Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELNAZ EYVAZLI: “100 MANATIN ACIĞINA VİCDANIMA XƏYANƏT EDƏ BİLMƏRƏM”-MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

“AYB-nin vəsiqəsini daşımaq yazıçı, şair olmaq demək deyil”

Onu daha çox “Kişi etirafı” şeiri ilə tanıyırlar. Bəlkə də, taleyi ona şeirlərindəki, yazılarındakı kimi həyatda da kişi kimi yaşamağı öyrədib. Təkcə ədəbiyyatı yox, insanlığı, insanların taleyini daha çox düşünən bu gənc yazar söhbət zamanı çəkinmədən, qorxmadan cəsarətli etiraflar etdi.
“Gənc yazarlar” rubrikasının budəfəki qonağı Elnaz Eyvazlıdır.


- Elnaz xanım özünüzü necə təqdim etmək istərdiz?
- Sadəcə, Elnaz Eyvazlı.
- Sizin təqdimata ehtiyacınız yoxdu?
- Hər kəsin təqdimata ehdiyaci var.
- Bu gün poeziya ilə daha çox tanınırsız. Oxuculara nəyi çatdirmaq istəyirsiz?
- Nəyi hiss edirəm, nəyi yaşayıramsa onu.
- Sizin yaşadıqlarınızı başqaları da yaşayır...
- Mənim yaşadıqalarım, əslndə, elə başqalarının da yaşadıqlarıdır. Hər kəsin acısını içimdən keçirib göynəyə bildiyimə görə, təkcə özümü yazmıram.
- “Bütün dul qadınlar eyni taleyi yaşayırlar”?
- Əslində, hardasa, eyni taleyin müxtəlif variantlarını yaşayırlar. - Kimisi güclü, kimisi yazıq şəklində.
- Nədir “yazıq olub yaşamaq?”
- Heç kəs deyə bilməz ki, həyatın hansısa anında ozünü yazıq, güçsüz hiss eləməyib. Ən güclü insan belə, hansısa məqamda özünü gücsüz, aciz hiss edə bilər. Ancaq mən tam səmimi deyə bilərəm ki, özümü çox güclü və cəsarətli adam hesab edirəm.
- Gücsüz vaxtınızda nədən güc alırsız, nə ilə təsəlli tapırsız?
- O anlar, məndə o qədər də cox olmur. Çünki son dövrlər, son illər özümü tandıqca hiss edirəm ki, cox güclü insanam. Həyatımın ən çıxılmaz vəziyyətində, ən çarəsiz anında belə, nədənsə tutub yaşamağı bacarıram. Ən azından düşünürəm ki, mənim varlığım kimlərəsə lazımdır və onların – sevdiklərimin, sevənlərimin xatirinə yaşamağa dəyər.
- Var olmağınızı nədə sübut edirsiz, yazdıqlarınızda?
- Həm də əməllərimdə.
- Ədəbiyyatda iddianız nədir?
- Ancaq yazmaq. İddialı olmaq hər şeyi həll etmir, əvvəlcə yaza bildiyini sübut etməlisən ki, sonra nəsə istəyəsən.
- Məhsuldarsız?
- Bilmirəm, onu bilirəm ki, sözlə işləməkdən başqa işim yoxdur.
- Siz də şeir yazanda pıçıltılar eşidirsiz?
- (Gülür) Başqaları eşidir? Qulağıma gəlmir axı o səslər.
- Bəs İlham pərisi necə gəlir?
- Şeir sözün səsidir, ürəyin pıçıltısıdır. Söz İlahi bir şeydir, izahı yoxdur.
- İlk dəfə nə vaxt şeir yazmağa başlamısız?
- Orta məktəb vaxtlarından, lap aşağı siniflərdə oxuyandan. Bilirdim ki, bu nəsə önəmli bir şeydir. Heç vaxt barmaqarası, həvəskar kimi baxmamışam sözə. Amma ilk dəfə publisistik yazılarımla çap olunmağa başladım, on bir yaşımda.
- Özününzü daha çox şeirdə göstərə bilirsiz?
- Onu mən deyə bilmərəm, oxucular deyə bilər. Elə adam var ki, bəlkə, mənim bir şeirimi də oxumayıb. Amma hansısa publisistik yazımı, yaxud son dövrlərdə çap olunan hekayələrimdən hansınısa oxuyub məni tanıyır.
- Bəzi şairlər etiraf edirlər ki, sanki şeirin zamanı keçib. Siz bu haqda necə düşünürsüz?
- Şeir insanın daxili hissləri, özünü ifadəsidi. Kimlərsə şeiri sevməyə bilər, kimlərsə şeirə yuxarıdan aşağı baxa bilər. Amma bu şeirin ölməsi, vaxtının keçməsi demək deyil.
- Şeirdə də nəsrdəki kimi fikrinizi ifadə edə bilirsiz?
- Elə mətləblər var ki, onları şeirdə ifadə etməyə gücüm çatmır.
- Elnaz xanım neçə ildi Azərbaycan Yazıçılar Birliyinin üzvüsüz?
- 2009-ci ildən.
- Niyə məhz Yazçılar Birliyinin?
- Ədəbiyyatda hansısa bir qurumun, təşkilatın üzvü olmaq önəmli deyil.Vacib olan ədəbiyyatda olmaqdır. O adam ədəbiyyatda qalacaq ki, onun yazdıqları ədəbiyyata xidmət etsin. Bu gun hansısa imza populyar ola bilər, kimlərsə nəyəsə görə tanına, sevilə bilər. Amma gün gələr ki, bəzi mahnılar kimi, onun da şöhrəti üç gün çəkər və yaddaşlardan silinər. Buna görə də, hansısa qurumun üzvü olmaq, hansısa təşkilatın üzvü olmaq mütləq deyil. Yəni, gecə-gündüz oturub arzu eləmirdim ki, ay Allah, nə olardı günlərin bir günü Yaziçlar Birliyinin üzvü olardım. Belə xəstə iddialarda olmamışam heç vaxt ki, mütləq hansısa qurumun üzvü olum.
- Yazıçılar Birliyinin üzvü oldunuz. Orda sizə təsir edən, necə yazmaq və yazmamaq kimi yol göstərənlər oldu?
- Hələ pioner olarkən qəzetdə yazılarım, şeirlərim çıxmışdı. Yazı elə bir aləmdir ki, orada kimsə kiminsə əlindən tutub yazmaq öyrədə bilməz. Özün öyrənməlisən, hər kəsdən, hamıdan. Lap elə ən zəif yazıdan və yazıçıdan da elə yazmamağı öyrənməlisən. O ki qaldı hansısa birlikdə yazmağı öyrənməyə, hansı təşkilat, hansı birlik yazıçı olmağı, yazmağı öyrədir ki?
- Bəs oxucular sizi daha çox hansı şeirinizlə sevir?
- Bilmirəm axı, deyəsən, oxucuların çoxu “Kişi etirafı” şeirimi daha çox bəyənir. Həm də o şeir, yaradıcılığımın dönüş nöqtəsi oldu. Ondan sonra şeirdə intonasiyam dəyişdi. Ancaq hər kəsin zövqünə bağlıdır təbii ki.
- Ümumilikdə götürdükdə, bu gün yazarların günü və bu aspektdən baxdıqda dolanışığınız necədir?
- Məktəbdə müəllim işləyirəm. Müəllimlərimə və bu sənətə həmişə hörmətlə yanaşmışam. Amma bu sənətin dəlisi deyiləm. Dostlarım da bilir ki, məktəbdə boğuluram. Ancaq vəzifə borcumu vicdanla yerinə yetirirəm. Sinfə girmişəmsə aldığım maaşın – 100 manatın acığına vicdanıma xəyanət edə bilmərəm. Pedaqoji fəaliyyət insan enerjisini çox alır. Digər yazarlar da belə. Qələm dostlarımın əksəriyyəti qəzetlərdə köşələr yazır, başqa sahələrdə özlərini qurban verirlər. Bu da yaradıcılığı məhv edir. Yaxşı bədii mətn ortaya qoymaq üçün normal dolanışıq da olmalıdır, arxayın oturub yaza biləsən. Bu gün daha çox diqqətdən kənarda qalanlar söz adamlarıdır.
- Amma yazarlara prezident təqaüdü verilir.
- Mən özüm də prezident təqaüdü almışam. Bu, ədəbiyyat üçün nəzərdə tutulubsa, təkcə Yazıçılar Birliyinin üzvlərinə verilməməlidi. Ədəbiyyat adına görülən işlər, irəli sürülən təşəbbüslər ədəbiyyata xidmət etməlidir, hansısa qurumun üzvlərinə yox. Bilirsiniz bu qurumdan kənarda nə qədər əsl söz adamı var? Hansı ki, o təqaüdü daha çox onlar haqq edir. AYB-nin vəsiqəsini daşımaq yazıçı, şair olmaq demək deyil. Mənə verilən haqqı itirmirəm, ancaq onu da etiraf edim ki, bu təqaüdü alanda buna daha çox ehtiyacı və haqqı olan yoldaşlarımdan utanırdım.
- Deməli, haqqı olub, prezident təqaüdü ala bilməyən daha çox adam var.
- Onu bilirəm ki, ədəbiyyat naminə nəsə olunursa, bütün ədəbiyyat adamlarına, bütün söz adamlarına şamil edilməlidir. Hansısa qurumun üzvlərinə yox.
- Onda bu günah kimdədir, təqaüdü müəyyənləşdirəndə?
- Bax, bunu bilmirəm. Özü bilir, Allahı bilir. (Gülür)
- Bu gün mətbuatda Yazıçılar Birliyi üzvlərinin yox, bu quruma aidiyyəti olmayan yazarların yazıları daha çox görünür.
- Hər kəsin yazmaq və yazmamaq haqqı var, bu işə qarışmaq olmaz. Bu bölgü ilə razı deyiləm. Bunun yazmağa nə dəxli var? Ədəbiyyata nəsə vermək istəyirsənsə, hər cür məhrumiyyətə dözməlisən, məcbursan.
- Siz dözürsüz?
- Əlbəttə ki, dözürəm.
- “Qonşunun şikayəti”nə də?
- (Gülür) Şeirimdəndir... Qoy, ona qonşum dözsün.
- Həmişə başqalarının dilindən yazırsız?
- Həmişə yox, ancaq əsas odur ki, yazıram.
- Yenə daş atanlarınız var?
- Mən arxaya baxmıram axı...
- İtirməkdən çoxmu qorxursuz?
- Çox ...İtki sevdiklərini itirməkdirsə, necə qorxmayım?
- Dinlə bağlı inanc və düşüncələriniz maraqlıdır...
- İçimdə Allah sevgisi var. Mən Onunla danışıram, O, məni eşidir. Mən buna əminəm. İnsan heçdən yaranmayıb. Hər kəsin öz inancı var. Buna hörmətlə yanaşıram. Ümumiyyətlə, insanın zövqü də, inancı da şəxsidir. Heç kəsin heysiyyatına toxunmaq olmaz.
- Müəllimlikdən başqa hansı sənətiniz olub?
- 1996-cı ildən 2002-ci ilə qədər jurnalistikada – qəzet, radio, televiziyada çalışmışam. Əslində istədiyim məqama çatıb hazırladığım planları həyata keçirməyə başlayanda hər şeyi buraxıb getdim.
- Buna səbəb nə idi?
- Şəxsi məsələlər, açıqlamaq istəmirəm. Yəni o zaman ailə qurmamışdım, ata evimlə bağlı məsələ idi. Amma özümü qurban verdim.
- Belə çıxır ki, özünüzü qurban verməyi bacarırsız?
- Lazım olanda, əbəttə... Sevdiklərim üçün istənilən qurbanı verməyə hazıram və bundan zövq alıram.
- Sizə olanları unuda bilmirsiz?
- Bağladığım səhifəni açmıram. Keçmiş keçmişdə qaldı.
- Tale yazısına inanırsız?
- Bizdən asılı olmayan şeylər var ki, onlar tale yazısıdır. Amma özümüzdən də çox şey asılıdır, hər şeyi taleyin üstünə atmaq olmaz. İnsan mücadilə etməlidir, dirənməlidir istəklərinə, məqsədlərinə çatmaq üçün.
- Barışırsız öz yazınızla?
- Həyatımı yaşamaqla məşğulam, barışıb barışmamaq haqqında düşünməyə vaxt yoxdur. Daha vacib işlərim var.
- Təklik insana nə verir?
- Mən tək deyiləm ki. Sevdiklərim, doğmalarım, dostlarım var, qəlbim sevgi ilə doludur!
- Bu dünyadan nə istəyirsiz?
- Dünyadan heç nə, insanlardan istəyim var. İstəyirəm hamı bir-birini sevsin, bir-birinə hörmət eləsin, mərhəmətli olsun. Bunu görməyəndə əzab çəkirəm.
- Bu əzab da ürəkdən qələmə keçir?
- Bəzən keçir, keçə bilməyəndə də ağrıya çevrilir.
- Gülməyi bacarmırsız?
- Gülməyi bacarıram. Gülməyin də, ağlamağın da öz yeri var.. Mənim çox güclü yumor hissim var, ancaq hər adamın yanında, hər yerdə yox. Amma hər şeyə də gülə bilmirsən. İnsanların daha çox acı çəkdiyini görəndə gülmək olmur...
- Görünür, bu acılarla barışmırsız.
- Yox. Bəlkə də insanlar üçün çəkdiyim əzablardan, insanları sevməkdən zövq alıram. Bütün şeirlərimdə insan sevgisini görmək olar.
- Sizi həyatda ən çox sevindirən nədir?
- İnsanlar sevinəndə, xoşbəxt olanda mən də xoşbəxt oluram.
- Sevginizi etiraf etməyi bacarırsız?
- “Səni sevirəm” hekayəsində bu haqda yazmışdım. Məncə, insanlar sağlığında bir-birlərinə qiymət verməli, sevgilərini etiraf etməlidirlər. Mən bunu çox istəyirəm. Və bacarıram, deyəsən...


Elmar Hüseynov






14 Mart, 2012  16:47 Baxılıb: 4376 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner