Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZAUR NƏBIOĞLU: «ÖZÜMÜ BİR NÖMRƏLİ APARICI HESAB ETMİRƏM»- MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

«Televiziyada işləyəndən marketə belə düşmürəm» 

Onun uldüz xəstəliyinə tutulduğunu deyirlər. Son vaxtlar xüsusilə Zeynəb Xanlarovanın bəyəndiyi aparıcı kimi tanınır. Xalq artisti bu yaxınlarda onu «bir nömrəli aparıcı» hesab etdiyini bildirib. Qonağımız «Lider» kanalında yayınlanan «Rəngarəng» verlişinin aparıcısı Zaur Nəbioğludur. Onu redaksiyamıza dəvət edib, barəsində danışılanların nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmağa çalışdıq.  

- Əvvəlcə aparıcılığa gəlişinizdən danışardız.

- İncəsənət Universitetinin «Musiqili tear aktyorluğu və rejissorluğu» fakültəsini bitirmişəm. Həmişə televiziyada rejissor işləmək istəmişəm. Aparıcı olmağım isə təsadüfən olub. Dostlarımdan biri aparıcılar arasında keçirilən müsabiqədə iştirak edirdi, mən də onunla birlikdə ora getmişdim. Seçim vaxtı oranın rəhbərlərindən biri məni çağırdı, müsabiqədə iştirak edib-etmədiyimi soruşdu və telefon nömrələrimi aldı. Səhəri gün zəng elədilər. Dostum qaldı, mən isə keçdim. Artıq 4-5 ildir ki, televiziya sahəsində işləyirəm. Apreldə isə «Rəngarəng»in efirə çıxmasının 1 ili tamam olacaq.
Bir müddət də Azərbayacan Dövlət Radiosunda işləmişəm. Burada təcrübəli insanlardan çox şey öyrəndim. Amma radioda özümü görmürdüm və «Spase»ə gəldim.

- Bəlkə əmək haqqı sizi qane etmirdi?

- Əksinə, Dövlət Radiosunda daha çox əmək haqqı alırdım.

- Onda belə çıxır ki, sizin üçün vizual görüntü daha önəmlidir?

- Bəli. Mən bu gün pulun dalınca qaçmaq istəmirəm, daha çox Zaur Nəbioğlu adını tanıtmaq istəyirəm. Onsuz tanınandan sonra pul mənim dalımca qaçacaq.

- İncəsənət Universitetini bitirdiyinizi dediniz, aktyor olmaq haqqında düşünmüsünüzmü?

- Belə bir arzum yoxdur, onsuz da həyatda hərəmiz bir rol oynayırıq, bu mənə bəsdir. Amma «Təhminə və Zaur»un yeni versiyası çəkilərsə, Zaur obrazını canlandırmaq istərdim. Bu əsəri çox sevirəm. Adımın Zaur olmasına görə də, çox sevinirəm, çünki, ən çox sevdiyim ad da budur.

- «Space»-dən niyə çıxdız?

- Biz oradan bir məsələ ilə bağlı kollektiv şəkildə çıxdıq. Hansı idarə olursa-olsun, işçisinin qədrini bilməlidir. «Lider»də münasibət elə qurulub ki, kimsə bizdən rəhbərliyə şikayət edə bilməz. «Rəngarəng» verilişinə gəldikdə, bu ideyanı rejissorumuz Aynurə Tahirqızı ilə birlikdə düşünmüşük. Verlişin adınıı Murad Arif təklif edib. Birinci qonağımız Rəhim Rəhimli olub.

- Ən uğurlu verlişiniz hansı olub?

- Arif Quliyevlə çəkdiyimiz verliş çox uğurlu alındı. Bu verilişdə ilk dəfə heç yerdə açıqlamayan nüanslar ortaya çıxdı. Nisə Qasımova ilə çəkdiymiz veriliş, həmin həftə bu tipli verlişlərin birincisi oldu. Amma ən böyük arzum Zeynəb Xanlovanı çəkmək olub. Onun yanında olarkən özümün daha çox məsuliyyət daşıdığımı hiss edirdim.

- Zeynəb Xanlarova sizi «Bir nömrəli aparıcı» hesab etdiyini bildirib.

- Mən özümü bir nömrəli aparıcı hesab etmirəm. Amma biz «Rəngarəng»lə yeni bir səhifə açdıq. Bu tipli verlişlər adətən daha çox gündəmdə olan şəxsləri, gəncləri çəkməklə reytinq toplamağa çalışır. Biz isə daha çox yaşlı və ya görünməyən şəxsləri çəkdik. Elmira Rəhimova, Rəvan Habiloğlu, Habil Əliyev, Yaqub Zurufçu, Ələddin Abbasov kimi az-az görünən insanları çəkdik. Zeynəb Xanlarovanın sevdiyi aparıcı olmaq isə, mənə böyük dəstək oldu. Bundan sonra mənə çoxlarının münasibəti dəyişdi.

- Qonaqlarınız arasında antipatiya bəslədiyiniz adamlar olub?

- «Rəngarəng»in qonaqları arasında olmayıb. Amma nə mənim, nə də rejissorumuzun danışmadığı bir nəfər olub ki, biz onu çəkib, rəyini vermişik. Yenə də elə bir təklif gələrsə, məsələyə yalnız peşəkarlıq tərəfindən yanaşacam.

- Zaur Nəbioğlunun «ulduz xəstəliyi»nə tutulduğu deyilir.

- Doğrusunu deyim ki, mən efirə çıxandan çalışıram ki, çox yerdə görünməyim. Marketə belə düşmürəm. Bəzi müğənnilər kimi «Torqovı»-da sərbəst gəzmirəm. Paltar almağa gedəndə belə çalışıram, başıma papaq taxım ki, məni tanımasınlar. Hesab edirəm ki, şou-biznesimiz ona görə ucuzlaşıb ki, istənilən fanat müğənnini istənilən yerdə görə bilər. Zeynəb Xanlorovanı çəkmək ona görə mənim ən böyük arzum olub ki, o əlçatmazdır.

- Tanınmağınız sizə mane olur?

- İndi Azərbaycanda ən məşhur müğənniyə belə tanınmağı mane olmur. Kim deyir ki, küçədə gəzə bilmirəm, yalan danışır. O, əvvəllər idi ki, hansısa tanınmış adamı görəndə bütün məhəllə toplaşırdı. İndi insanlarımız çox mədənidirlər və heç kimə yaxınlaşıb mane olmurlar. Sadəcə, mən adiləşmək istəmirəm.

- Gənc müğənnilər arasında kimi bəyənirsiz?

- Bu gün ən çox fanatı olan müğənni Röyadır. Röyanı müğənnilikdən də əlavə insan kimi sevirəm. Həm də biz onunla bir komandada çalışırq. «Rəngarəng» bizimlə birlikdə onun rəhbərlik etdiyi «Ulduz» prodakşının layihəsidir. Amma verlişin bütün qonaqlarına - Zülfiyyə Xanbabayeva, Nisə Qasmova, Aygün Kazımova, Faiq Ağaye, Mətanət İsgəndərli və digərlərinə ayrı-ayrılıqda böyük hörmətim var.

- Aparıcılar arasında kimləri bəyənirsiz?

- Nərgiz Cəlilovanı çox bəyənirəm. O, çox maraqlı aparıcıdır. Emin Müsəvinin aparıcı olaraq, özünə qoyduğu hörməti bəyənirəm. Ümumiyyətlə hesab edirəm ki, mənim aparıcılar haqqınla danışmağa hələ ki, haqqım yoxdur. Bir dəfə sual verdilər ki, efirdə senzuranın olmasını istəyirəsənmi? Mən cavab verdim ki, efirdə senzura olsaydı, bizim nə işimiz var idi burda, çoxdan çıxarardılar. Mən özüm üçün çox zəif aparıcıyam, çox öyrənməliyəm.

Xatirə Nəsirli








5 Mart, 2012  15:14 Baxılıb: 6178 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner