Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«SƏHİYYƏ NAZİRLİYİ PALÇIQ VULKANLARIN TİBBİ ƏHƏMİYYƏTİNƏ DİQQƏT YETİRMİR» - MÜSAHİBƏ-EKSKLÜZİV

Adil Əliyev: «Yaxınlıqda aparılan tikinti işləri vulkanları oyada bilər»

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiriAdil Əliyev son vaxtlar Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda geoloji proseslərin aktivləşməsinin səbəbləri ilə bağlı Simsar.az-a müsahibə verib.

- Adil müəllim ölkədə sürüşmə zonalarında baş verən aktivləşmələr palçıq vulkanların aktivləşməsinə necə təsir göstərir?

- Yeraltı və yerüstü proseslər palçıq vulkanların aktivləşməsinə səbəb ola bilər. Sürüşmələrlə bağlı məsələyə gəldikdə isə mən bu sahənin mütəxəssisi deyiləm. Sürüşmə ilə başqa alimlər maraqlanırlar. Mən vulkanizmin vəziyyətini öyrənirəm. Həmçinin deyə bilərəm ki, vulkan da zəlzələ kimidir. Onun nə vaxt oyanacağını, püskürəcəyini söyləmək olmaz. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, dünyanın əksər palçıq vulkanının yerləşdiyi Azərbaycanda hər 11 ildən bir vulkan aktivləşmələri olur. Hər il iki-üç vulkanda püskürmələr qeydə alınır.

- Astrofizik Cəsarət Əliyev Lent.az-a müsahibəsində bildirib ki, Günəşdə iri ləkə yaranıb ki, bu da palçıq vulkanların aktivləşməsinə, yanar qaz püskürməsinə səbəb olacaq. Bu məlumatlar nə dərəcədə doğrudur?

- Açığı, bilmirəm şəxs bunu nəyin əsasında bildirib. Həmçinin təsdiq olunub ki, astroproseslər Yer planetinə də təsir göstərir. Günəşdəki aktivlik palçıq vulkanların oyanmasına səbəb olur. Bununla bağlı bizim şöbədə müxtəlif tədqiqatlar aparılıb. 1981-ci ilin avqustunda apardığımız tədqiqatlar zamanı bir daha müəyyən etdik ki, Günəşdəki proseslər birbaşa Yerə təsir göstərir. Həmin il Günəş tam tutulmuşdu və həmin gün palçıq vulkanlarda aktivləşmə oldu. Bir neçə vulkan püskürdü. Bununla bağlı mənim elmi məruzəm də olub.

- Ümumiyyətlə, yaxın müddətdə palçıq vulkanların aktivləşəcəyini gözləmək olarmı?

- Gözləmək olar. Amma baxır hansı vaxtda. Heç kəs deyə bilməz ki, filan gün vulkanlar püskürəcək və s. İndi hərə bir söz deyir. Kimisi gündəmə gəlmək, sensasiya yaratmaq üçün müxtəlif açıqlamalar verir. Biz heç kəsə qadağa qoya bilmərik ki, belə açıqlama vermə. Özləri bilərlər, necə istəyirlər, elə də danışsınlar. Hesab edirəm ki, hər kəs öz sahəsi üzrə danışsa daha yaxşı olar. Gərək, danışdığın sahə üzrə uzun müddətli təcrübən olsun. Yalnız təcrübəyə əsaslanıb fikirlər irəli sürmək olar. Belə adamların dediklərinə inanılmalıdır. Məsələn, mən zəlzələ ilə məşğul olmuram, amma deyə bilərəm ki, zəlzələlər vulkanların aktivləşməsinə səbəb olur. Zəlzələ ilə vulkan bir-birilərinə çox yaxın sahələrdi. Bəzən elə hallar olur ki, zəlzələ məsələsində susuram. Çünki bu sahənin mütəxəssisi deyiləm.

- Palçıq vulkanlara yaxın ərazilərdə hələ də yaşayış binaları ucaldılır, tikinti işləri aparılır. Bu nə dərəcədə məqsədəuyğundur?

- Məqsədəuyğun deyil. Bir neçə il öncə məsələni qaldırdıq. Prezident sərəncam verdi ki, palçıq vulkanların yaxınlığında tikinti işləri aparmaq olmaz. Birdəfəlik bilinməlidir ki, vulkanların yanında tikinti işləri aparmaq düzgün deyil, təhlükəlidir. Güclü püskürmə insanların həyatını məhv edə bilər.

- Tikinti işləri vulkanların oyanmasına səbəb ola bilirmi?

- Əlbətdə ki, ola bilir. Vulkanları aktivləşdirən faktorlardan biri də antropogen amillərdi. Tikinti işləri yerin oyanmasına səbəb olur. Biz özümüz də tez-tez palçıq vulkanların olduğu ərazilərə gedirik. Tikinti işləri aparanlara məsləhət veririk ki, onların fəaliyyətləri vulkanları püskürdə bilər və əziyyətləri də heç olar.

- Nə üçün vulkanlar palçıqlardan hələ də tibbdə geniş istifadə olunmur?

- Bir çox xəstəliklər var ki, onların müalicəsində palçıq vulkanların palçıqlarından istifadə olunur. Azərbaycanda müalicəvi palçıq ehtiyatı kifayət qədərdi. Bu sahəyə fikir vermək lazımdır. Diqqəti kim ayırmalıdır? Səhiyyə Nazirliyi. Yəqin ki, müəyyən dövrdən sonra Səhiyyə Nazirliyi bu sahəyə diqqət yetirəcək. Biz mütəxəssis olaraq fikirlərimizi bildiririk. Əməli işlərlə nazirliklər məşğul olmalıdır. Palçıq vulkanları gəlirli sahəyə çevirmək olar. Özü də heç bir maliyyə tələb etmir. Bu günə qədər niyə bundan istifadə edilməyib, səbəbini bilmirəm.

- Palçıq vulkanlardan turizm məskəni kimi lazımi səviyyədə istifadə olunurmu?

- Xeyr olunmur. Biz üç dildə Azərbaycandakı palçıq vulkanlarla bağlı bələdçi kitabı hazırlayıb lazımi qurumlara təqdim etmşik. Mədəniyyət və Turizm Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Düzdür, bəzi tur-operatorlar palçıq vulkanlara turlar təşkil edirlər. Bura gələn xarici qonaqlar gördüklərindən valeh olurlar. Gərək nazirliklər dünyada palçıq vulkanların vətəni kimi tanınam Azərbaycanda bu sektordan səmərəli istifadəyə ciddi fikir versinlər.

Ruslan XƏLİL

 






5 Aprel, 2012  20:31 Baxılıb: 1648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner