Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏHƏD ABIYEV: “BİR MANAT BELƏ BOŞ YERƏ XƏRCLƏNMƏYƏCƏK” – MÜSAHİBƏ-EKSKLÜZİV

“Rayonun inkişafı ilə bağlı daha böyük planlarımız var"

Prezident İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 3 milyon manat vəsait ayırıb. Bu vəsait hesabına 3 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolu tikiləcək.
Simsar.az ayrılan pulların necə xərclənəcəyinə, həmçinin rayonda daha hansı sahələrin dövlət qayğısına ehtiyaclarının olub-olmadığını öyrənmək üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə müraciət edib. İcra başçısı öncə prezidentin sərəncamına münasibət bildiridi.


- Prezidentin uzaqgörən siyasəti nəticəsində Daşkəsən rayonuna 3 milyon manat vəsait ayrılıb. Məqsəd rayondakı ayrı-ayrı problemləri həll etmək və rayonun inkişafına nail olmaqdır. Arıçılıq və turizmin inkişafı, yolların təmir olunması, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının dirçəldilməsi və s. nəzərdə tutulub. İlk olaraq yolların çəkilişi gündəmdədir. Layihə, smeta işləri tam hazırdı. Daşkəsənin yollarının təmir olunması ilə bağlı bir müddət öncə baş nazirə, nazirliklərə müraciətlər, təkliflər göndərmişdik. Cənab prezident şəxsi Ehtiyat Fondundan Daşkəsənə vəsait ayırıb. Açığı biz Nazirlər Kabinetindən gözləyirdik ki, layihələrimizi təsdiqləyəcəklər. Prezidentin sərəncamı gözlənilməz oldu. Rayonun su, yol, turizm, kənd təsərrüatının – arıçılıq sektorundan, tərəvəz məhsullarının yetişdirilməsinə qədər – sahələrinin inkişafı ilə bağlı layihəmiz var. Ümid edirəm ki, yaxın gələcəkdə Nazirlər Kabineti müraciətimizə müsbət cavab verəcək. Hələ ki, Daşkəsəndə havalar soyuqdur, dağlar qarla örtülüb. Nəzərdə tutulan işləri lazımi səviyyədə həyata keçirə bilmirik. Amma yavaş-yavaş bütün bunların öhdəsindən gələcəyik.

- Ayrılan vəsaitin xərclənməsində şəffaflıq necə təmin olunacaq? İctimai qurumların burada iştirakına şərait yaradılacaqmı?

- Bizdə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsilə bağlı komissiya yaradılıb. Pullar bir nəfərin əlindən gəlib keçməyəcək. Mənimsəmədən söhbət belə gedə bilməz. Bu, ümumrayon məsələsidir. Hər bir detallar ayrı-ayrılıqda haqq-hesab olunacaq. Bir manat belə boş yerə xərclənməyəcək.

- Yəqin ki, görüləcək işlərə birbaşa özünüz nəzarət edəcəksiz.

- Əlbətdə ki. Elə rayonlar var ki, hansısa nazirliyin kurasiyasındadır və orada işlər nazirliyin nəzarəti ilə həyata keçirilir. Görülən işlərdə nazirliyin imkanlarından, texnikalarından istifadə olunur. Daşkəsənə isə vəsait Prezidentin Ehtiyat Fondundan ayrılıb və Prezident Administrasiyasının tapşırığı ilə işlər görülür. Bizdə kimsə vəsaitdən götürsün, xərcləsin belə şeylər ola bilməz.
Allah prezidentimizə can sağlığı versin. Onun köməkliyi ilə Daşkəsənin yol problemi həll olunacaq. Yol olandan sonra turizmi, kənd təsərrüfatını da inkişaf etdirmək olur. Daşkəsənin bəzi kəndlərinə getmək olmur. Kəndlərin rayonla əlaqələri kəsilib. Bu əlaqələr bərpa olunandan, yollar təmir olunandan sonra digər sahələrin inkişaf planının icrası asanlaşacaq.

- Bir müdət sonra jurnalistlər Daşkəsənə gedəndə yollarda müsbətə doğru dəyişiklik görə biləcəkmi?

- Yüz faiz. Elə bizim də məqsədimiz odur ki, gördüyümüz işləri ictimaiyyətə çatdıraq. Biz mətbuat vasitəsilə gördüyümüz işlər barədə xalqa hesabat veririk. Görülən işləri təbliğ edə bilsək, yəqin ki, digər problemlərin həllinə də hökumət tərəfindən vəsait ayrılacaq.

- Prezident tərəfindən Daşkəsənə pul ayrılmasında şəxsi nüfuzunuzun hansısa rolu olubmu?

- Biz rayondakı mövcud problemlərlə bağlı daha öncə Prezident Administrasiyasına məlumat vermişdik. Daşkəsənin inkişaf layihəsinin hazırlanmasına bütün qüvvəmizi səfərbər etmişik. Rayonun inkişafı ilə bağlı daha böyük planlarımız var. Gecə-gündüz bu işin üzərində işləmişik. İndi Daşkəsənin Çovdar kəndində unikal «Çovdar» qızıl zavodu tikilir. Orada bütün işlərə nəzarət olunur. Zavodun tikilməsi işsizlik problemini də müəyyən qədər həll edəcək. Zavod dünya standartları səviyyəsində olacaq. Ən yüksək probla qızıl istehsal olunacaq. Qızıl zavodu təkcə Daşkəsəni deyil, Azərbaycanı tanıdacaq.

- Belə başa düşdüm ki, icra başçıları istəsələr rayonlarını inkişaf etdirə bilərlər.

- Yox, istəyirlər. Niyə istəmirlər? Yalnız ağılsız icra başçısı işləməz. Ağlı, şüuru olan adam ona göstərilən böyük etimadı doğrultmaq üçün niyə işləməməlidir?

Ruslan XƏLİL






3 Aprel, 2012  18:33 Baxılıb: 2108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner