Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELXAN QASIMOV: “ANS KANALI ELGİZİ EFİRƏ NİYƏ BURAXIR?” -FOTOSESSİYA

“Şofer Əhməd 48 ildir mənimlədir”

Hər dəfə rubrikamızda bəlli bir mövzu ətrafında həmsöhbət olmaq üçün dəvət etdiyimiz məşhur qonaq tərəddüd etmədən razılıq verərək öz düşüncələrini dəyərli oxucularımızla paylaşmaq üçün dəyişilməz görüş yerimizə təşrif buyurur. Bu dəfə qonağımız əməkdar artist, rejissor və aktyor Elxan Qasımov oldu.


İradə Nürəddinqızı: Elxan müəllim, xoş gördük. İlk olaraq rubrikamız haqda fikrinizi öyrənmək istərdik.
Elxan Qasımov: Xoş gününüz olsun. Çox gözəl səslənir-gözəl düşünən gözəl görər. Yerində deyilmiş kəlamdır. Doğrudan da gözəl görmək üçün gözəl düçünmək lazımdır. Gözəl düşünənlər isə seçilən insanlardır. Çox sağ olun ki, məni də seçilənlər arasında görüb, bu mövzu ətrafında müzəkirəyə dəvət etmisiniz.
Elnur Rüstəmov: Biz sizi sürücü Əhməd olaraq tanıyırıq. Hal hazırda Əhməd hardadır?
Elxan Qasımov: Əhməd artıq bütün Azərbaycandadır. Dahi Ədil İsgəndərovun sözü yadıma düşdü. 1963 –cü ildə Nizami kinoteatrında “Əhməd hardadır?” filiminin təqdimatı idi. Təqdimatdan sonra bir günün içində məşhur oldum. Səhəri gün Ədil müəllim dərsdə mənə baxdı və dedi: “Qadam, səni qoydum relsə, indi yolunda rahat get”. Bir gün xanımımla xəstəxanaya getmişdim. Hamı çox hörmətlə yanaşdı. Çölə çıxanda xanımıma dedim ki, bu hörmət mənə yox, şofer Əhmədə olan hörmətdi. 48 ildi o obraz mənimlə yanaşı addımlayır. O vaxt mən 18 yaşında gənc oğlan, indi isə allah ömür versə 24 apreldə 68 yaşım olacaq.
Azər Nəsibov: Hələ də əməkdar artistsiz?
Elxan Qasımov: Xalq artisti fəxri adı üçün dörd dəfə təqdimatım gedib. Amma hələ ki, bir xəbər yoxdur. Eybi yoxdur, mən onsuz da xalqın artistiyəm.
Azər Nəsibov: Bildiyimə görə, demək olar ki, Azərbaycanın bütün bölgələrində olmusunuz.
Elxan Qasımov: Elədir ki, var. Bütün rayonlarımızda dost-tanışlarım var. Hamı mənə hörmət edir. Rayonlarımızda olanda hara getmək lazım olanda artıq heç kimdən heç nə soruşmuram. Hansı məkanın harada yerləşdiyini çoxdan dəqiq bilirəm. Eləcə də Rusiyanın paytaxtı Moskva şəhərində və Sankt-Peterburq şəhərlərində istədiyim məkana rahat gedə bilirəm.
Elnur Rüstəmov: Mobil telefonunuzda səslənən “Baharın 17 anı” filminin musiqisi diqqətimi çəkdi...
Elxan Qasımov: Rəhmətlik oğlum Samir bu və bunabənzər mahnıları çox sevərdi. Ona görə mobil telefonumda o mahnı səslənir.
Elnur Rüstəmov: Oğlunuzun itkisi ilə barışmısınız?
Elxan Qasımov: Yox, atamın itkisi ilə çətin də olsa barışdım. Atam füzulişünas idi. Şahmar Ələkbərov, Rasim Balayev və başqaları tez-tez bizə gəlirdilər. Atama deyirdilər ki, siz danışın, biz qulaq asaq. Çox maraqlı söhbətləri var idi... Amma Samirin ölümü ilə barışa bilmirəm. Amma bu dərdi çəkməyə məcburam. Hərdən öz özümə düşünürəm ki, bəs Allah mənə gəncliyimdən o qədər uğur verəndə yaxşı idi, indi belə dərd verib deyə şikayət etməyin yeri varmı? Yoxdur axı. Bu, talehdir. Dekabrın 8-i oğlumun 40-nı verəndən sonra kiçik qardaşımın oğlu ürəkkeçinməsindən vəfat etdi. Hərəmizin 1 oğlu, 1 qızı vardı. Amma ikimiz də oğul övladımızı itirdik... İkisini də atamızın yanında dəfn etmişik. Mən dərdin nə olduğunu bilirəm. Nə dərdin, nə də sevincin həddi yoxdur.

“Şurla şorun fərqi qalmayıb”

Elnur Rüstəmov: Bir deyim var. Allah bu dərdi unutduracaq böyük dərd verməsin...
Elxan Qasımov: Bu, təsəlli üçün deyilib. Razıyam o deyimlə. İnsan yaşa dolduqca Tanrıya yaxınlaşır. Bir dəfə gənc yaşımda anama dedim ki, ana, özümü yaman xoşbəxt hiss edirəm. O da səbəbini soruşdu. Dedim, bu gün bir qıza “salam qızım, necəsən?” – dedim. Anam da dedi ki, hə, nə olsun? Ona dedim ki, deməli məndə yolundan sapmaq olmayacaq. Ailəmə, uşaqlarıma sadiq insan olacağam. Ümumiyyətlə, gəncliyimdən yolumdan çıxan, həddini aşan olmamışam. Bu gün də Tanrıya yaxınlaşdıqca bu hiss məndə daha da inkişaf edir. Şükr Allaha! Artıq neçə ildir ki, içki və siqaretdən uzağam.
Azər Nəsibov: Musiqi ilə aranız necədir?
Elxan Qasımov: Musiqisiz yaşaya bilmirəm. Amma konsertlərə qulaq asa bilmirəm. Sənətdə bayağılaşma gedir. Şurla şorun fərqi qalmayıb. Ekranda biabırçılıq baş alıb gedir. Mən başa düşmürəm ki, bəzi müğənnilər yatağa girəndə əyinlərindən nəyi çıxarıb yatırlar? Onsuz da elə paltar geyinirlər ki, lüt kimidirlər. O ki, qala onların oxuduqlarına, konsertlərinə qulaq asasan. Mən ciddi musiqi dinləməyin tərəfdarıyam. Müğənnidə əsasən əxlaq, estetik zövq olmalıdır. Bu da bizim müğənnilərin arasında yavaş-yavaş itir. Çünki sensuzra yoxdur. Mən əvvəl o efir üçün olan sensuranı nəzərdə tutmuram. Beyin sensurasını nəzərdə tuturam. Hər bir insan hər etdiyi əməli əvvəlcə beynində götür-qoy etməli, sonra doğru addım atmalıdır. Beyin sensurası olmayan adamlar öz fiziki kəm-kəsirlərini ortaya qoyub camaatı özlərinə güldürürlər. İstər aktyor olsun, istərsə də müğənni, hər iki sənətin yararsız nümayəndələrini nəzərdə tuturam. Bundan başqa, son vaxtlar küçədə az söyüş eşitmək olur, nəinki efirlərdə. Aparıcıların böyük əksəriyyəti də görünüşcə xoşagəlməzdirlər. Bilmirəm, ANS kanalı Elgizi niyə efirə buraxır. Onun görünüşü adamı diksindirir. Onun kimiləri efirlərdə çoxdur. Belə şeylərə qarşı aqressiv olanda da olursan pis, tələbolunmayan sənətçi. Əvvəl belə şeylər yox idi. Amma indi efirlər nə gəldi göstərib adamın psixologiyasına mənfi təsir göstərirlər. Eləcə də mətbuat. Vacib deyil baş verən xoşagəlməz məqamları yazıb xalqa çatdırmaq! Balıq başından iylənir, Azərbaycandan başqa...

“Çəkdikləri kino deyil”
İradə Nürəddinqızı: Son zamanlar telekanalların çəkib yayımladıqları teleseriallara münasibətiniz necədir?
Elxan Qasımov: Əgər rəssam at şəkli çəkib altından fil yazsa, hamı biləcək ki, şəkildəki fil deyil. İndi o serialları çəkən rejissorlar da ha desinlər ki, bu, kinodur. Axı hamı görür ki, çəkdikləri kino deyil. Mövzu seçimində təqlid etmək olar, amma pis yox. Əsəbləşməmək üçün o seriallara baxmıram. Bəzən görürsən ki, elə qız-qadını çəkirlər ki, heç kinoya aidiyyatı yoxdur. Rejissor gərək kinoya, seriala öz məhəbbətinə bənzər yox, rola uyğun, tamaşaçını düşündürəcək xanımı çəksin. Məsələn, əgər mən insan olaraq balacaboy, gombul qadını sevirəmsə, rejissor kimi Cülyetta roluna o görünüşdə qadın çəkə bilmərəm. Eləcə də qadın rejissor öz bəyəndiyi kişiyə oxşar kişini aidiyyatı olmayan rola çəkməməlidir. Amma bir pedaqoq kimi deyə bilərəm ki, o rejissorların içindən yavaş-yavaş yaxşıları seçilməyə doğru gedirlər.
İradə Nürəddinqızı: Hazırda Avrovijnə hazırlıq işləri gedir. Münasibətiniz necədir?
Elxan Qasımov: Millətin 40-ı hələ çıxmayıb. 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Belə olan halda, bizə Avrovijn lazımdır? Bunu torpaqlarımız işğaldan qurtulandan sonra etmək lazım idi. İndi müsabiqəyə görə guya şəhəri gözəlləşdirirlər. Mayda xarici ölkələrdən nə qədər adam gələcək. Şəhər onların gözünə nə qədər gözəl görünsə də bəs xoşagəlməz, yöndəmsiz adamlar? Axı onları görəndə beyinlərində başqa təəsürat yaranacaq. Sovetlər dövründə Olimpiya oyunları başlamazdan qabaq əvvəlcə paytaxtın, əyyaş, sərxoş adamlarını şəhərdən çıxartılar. Şəhəri qazıb-təkməkdənsə, o cür adamlardan təmizləsinlər, ya da o adamların normal hala düşmələri ilə məşğul olsunlar. Nə isə, mənə bu zamanda Avrovijn lazım deyil...
Azər Nəsibov: Deyəsən yolların qazılması bütün sakinlər kimi sizi də narahat edir.
Elxan Qasımov: Əlbəttə narahatçılığıma səbəb olur. Bir yeri qazıb doldururlar, heç bir ay çəkmir ki, həmin yeri yenə də qazırlar. Çünki gördükləri işi mükəmməl etmirlər.
Elnur Rüstəmov: Zəhmət olmasa çəkdiyiniz sonuncu filminizdən danışardız.
Elxan Qasımov: Sonuncu çəkdiyim film Xocalı faciəsinə həsr olunmuş “Biz qayıdacayıq” adlı filmidir. Ssenari Natiq Rəsulzadəyə aiddir. Baş rolda “Space” kanalında yayımlanan ilk Muğam müsabiqəsinin qalibi Pərvaz İbrahimli oynayıb. Bunu ürəklə deyirəm ki, Qarabağ faciəsini dünyaya çatdırmaq üçün az da olsa bu filmi çəkdiyim üçün çox məmnunam.

“Simsar” jurnalı






12 Mart, 2012  16:31 Baxılıb: 7842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner