Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VAHİD ƏHMƏDOV: “ÇALIŞIRIQ HƏBS EDİLƏN OLMASIN”

“Sadəcə meydana gəlib sözlərini dedilər, şüar səsləndirdilər”

Martın 1-də Qubada icra başçısının istefası ilə nəticələnən etiraz aksiyası ətrafında müzakirələr davam etməkdədir. Heç kəs indiki məqamda rayonlardan birində insanların prinsipial mövqe ortaya qoyacağını gözləmirdi. İcra başçısının evinin yandırılması, yüksək rütbəli hökumət nümayəndələrinin təcili olaraq rayona gedib insanlardan üzr istəmələri, son illər Azərbaycan siyasi tarixində yeni hadisə idi. Aksiyanın yatırılmasında və insanların hüquqqlarının müdafiəsi sayəsində xüsüsi fəallıq göstərənlərdən biri də Vahid Əhmədovdur. Bu bölgəndən deputat seçilən Vahid Əhmədov mətbuata açıqlamasında bildirib ki, prezident sakinlərə qarşı silahdan istifadə etməmək barədə göstəriş verib. Bu onu göstərir ki, aksiyanın silah gücünə yatırılması variantı da massa üzərində olub. Sadəcə, prezident buna imkan verməyib. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Vahid Əhmədova müraciət etdik.

- Vahid müəllim, hökumət nümayəndələri Qubada baş verənləri normal qarşıladıqlarını desələr də, bir tərəfdən cinayət işi açılıb. Bu barədə nə deyə bilərsiz?

- Əslində hər kəs Qubada baş verən etirazı normal qarşılayıb. İcra başçısının fəaliyyətindən narazı olan, çıxışına etiraz edən şəxslər icra hakimiyyətinin binası önünə gəlib etirazlarını bildiriblər. Videolardan, fotolardan da görünür ki, aksiya dinc şəraitdə keçirilib, polis-vətəndaş qarşıdurması olmayıb. Amma sonradan müəyyən adamlar bir qədər sərt addımlar atıblar. Məsələn, şüşələrin sındırılmasını, evin yandırılmasını mən qəbul etmirəm. Görünür, cinayət işi məhz bununla bağlı açılıb. Biz çalışırıq ki, həbs edilən olmasın. Hələ ki, buna nail olmuşuq.

- Məlumatlara görə, müəyyən adamlar polis idarəsinə çağrılaraq dindirilir. Bu mənada həbslərin olması mümkündürmü?

- Cinayət işi açılıbsa, ibtidai istintaq hərəkətləri aparılmalıdır. Bir daha qeyd edirəm ki, insanların əsas məqsədi iğtişaş törətmək deyil, qanun çərçivəsində etiraz etmək idi. Bunu da etdilər və məqsədlərinə çatdılar. Prezident hümanistlik göstərdi. Aksiyanın keçirilməsinə şərait yaradıldı və icra başçısı vəzifəsindən alındı. Amma bununla belə hüquq mühafizə orqanları üzərlərinə düşən işi etməlidirlər. Araşdırma aparılmalıdır.
Mən özüm bu gün rayonun polis rəisi və prokuroru ilə danışmışam. Heç kim saxlanılmayıb, Yalnız bir nəfər saxlanılmışdı, onu da buraxıblar. Qubalıların əsas narazılığı icra başçısıyla bağlı idi, cənab prezident də bu problemi həll etdi.

- Açıqlamalarınızda bildirmisiz ki, prezident aksiyanın dağıdılması üçün silahdan istifadəyə imkan verməyib. Belə çıxır ki, silahdan istifadəyə cəhd olunub?

- Bir daha qeyd edirəm ki, belə aksiyalar keçiriləndə hüquq mühafizə orqanları öz üzərlərinə düşən işləri həyata keçirirlər. Ancaq mən gördüm ki, prezident nəqliyyat naziri cənab Ziya Məmmədovla telefon əlaqəsində insanlara zor işlədiliməməsi barədə göstərişlər verirdi. Prezident lazım olan addımı atdı. Axı aksiyaya çıxanlar prezidentin əleyhinə heç bir söz işlətməyiblər. Əsas problem icra başçısı ilə bağlı idi. İstəsəydilər aksiyanı zorla dağıdardılar. Dinc aksiya idi, iştirakçıların əllərində heç nə yox idi. Sadəcə meydana gəlib sözlərini dedilər, şüar səsləndirdilər.

- Son günlər səslənən versiylardan biri də odur ki, Qubada baş verənlər müəyyən xarici qüvvələr tərəfindən təşkil olunub. Bu barədə nə deyə bilərsiz?

- Mənim üçün bu barədə danışmaq çətindir. Gərək bu istiqamətdə araşdırma aparılsın. Əslində özüm də bu istişamətdə araşdırmalar aparmışam. Amma hələ ki, təsdiq olunmayıb. Fakt odur ki, icra başçısı səhvə yol verib, qubalıları aşağılayan çıxışlar edib və camaat da buna etiraz olaraq küçəyə yıxıb. Oradakı iştirakçıların böyük əksəriyyəti rayon camaatı, kəndlərdən gələn insanlar idi. Aksiyanın arxasındakı görünməyən qüvvə olubsa, bunu hüquq mühafizə orqanları müəyyənləşdirməlidilər.

- Hazırda Qubada vəziyyət necədir? İnsanların əsəbləri sakitləşibmi?

- Mən hər gün rayonla əlaqə saxlayıram, sakinlərlə görüşürəm. Onların qaldırdıqları əsas məsələlər həll olunub. Müəyyən şəxslər var idi ki, kəndin yolunu zəbt eləmişdi, torpaqları hasara almışdı. Hamısı həll olundu. Rayonda həyat öz axarı ilə gedir. İndi qarşıda duran əsas məsələ işsizlik problemini həll etməkdir. Bu çox vacibdir. Həm də yeni icra başçısı təyin olunmalıdır. Elə bir icra başçısı ki, əhali ilə əl-ələ verib işləsin, problem yaratmağa deyil, onu həll etməyə çalışan birisi olsun. Yəqin ki, bundan sonra gələnlər əvvəlkinin aqibətindən ibrət götürəcəklər.

Ruslan XƏLİL







7 Mart, 2012  15:11 Baxılıb: 1431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner