Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

АQİYƏ NAXÇIVANLI: “TQDK-NIN MÖVQEYİ HAQLIDIR”-MÜSAHİBƏ

“Onların diplomları tanına bilməz”

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Aqiyə Naxçıvanlı təhsildəki problemlərlərlə bağlı Simsar.az-a müsahibə verib.

- Aqiyə xanım yəqin ki, TQDK sədri Məleykə Abbaszadənin 22 min 332 diplomun «qara siyahı»ya düşməsi barədə açıqlaması ilə tanışsız. Amma Təhsil Nazirliyi hesab edir ki, bu qədər diplomun «qara siyahı»ya salınması ədalətli yanaşma deyil. Bu mənada sizin mövqeyinizi bilmək maraqlı olardı.

- Hesab edirəm ki, TQDK-nın mövqeyi haqlıdır. Müxtəlif yollarla diplomlar əldə edən şəxslərlə bağlı fərdi araşdırmalar aparılmalıdır. Xaricdə təhsil almaq heç də o demək deyil ki, onlar yüksək səviyyədə təhsil alıblar. Bizim universitetlər bir sıra hallarda xarici universitetlərdən daha güclüdülər. Əgər şəxs TQDK xətti ilə ali məktəbə qəbul olunmayıbsa, yaxud da xaricdə təhsil almış şəxslərin diplomları Təhsil Nazirliyi tərəfindən tanınmayıbsa, onların diplomu Azərbaycanda tanına bilməz. Dövlət qurumları, təşkilatları da bilməlidilər ki, onların işə götürdükləri şəxslərin diplomları qanunidir, yoxsa yox.

- 2005-ci illə qədər özəl ali məktəblərə TQDK-dan kənar tələbə qəbul etməyə icazə verilirdi. Həmin tələbələrin diplomları da «qara siyahıya» salınıb. Bu nə dərəcədə düzgündü?

- Biz hələ bilmirik ki, özəl ali məktəblər həmin tələbələri hansı yollu universitetə qəbul ediblər. Orta məktəbi aşağı səviyyədə bitirən, savadı olmayan gənclər şəxsi yanaşma ilə universitetlərə qəbul olunubsa, onların diplomları tanına bilməz. Bir daha qeyd edirəm ki, bu məsələ fərdi qaydada araşdırılmalıdır. Təhsil qanunla idarə olunur və burada bütün məsələlər qanun çərçivəsində həllini tapmalıdır.

- Orta və ali məktəblərdə yaşı 65-dən yuxarı müəllimlər hələ də qalmaqdadır. Yaşlı müəllimlərin pedaqoji təcrübələri olsa da, yeniliklər barədə az məlumatlı olurlar. Ümumiyyətlə, müəllimlərin təkmilləşməsi ilə bağlı hansı siyasət aparılmalıdır?

- Doğru buyurursuz ki, bu gün müəllimlərin bilik səviyyələrinin artırılmasına, kadr kimi təkmilləşməsinə ciddi ehtiyac var. Bəzən tələbələr müəllimlərdən daha çox məlumatlı olurlar. Tələbə sabahın mövzusunu axşam İnternetdə axtarış verib, oxuyur. Bəzən dərsdə şagirdlərin mövzu ilə bağlı biliklərinin qarşısında müəllimlər susub qalırlar. Bax, əsas problemlər budur. Müəllimlər kompyuter, internet texnalogiyalarının imkanlarından yararlanmalıdılar. Əks təqdirdə onlar müasir elmlə ayaqlaşa bilməyəcəklər. Və onların verdikləri təhsil də keyfiyyətli olmayacaq. Müəllimlər attestasiyadan keçirilməlidir. Yaşlı müəllimlərə normal pensiya verilməlidir ki, yaşaya bilsinlər.

- Tələbələrin hicabla ali məktəbə gəlməsinin qarşısının alınmasında xüsusi fəallıq göstərmiş rektorlardan birisiz. Bəzi ekspertlər hesab edir ki, 18 yaşdan yuxarı qızların hicabla ali məktəbə gəlmələrinə icazə verilməlidir. Amma Müəllimlər İnstitutunda bu gün də hicablı tələbələrin məktəbə gəlməsinə icazə verilmir…

- Bizim üçün hicab məsələsi artıq bitib. Azərbaycan Müllimlər İnstitutunun daxili nizamnaməsi var və orada tələbələrin geyim qaydaları öz əksini tapıb. Tələbələr həmin nizamnaməyə riayət etməlidilər. Dünyanın əksər ölkələrində universitet tələbələrinin geyimləri ilə bağlı nizamnamələri var. Bu nizamnamələr kiminsə xoşuna gəlməyə bilər, amma ona riayət etmək məcburidir. Eləcə də bizdə. Orta məktəblərə gəldikdə isə bununla bağlı Təhsil Nazirliyinin qərarı var. Mən öz universitetimizə cavabdehəm.

Ruslan XƏLİL







30 Mart, 2012  17:55 Baxılıb: 2073 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner