Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MİLLƏT VƏKİLİ CEYHUN OSMANLI: “TAKSİMDƏKİ YÜRÜŞƏ İQTİDAR MÜXALİFƏT DEMƏDƏN HAMI QATILACAQ”- MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

“Yürüşdə dünyaya barış mesajı verəcəyik”


Türkiyənin İstanbul şəhərinin Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək yürüşün təşkilatçılarından biri də Milli Məclisin deputatı, «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlıdır. Simsar.az-ın İstanbula ezam olunmuş əməkdaşı millət vəkili ilə görüşüb və müsahibə alıb.

- Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Türkiyədə hansı işlər görülüb?

- 3 gündür bütün radiolarda İbrahim Sadrinin səsi ilə Taksimdəki yürüşə çağırışlar edilir. Qəzetlər tam səhifə çağırış elanı verirlər. Məşhur köşə yazarları Xocalı soyqırımından yazırlar. Artıq Türkiyənin 40-a yaxın şəhərində Xocalı soyqırımı ilə bağlı tədbirlər, konfranslar keçirilir. Dünən Cümə namazından sonra Türkiyədə Xocalı soyqırımı haqqında xütbə oxundu.

- Meksika və Pakistandan sonra Türkiyə parlamentində Xocalı soyqırımının tanınması realdır?

- Fikrimcə, Türkiyə beynəlxalq aləmdə Xocalı faciəsinin tanıdılmasında böyük rol oynayıb. İslam Konfransı Təşkilatının 51 üzvünün İndoneziyada keçirilən toplantısında Cemil Çiçeyin Xocalı soyqırımı haqqında qərar çıxarılmasında xüsusi rolu oldu. O, sanki lobbiçilik fəaliyyəti göstərirdi. Onu da deyim ki, 3 gün bundan öncə Türkiyə Millət Məclisində bu barədə qətnamə qəbul olundu. Türkiyədə bütün insanlar keçiriləcək tədbirə qoşulmağa hazırlaşır. Burada hamı birləşir. İqtidar-müxalifət demədən, hamı. AKP-dən, CHP-dən, və MHP-dən səlahiyyətli insanların mitinqə qatılacağı dəqiqdir. Eyni zamanda, məşhur sənətçilər, futbolçular, müğənnilər, jurnalistlər və s. Bir sözlə, Taksimdəki yürüşə 10 minlərlə insanın qatılacağı gözlənilir.
- Bir müddət öncə mətbatda Türkiyə-Azərbaycan münasibətlərində incikliklər olduğu qeyd edilirdi. Siz necə hesab edirsiz, iki ölkə arasında hansısa sahədə anlaşılmazlıq varmı?

- Biz dili, dini, əqidəsi, mədəniyyəti bir olan qardaş ölkəyik. Türkiyə və Azərbaycanın bir olmaqdan başqa yolu yoxdur. Düşmənlərimiz, dostlarımız da eynidir. Bunu istəməyənlər təbii ki, müxtəlif yollarla aramıza düşmənçilik toxumları səpməyə, aramızda inamsızlıq salmağa çalışır. Bizim birlik bütün dünyaya mesajdır. Taksimdəki yürüşümüzün səsi bütün dünyaya yayılacaq və Türkiyə Azərbaycan dayanışmasının böyüklüyünü bir daha ortaya qoyacaq.

- Yürüşdə hansı şüarlardan istifadə olunacaq?

- “Xocalıya ədalət”, “Bir millət iki dövlət”, “Qarabağa azadlıq”, “Qəlbimizdə Xocalı, haməmız Qarabağlı”, “Dünya Xocalını tanımırmı?” kimi şüarlar olacaq. Eyni zamanda, dünyaya barış mesajları verəcəyik: “Türkiyə-Azərbaycan bir daha dünyada belə bir soyqırımın yaşanmasını istəmir”.

- Bu mitinqdən sonra ermənilərin hansısa hiylələrə əl atmaları mümkündürmü?

- Ermənilər bölgədə yalnız Azərbaycana deyil, Türkiyəyə qarşı savaş açıblar. Bunu Ermənistan prezidenti Serj Sərkisyan gənclərlə görüşündə də bildirib. O gənclərə üzünü tutaraq biz Qarabağı aldıq, siz də Ağrını almalısınız deməyi bu millətin iç üzünü ortaya qoydu. Bəlli oldu ki, onların Türkiyəyə qarşı da ərazi iddiası var. Buna görə də Azərbaycan və Türkiyə bu sahədə səylərini birləşdirib, birgə hərəkət etməlidir. Onu da deyim ki, yürüşdə əsas şüarlardan biri “Unutmamalı-unutdurmamalıyıq”dır.

- Bir müddət öncə Taksimdə Erməni jurnalist Qrant Dinkin ölümü ilə bağlı “Hepimiz ermeniyiz, hepimiz Qrant Dinkiz” şüarı ilə mitinq keçirilib. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı?

-Əvvəla, onu demək lazımdır ki, “Hepimiz erməniyiz, hepimiz Hrant Dinkik” deyən adamların hamısı erməni deyildi. Yəni hərənin özünə aid mitinqə çıxma motivi var idi. Kimisi hökümətə protestini bildirmək üçün, kimisi bəzi cinayətlərə etirazın bildirmək üçün. Bir maraqlı fakt deyim ki, həmin tədbirdə çağırış edən zavallı adamlar indi bizim yürüşə adam çağırır. Onlar özləri də bilmədən, hiss etmədən siyasi alətə çevriliblər. Çünki Qrant Dink elə-belə bir adam deyildi. O xüsusi seçilmiş bir obraz idi. Dialoqa meyilli bir erməninin öldürülməsini “sanki bütün ermənilər bu cürdür” kimi fikir formalaşdırıblar. Hətta elə ediblər ki, bir ermənini tənqid etmək tabuya çevrilsin. Əminəm ki, bu dəfə Taksimdə keçirilən yürüş bu tabunu məhv edəcək və hər kəsin düşüncəsində aydınlıq yaranacaq. Onu da deyim ki, yürüşdə 35 şəhərdən gənclər iştirak edəcək. Köşə yazarlarının əksəriyyəti bizim yürüşə qatılacaq. Ümumilikdə, çalışacağıq ki, bəzi adamlar qanunsuzluğa yol verməsin və ortaya fəsadlar çıxmasın.
Elmar Hüseynov

 






25 Fevral, 2012  23:32 Baxılıb: 1586 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner