Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AYŞE BİRGÜL YILMAZ: “TÜRKİYƏDƏ VAHİD ƏZİZİN HAQQINI QORUMAQ İSTƏDİM...”-MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

“Azərbaycan türkcəsiylə mahnılarımı dinləmək çox fərqli bir duyğudur”

Bir neçə il əvvəl Türkiyənin ünlü yazarı Ayşə Birgül Yılmazla Bakıda keçirilən tədbirlərin birində qarşılaşmış və dəyərli bəstəkarımız Gövhər Həsənzadənin təşəbbüsü ilə müsahibə almışdım. Ertəsi gün müsahibəm o vaxt çalışdığım qəzetlərin birində çıxdı və bəyənildi. Həmin müsahibə Ayişə Birgül Yılmazın Bakı haqda təsəvvüründən ibarət idi. Bu gün sizlərə təqdim etdiyim bu müsahibə isə sırf onun yaradıcılığı, Azərbaycan musiqisi və müğənniləri ilə bağlıdır.

- Türkiyədə hansı məşhur müğənnilər sözlərinizə bəstələnən mahnılar oxuyublar?
- Fatih Erkoç, Sibel Can, Ebru Gündeş, Bülent Ersoy, Zeki Müren, Muazzez Abacı, Muazzez Ersoy və bir çoxları.

- Gövhər xanıma qədər Azərbaycan musiqisi haqda nə kimi bilgiləriniz vardı?
- 1995-ci ildə “Raks Müzik”də çalışmağa başladığım illər idi. Qutularla dolu bir otaq gördüm və bu qutularda nə olduğunu soruşdum. Dedilər ki, “Raks Müzik” Azərbaycan sənətçiləriylə anlaşmalar edib, o qutularda onların kassetləri var. O zamanlar mən bir neçə sənətçimizə repertuar hazırlayırdım. Qutuları açıb kassetləri dinləməyə başladım. Diqqətimi çəkdiyindən kassetləri evə gətirib dinləyirdim. Çox təəccüblənmişdim. O günə qədər Azərbaycan haqqında elə də məlumatlı deyildim. Kassetləri dinləməyim aylarca, hətta illərcə sürdü. Özümüzə aid çox şey tapmışdım. Sanki bir duyğu dənizində idim. Mahnılardakı mənaları, sözləri, duyğusallığı anlaya bilirdim. Çox təsirlənmiş, həyəcanlanmışdım. İlk dinlədiyim kassetdə sözlərini Elçin Mirzəbəylinin yazdığı “Ürəyim yanar” mahnısının sözlərini türkcəyə çevirdim və bir müğənnimiz onu ifa etdi. Beləcə, zamanla sizin musiqinizə marağım artdı.

- Gövhər xanımla tanışlığınız necə oldu?
- Bir gün “Raks Müzik”in Azərbaycandakı “Müzik Yapım” şirkətinin musiqi direktoru Hasan Sarı mənə dedi ki, Azərbaycanın məşhur bəstəkarı Gövhər Həsənzadə mahnı sözü istəyir. Onda bir neçə sözlərimi göndərdim. Bir neçə il sonra Akşin Sultanovdan öyrəndim ki, Gövhər xanımın mənim sözlərimə yazdığı “Get” adlı mahnı uğurlu alınıb. Uzun çətinliklərdən sonra, Gövhər xanımla telefon əlaqəsi qurdum. Söhbətimiz zamanı ona bildirdim ki, mahnılarını Türkiyədə təmsil etmək, müğənnilərimizə oxutmaq istəyirəm. Məni şəxsən tanımasa da güvəndiyini söylədi. Sonra isə vəkalətnamə göndərdi. Tam 11 il sonra Bakıya gəlişim zamanı onunla şəxsən tanış olduq.

- Ən çox bəyəndiyiniz və dinlədiyiniz azəri müğənnilər kimlərdir?
- Şövkət Əlekbərova, Arif Babayev, Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Mirzə Babayev və bir çox korifey sənətkarlarınızı böyük həvəslə dinləyirəm. Gənc müğənnilərinizə də qulaq asıram.

- Azərbaycanda populyar olan yazdığınız və sizi daha çox duyğulandıran mahnı sözləri hansıdır?
- Aysel Əlizadənin oxuduğu “Ağlayınca” mənim üçün çox önəmli və özəl bir mahnıdır. Çox duyğulu və gözəl oxuyub.

- Sözlərinizi oxuyan türk şarkıcıları ilə azəri şarkıcıların nə kimi fərqi var?
- Azərbaycan türkcəsiylə mahnılarımı dinləmək çox fərqlı bir duyğu, ayrı bir dad kimi məni həyəcanlandırır. Sözlərlə anlada bilmirəm, bunu ancaq yaşamaq lazımdır.

- Digər azəri bəstəkarlarla işbirliyi qurmaq haqda düşünürsüz?
- Mümkün olsa, digər azəri bəstəkarlar, hətta deyərdim ki, hamısı ilə anlaşaraq, bir şirkət qurub onların bəstələrinin, mahnıların redaktorluğu etmək istərdim. Ancaq hazırda Türkiyədəki musiqi sektoru əvvəlki kimi deyil. Çox şeylər dəyişdiyi üçün buna imkanım yoxdur. Bu mənim, xəyalım, düşüncəm olsa da, bunu həyata keçirmək üçün külli-miqdarda maddi vəsait lazımdır. Buna da Azərbaycan və Türkiyənin Mədəniyyət Nazirlikləri tərəfindən dəstək göstərilməlidir. Biz buna aid hər mövzuda Gövhər xanımla danışırıq. O, izn verdiyi halda edilməsi lazım olan işləri görürəm. Hazırda sizin gənc bəstəkar Pərviz Mahmudov, Leyli İsrafilova ilə də ortaq çalışmalarımız var. Anlaşmamız olmasa da, bəstəkar Vüsalə Hikmətlə də çalışmalarımız olacaq.

- Sözlərinizi oxuyan ən çox bəyəndiniz azəri müğənnisi kimdir?
- Son illərdə Türkiyədə Azərbaycan mahnılarına diqqət və maraq artıb. Bir çox müğənnilərimiz hər albomuna azəri mahnısı əlavə edirlər. Mənim mahnılarımı oxuyanlara gəldikdə isə, ayrıseçkilik edə bilmirəm. Hamısını bəyənirəm. Amma ilk dəfə mahnımı oxuduğu üçün ürəyimdə İradə İbrahimovanın xüsusi yeri var. Türkiyədə yaşadığı üçün onunla aradabir görüşə bilirik.

- Hansı azəri söz yazarlarını tanıyır və şeirlərini oxuyursuz?
- Çox dəyərli şair Vahid Əziz köhnə dostum, tanıışımdır. Türkiyədə ona edilən haqsızlıqlara görə, onun haqqını qorumaq istədim. Ancaq sonunda hər şey pula bağlı olduğundan bir nəticə olmadı. Bir neçə ay əvvəl İstambula gəlmişdi. Mənə yeni kitabını hədiyyə etdi. Maraqla onun şeirlərini oxuyuram. Yenilərdən isə Leyli İsrafilova, Xanım Aydını və bir çoxlarının yaradıcılığını izləməyə çalışır, şeirlərini oxuyuram.

- Müsahibə üçün çox sağ olun.
- Azər bəy, ayrıca sizə və saytınıza sayğılarımı, sevgilərimi çatdırıram. Bütün Azərbaycanın və azərbaycan xalqının Novruz bayramını təbrik edirəm.


Azər Nəsibov






19 Mart, 2012  18:43 Baxılıb: 10405 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner