Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÖVHƏR HƏSƏNZADƏ: “MƏN ULDUZ DEYİLƏM”-MÜSAHİBƏ-EKSKLÜZİV-FOTOSESSİYA

“Məni Allah səmimi yaradıb”

Müsahibim mənim üçün mükəmməl qadın simvolu daşıyır. Onunla söhbət, hər şeyə göstərdiyi münasibət məni sadəcə heyran edir. Düşünürəm, necə olur ki, bu xanım bu qədər pozitiv və sadədir. Onun yerində başqası olsa bəlkə də özündən o qədər razı olardı ki, aqibəti bir “ulduzun” özünü şöhrətdən məhv etməsinə bənzəyərdi...

- Bəziləri məndən soruşur ki, görəsən Facebook Sosila Şəbəkəsində olan Gövhər xanımın özüdür? Bəlkə bu suala özünüz cavab verərsiz?

- Özümə də bu sualı tez-tez verirlər. Hətta orda da yazırlar. Mən də özüm olduğumu deyirəm. Təəccüblənirlər ki, nə əcəb? Onlara deyirəm, bəyəm mən “ulduzam” ki, başqa adla burda olum.

- Doğrudan özünüzü “ulduz” hesab etmirsiz?

- Əlbəttə etmirəm. İncəsənətdə “ulduz” olanlar başqadır.

- Amma sizdən fərqli olaraq, bəziləri özlərini elə hesab edirlər. Hətta incəsənətin digər sahələrində olanların bəziləri də özlərini “ulduz” adlandırırlar. Məsələn, “ulduz rejissor”, “ulduz aparıcı”, “ulduz şair” və sair. Sizcə, bu, absurd deyil?

- Absurddan da betərdir. Mən niyə özümü “ulduz” saymalıyam? Bəstəkar, rejissor, aparıcı və digərləri nə vaxtdan “ulduz” olublar? Mən tanınmış bəstəkaram. Və istəyirəm ki, məni belə də təqdim etsinlər, tanısınlar. Aktyor-aktrisaları, müğənniləri başa düşmək olar. “Ulduz” anlamı məhz onlar üçün düşünülüb.

- Ümumiyyətlə, “ulduz” anlamını necə açıqlayardız?

- İncəsənətdə, şou biznesdə “Ulduz” anlamı fərqlidir. O insan “ulduz” olur ki, onun inanılmaz istedadı var. Ola bilsin ki, o, o qədər də yaxşı oxumur, ya da görünüşü o qədər də xoş deyil. Amma etdiyi jestlər o qədər valehedicidir ki, düşünürsən, əsl “ulduzdur”. Məsələn, dünya şöhrətli Merilin Monro müsahibə verərkən, çox danışmırdı. Amma gülüşü, təbəssümü ilə əsl “ulduz” olduğunu isbatlayırdı. Bəlkə bir az fərqli müqayisə oldu. Yəni, ehyamı yenə də jestlərə vururam. Ümumiyyətlə, “ulduz” hər hansı peşəkar komanda tərəfindən “istehsal” olunan, yaradılan bir kəsdir. Dünya şou-biznesinin nəhəngləri bu anlamı elə-belə düşünməyiblər. “Ulduz” həm parlayır, həm də sönür. Dünya ulduzlarının da həyatları əsl ulduz kimidir. Onlar ya parlayaraq zirvəyə doğru gedirlər. Ya da sönərək, uçuruma yuvarlanırlar. Beləcə məhv olurlar.

- Niyə bizdə “ulduz” “istehsal” edən kəslər yoxdur?

- “Ulduzu”u “istehsal” emək bacarığında olanlar var. Sadəcə bir məsələ var ki, o “ulduzu” ortaya çıxartmaq üçün maddi vəsait sərf etmək lazımdır. Burda da biznesmenlərin, sponsorların rolu var. Amma bizim biznesmenlər, ümumiyyətlə, pulu olan kəslər xammala pul qoymaq istəmirlər. Onlara müraciət edəndə deyirlər ki, əmin olmamız üçün hazır bir şey göstərin.

- Niyə? Bəyəm onları inandırmaq çətindir?

- Görünür, özləri özlərinə inanmırlar. Hələ hər hansı xammalı, yəni, “ulduzu” ortaya çıxarmamış, düşünürlər ki, görəsən pul qoymağa dəyərmi, ya da pul qoysam, artıqlaması ilə qaytarıb, götürə biləcəyəmmi? Bu, adamı sarsıdır.

- Bəlkə “ağızları yanıb”? Çünki o qədər müğənnilər var, pullu adamlardan istifadə edirlər, sonra da onlara qarşı “nankor” çıxırlar.

- Günah o pullu dediyiniz adamlardadır. İşlə, şəxsi münasibəti birləşdirmək olmaz. Bilmirəm ki, bu niyə belədir.

- Yəni, nə?

- Niyə kimlərsə sənətçi ilə şəxsi münasibətə girməyə can atırlar? Əslində, bu, həm onlara, həm də sənətçilərə o qədər də xeyirli deyil...

- Həmişə belə olub...

- Elə bədbəxtlik də bundadır. Bu hələ nədir ki. Hərdən investorlar adamı elə yarı yolda qoyurlar ki...

- Məsələn, necə?

- Bir layihə etməyə hazırlaşırsan. Bir yox, bir neçə investora müraciət edirsən. Əziyyətlə layihəni hazırlayırsan, ortaya çıxartmaq məqamı gələndə boş şeydən adamın zəhmətini puç edirlər. Yəni ki, baxırsan, ikisinin sözü bir-biri ilə tutmur. Ya da birinin baxışı digərinə xoş gəlməyib. Beləcə, aralarında narazılıq yaranır və ortada əziyyət çəkən istehsalçı olur. Əgər aşbaz yaxşı yemək bişiribsə və restoranda bir stol başında əyləşən iki müştərinin sözü bir-biri ilə tutmursa, bəyəm bu, o deməkdir ki, aşbaz pis yemək bişirib? Onlara başa salmaq olmur ki, siz mənimlə iş görürsüz, bir-birinizə aidiyyatınız yoxdur. Yenə də anlamaq istəmirlər. Adamın qabağına seçim qoyurlar. Ya mən, ya da o! Birini də seçmək olmur...

- İncəsənət nümayəndələri arasında da seçim qoyanlar çoxdur. Məsələn, müğənni bir bəstəkara müraciət edəndə, bəstəkar ona şərt qoyur ki, filan bəstəkarın mahnısını oxusan, məni danışdırma, mahnımı oxuma.

- Neçə il dövlət konsertlərinin təşkilatçısı olmuşam. Bir müğənni deyə bilməz ki, Gövhər onun mahnısını oxumadığım üçün məni konsertdən çıxartdırıb, ya da çağırmayıb. Eləcə də hansısa bəstəkar deyə bilməz ki, mən konsertdə müğənninin qabağına şərt qoyumuşam ki, filan bəstəkarın yox, mənim mahnımı oxu. O cür edənlərə də normal yanaşmıram. Burda daxili saflıqla yanaşı, həm də peşəkarlıq öz rolunu oynayır.

- Niyə bəziləri elə düşünür ki, Eurovision yarışından qayıdandan sonra Gövhər Həsənzadəni “söndürdülər”?

- Kim düşünürsə, yanılır. Necə məni “söndürüblər” ki, mahnılarım radiolarda səslənir, efirlər həmişə qonaq çağırırlar. Sadəcə müsabiqədən qayıdandan sonra bəzi xoşagəlməz hallar baş verdi. Amma bu, mənin yaradıcılığımla bağlı deyildi. Allaha şükür ki, o ağır dönəmləri alnıaçıq yaşayıb, o cür də sınaqdan çıxdım.

- Özünüzü “ulduz” bəstəkar saymasaz da “ulduz” olmaq istəyən müğənnilər tez-tez sizə müraciət edirdilər. Bu gün necə?

- Yenə də müraciət edirlər. Amma bəziləri istəyirlər ki, onlara havayı mahnı verim. Amma anlamırlar ki, bu, yaxşı hal deyil. Əslində, mən mahnımı yox, ona sərf etdiyim vaxtın qiymətini alıram. Əgər pul almayacağamsa, ondansa mahnı yazmağa sərf etdiyim vaxtı məsələn, kartof becərməyə sərf edərəm (gülür). Gülməyimə baxmayın, ciddi deyirəm. Əminliklə deyirəm, əgər mən burda öz mahnıma qiymət qoysam, onu almağa heç bir müğənninin pulu çatmaz. Bu baxımdan Türkiyə mənim üçün əlverişlidir. Orda bir mahnımı yüz nəfər də oxusa, yenə də MESAM-a pul ödənilir. Ümumiyyətlə, orda sistem gözəl qurulub. Burdakı kimi, daha müğənni bəstəkarla mahnı al-veri etmir. Hər şeyi müəllif hüquqları qurumu həll edir. Qiymət ödənildikdən sonra, öz faizini götürüb, bəstəkarın, şairin pulunu hesabına köçürürlər.

- Səmimiliyiniz sizə uğursuzluq gətirib?

- Olub. Amma mən bunları Allahın sınağı kimi qəbul edirəm. Mən güclü qadınam. Üstəlik də mənim içimdə Allaha sevgi, inam var. Məni Allah səmimi yaradıb. Heç vaxt saxtalıq, sünilik etmirəm. Əgər mən deyirəmsə Vətənimizi sevirəm, deməli bu 100% belədir.

Azər Nəsibov

 






27 Fevral, 2012  20:10 Baxılıb: 3049 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner