Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AYDIN MİRZƏZADƏ: «QUBA CAMAATI DOĞRU HƏRƏKƏT ETDİ» - MÜSAHİBƏ

«Dövlət hər zaman xalqladır, onunla işləyir və fikirlərini dinləyir»

YAP Siyasi Şurasınını üzvü, millət vəkili Aydın Mirzəzadə martın 2-də Qubada baş verən etiraz aksiyası ilə bağlı Simsar.az saytına müsahibə verib. 

- Qubada baş verənlərə müxtəlif adlar verilir. Etiraz aksiyası, iğtişaş, inqilabın əlamətləri, müəyyən kənar qüvvələrin planı və s. Siz baş verənləri necə adlandırardız?


- Qubada baş verənlər vətəndaş cəmiyyətinin ortaya qoyduğu mövqe idi. Azərbaycanda vətəndaş cəmiyyəti 1993-cü ildən inkişaf edir. Rəsmi dövlət hakimimyyəti ilə yanaşı, cəmiyyətin özü-özünü təzimləyən sistemi əmələ gəlib. Fikir verin, icra başçısının müşavirədəki çıxışı sosial şəbəkə vasitəsilə yayılır. Quba rayonunda ciddi etiraz doğuraraq qeyri-mütəşəkkəil olsa da, insanlar küçələrə çıxırıq öz etirazlarını bildirirlər. Bundan siyasi məqsədlər üçün istifadənin qarşısını almaq üçün ora dövlət başçısının plakatları, Azərbaycan bayraqları ilə gəlirlər. Mən həmin başçının çıxışına və aksiyaya dair videolara dəfələrlə baxdıb. İnsanlar «Heydər-xalq» şüarları söyləyirdilər.
İlk növbədə bu konkret məsələyə konret münasibət idi. Bu göstərdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti var və vətəndaş cəmiyyəti məhz problemlərə həssas münasibət göstərir. İkincisi, hərəkətlərinin siyasətlə bağlanmasını istəmir və dövdətə qarşı istifadə olunmasına imkan vermir. Üçüncüsü, hər bir kəs söylədiyi fikirlərin, atdığı addımların məsuliyyətini dərk etməlidir. Bunun doğruracağı əks-sədanı öncədən görmək lazımdır.

- Amma baş verənlərlə bağlı cinayət işi açılıb…



- Hər halda bunu hüquq mühafizə orqanları daha yaxşı bilər. Burada ev yanıb, şüşələr sındırılıb və s. Cinayət işinin açılması məhz bununla bağlı ola bilər. Qubadakı aksiyaya normal baxıram. Hesab edirəm ki, rayon camaatı doğru hərəkət etdi. Bununla belə düşünürəm ki, evi yandırmaq, şüşələri sındırmaq olmaz. Belə aksiyalara təxribatçılar daxil ola, bundan istifadə edə bilərlər. İnsanların etirazlarına başqa rəng verməyə çalışanlar ola bilər. Ona görə də hesab edirəm ki, bu cür təxribatlar yol verilməzdir, onlar üzə çıxarılmalıdır.

- Burada hansısa kənar qüvvələrin iştirakını söyləmək olar?

- Mənim üçün bu barədə danışmaş çətindir. Bununla hüquq mühafizə orqanları məşğul olmalıdır.

- İnsanlar tərəfindən yandırılan icra başçının təmtəraqlı evinin hansı pulla tikdirilməsi sizin üçün düşündürücü deyilmi?

- Mən video-lentdə həmin evə baxdım. Elə də bahalı ev deyil. Belə evlər nəinki Quba rayonunda, hətta kəndlərdə kifayət qədərdi. Nəzərə alsaq ki, Rauf Həbibov vaxtı ilə özəl sektorda işləyib, onun hansısa rayonda özünə ev tikdirməsi normal haldır. Əksinə təbliğ etməliyik ki, insanlar əyələtlərdə ev tiksinlər, müəssisələr yaratsınlar. Bu, inkişafdır. Rafii Həbibov müəyyən dövrdən sonra gedəcəydi. Amma tikilən ev orada qalacaydı. Sadəcə, insanlar içərilərindəki enerjini bu yolla çıxardılar. Amma bu səhv yol idi. Ev yandırmaqla məsələ həll edilmir. Nəzərə alaq ki, Azərbaycan dövləti bu məsələyə çox çevik və müsbət reaksiya verdi. Daxili Qoşunların əraziyə cəlb olunmasına baxmayaraq mitinq dağıdılmadı, insanlar kütləvi şəkildə həbs olunmadı, zor işlədilmədi və. Aksiya ilə bağlı Prezident Administrasiyasının, hökumətin və parlamientin nümayəndələri dərhal Qubaya getdilər. Dövlət hər zaman xalqladır, onunla işləyir və fikirlərini dinləyir. Hesab edirəm ki, Rauf Həbibovun həmin dövrdəki çıxışı bütün istiqamətlərdə səhv idi. Yerli əhalini ittiham etmək, yerli əhali haqqında xoşagəlməz fikirlər işlətmək heç kəsə başucalığı gətirməz. Hətta icra başçısı həmin rayondan olsaydı belə, onun belə danışmağa ixtiyarı yoxdur. Açığı orada tam anlaşılmıor ki, söhbət nədən gedir. Rəhbər işçi dediyi sözün əks-sədasını proqnozlaşdırmalıdır. Hansısa aliəyə 30-40 manat verilir ifadəsi başçıya yaraşan ifadə deyil. Rəhbərin danışığı, sözü, məsuliyyəti başqasına nümunə olmalıdır.

- Bu zaman icra başçısı postuna təyin olunan şəxsin seçilməsində qüıurların olması ortaya çıxır. Ümumiyyətlə, bu posta seçilən insanlar necə müəyyənləşdirilir?

- İcra başçısının seçilməsi proseduru kifayət qədər mürəkkəb və məsuliyyətlidir. İndiyə qədər yüzlərlə, minlərlə insan bu postdan gəlib-keçib. Onların içərisində öz işlərinə məsuliyyətlə yanaşan və inlidə barələrində müsbət fikirlər işlədilən şəxslərə rast gəlirik. Azərbaycanda 80-ə yaxın rayon və şəhər var. Mənim tanıdığım icra başçıları öz işlərinə məsuliyyətlə yanaşan, əhalinin qayğıları ilə yaşayan insanlardı. İcra başçısının seçilməsinə dövlət həmişə ciddi yanaşıb. Həyat təcrübəsi, insanlarla işləmək təcrübəsi, şəxsi nüfuzu, qərarvermək qabiliyyəti öyrənilir. Rauf Həbibovla Qubada bir-iki dəfə rayon tədbirləri olanda görüşmüşəm. Mənə o dövrlərdə normal, müsbət təsir bağışlayıb. Görünür, müşafirədəki çıxışının fərqinə varmayıb. Önəmlisi odur ki, o, sonradan qubalıların qarşısındakı çıxışında peşimançılıq hissi keçirdiyini etiraf etdi və üzr istədi. Bunun özü qiymətləndirilməlidir.

- Onun rayondakı fəaliyyət hüquq mühafizə orqanları tərəfindən araşdırıla bilərmi?

- Mən onu deyə bilmərəm. Bu birbaşa hüquq-mühafizə orqanlarının işidir.

Ruslan Xəlil 






3 Mart, 2012  15:17 Baxılıb: 1472 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner