa ölkələrdən necə, oynamaq üçün rol təklifləri almısız?
- Yox, amma fikrimcə yavaş-yavaş olacaq.
- Azərbaycan aktyorlarından tanıdıqlarınız var?
- Yox. Amma sizin AzTV kanalınızı hərdən izləyirəm. Azərbaycan dilində əksər sözləri ordan eşidib əzbərləyirəm.
- Bir az şəxsi həyatınızdan danışın.
- Hazırda subayam.
- Heç evli olmamısız?
- Yox.
- Neçə yaşınız var?
- 40 yaşım var.
- Niyə ailə qurmadınz? Sevdiyiniz olmadı, yoxsa şorgözsüz?
- İndiki zamanda yaxşı bir insan tapmaq çox çətindi. Hər bir adam öz mənafeyini düşünür. Ürəyimcə olan biri yoxdu. Açığı, heç istəmirəm.
- Tək yaşamaq çətin deyil?
- Yox, o qədər də çətin deyil.
- Övladınızın olmasını istəmirsiz?
- İstəsəm də bu qərar çox çətin gəlir. Övladın hər bir şeyini qarşılamaq çətin gəlir. Düşünürəm ki, bunu bacara bilmərəm.
- Uşaqlığnız necə keçib?
- Pis keçməyib.
- Valideyinləriniz sizə yaxşı baxıblar?
- Bəli.
- Bəs niyə düşünürsüz ki, öz övladınıza yaxşı baxa bilməzsiz?
- Birincisi ailə qurmaqdır. İşlərimlə əlaqədar evə gec gəlirəm. Düşünürəm ki, bu baxımdan problem yarana bilər. Bu da övladımıza, onun pisxalogiyasına zərər vurar. Bu kimi şeylərə görə ailə qurmaq istəmirəm. Subaylıq yaxşıdı.
- Amma Mövlanənin bir kəlamı var, “gözəl düşünən gözəl görər”.
- Doğru deyib, mən razıyam. Bəlkə də, evlilik məsələsinə çox ciddi baxdığımdan belə düşünürəm.
- Öz xarakterinizə uyğun rol oynamısız?
- Axrıncı oynadığım “Mavi pansion” filimdə sanki özümü oynamışam.
- Azərbaycandan filim təklifi gəlsə qəbul edərsiz?
- Əlbətdə qəbul edərəm. Aktyorlarınızın və filmlərinizin adları yadımda qalmasa da bəzi filimlərinizə baxmışam və bəyənirəm.
- Bizim vasitəmizlə Azərbaycana göndərmək istədiyiniz arzu və istəkləriniz varmı?
- Əlbəttə. Azərbaycan haqda çox gözəl şeylər eşitmişəm. Çox istərdim ki, qonaq gəlim. Bildiyimə görə, çox gözəl ölkədi. Orada özümü yad hiss etmərəm.

Azər Nəsibov






10 Aprel, 2012  14:45 Baxılıb: 1938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner