Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜLNARƏ MƏMMƏDOVA: «ŞOU-BİZNES HƏVƏSİNDƏ OLSAYDIM, ÇOX ŞEY ƏLDƏ EDƏRDİM»

«İstəyirəm ki, xöşbəxt ailəm, uşağim olsun»

Bir müddət öncə çoxlarının sevimlisinə çevrilən bu aparıcı, artıq xeyli vaxtdır ki, televiziya ekranlarında görünmür. Yaşadığı depressiya üzündən uzun zaman özünə qapandığı deyilən xanım tezliklə yenidən efirə çıxacaq. Onu Simsar.az-ın ofisinə dəvət edib, barəsində danışlanlara aydınlıq gətirmək istədik.
«Tele-aparıcı»nın bu dəfəki qonağı “Xonça”, “Qonaqlıq”, “Kamerton” verilişləri ilə tanınan Gülnarə Məmmədovadır.


- Jurnalistikaya gəlişiniz barədə danışardız.

- İxtisasca jurnalist deyiləm. Amma 16 yaşımdan bu sahədə çalışıram. İlk iş yerim «Sara» televiziyası olub və bu televiziya bağlanan günə qədər orda işləmişəm. Öz ixtisasım ibtidai sinif müəllimidir. Lakin heç vaxt müəllim işləməmişəm.

- Uzun müddətdir ki, efirdə görünmürdüz.

- Yorulmuşdum. Doğrudur, 16 yaşımdan işləyirəm, amma bu efir yorğunluğu deyildi. Həyatımda dəyişiklik baş verdi, bu üzdən özümə qapanmışdım. Artıq bu sahədə işləmək istəmirdim.

- «Xonça», «Qonaqlıq», «Kamerton» verlişlərinin aparıcısı olmusuz. Bu verlişlərdən hansında özünüzü daha rahat hiss etmisiz və daha çox ürəyinizcə olub?

- Aparıcı verilişi sevməsə, onu yaxşı apara bilməz. Amma məni daha çox «Kamerton Gülnarə» kimi tanıyırlar. Doğurdan da bu verlişi çox sevirdim və burada özümü çox rahat hiss edirdim. Hər verlişə uzunömürlü olmaq qismət olmur. Amma nədənsə mənim verlişlərimin ömrü uzun olub. «Kamerton» 8 il, «Xonça» 4 il, «Qonaqlıq»- 3 ilə yaxın efirdə olub. Və hər verilişimdə də hansısa sahəni dərindən öyrənmişəm. «Kamerton»-a başlayanda musiqidən o qədər də anlayışım yox idi, lakin sonralar qonaqlarım hətta mənim suallarımdan çəkinirdilər. Zəngulələri sayına qədər bilirdim. «Qonaqlıq» verlişində yaxşı yemək bişirməyi öyrəndim. Elə bir xörək növü yoxdur ki, onun öhdəsindən gəlməyim. «Xonça» verlişində gözəl adət-ənələrimizi öyrəndim. Bunları da öz nişanımda, xınayaxdımda, toyumda həyata keçirdim.

- Bəs, yeni proyektinizdə nəyi öyrənəcəksiz?

- İndi də uşaq saxlamağı öyrənəcəm. ATV-dən proyekt təklif olunanda fikirləşdim ki, mənə uyğun deyil, amma sonradan dedim ki, niyə də olmasın?!

- Sizi uzun illər ANS-də görməyə adət etmişik. Yenidən efirə qayıdarkən bu kanalı seçməməyinizin səbəbi nədir?

- ANS-lə heç bir problemim yoxdur. Onlar məni, mən də onları çox istəyirəm. Amma həyatımın bütün sahələrində dəyişiklik istədiyimdən iş yerimi də dəyişmək qərarına gəldim.

- Bəzi tamaşaçıların fikrincə, «Sehirli çıraq»da Gülnarə özünü daha yaxşı göstərə bilib, daha sərbəst olub.

- Kaş ki, mənim içimdə olanları görə bilsəydilər. Hansısa addımı atmaq istəyəndə fikirləşirəm ki, birdən mənə dəli kimi baxarlar. Bu baxımdan hesab eidrəm ki, mən xarici kanalda işləsəydim, özümü daha yaxşı göstərə bilərdim. «Sehirli çıraq»a gəlincə, məni bu verlişə görə qınayanlar oldu. Amma bu verlişdə doğrudan da özümü özüm kimi hiss edirdim. Burada hər şey var idi - gözəl paltarlar, rəqs, musiqi.

- Tam sərbəstlik verilsəydi, necə verliş aparmaq istərdiz?

- Tok-şou olmasını arzulardım. Sərbəst mövzuda, daha çox «hər şey qadın üçün» mövzusunda bir tok-şou aparmaq istərdim.

- Onda yəqin ki, dəbi də sevirsiz?

- «Şopinq»-i çox sevirəm. Paltar xəstəsiyəm. Əlimə 5 manat gəlsə, bilsəm ki, bu pul iki ay mənə lazım olacaq, onu paltara verərəm. Elə bir həftə olmur ki, nəsə almayım. Adi bir broş da olsun, almalıyam. Depressiyada olanda da «şopinq» məni bu vəziyyətdən çıxarır.

- Bildiyimizə görə, Space TV-dən təklif gəlib, amma imtina etmisiz?

- Əslində təklifi qəbul etmişdim, anonslar da gedirdi. Sonradan razılaşmadım. Son vaxtlar özümə söz vermişəm ki, istəmədiyim insanların arasında olmayam, istəməydiyim işi görməyəm.

- Teleapıcılar arasında kimləri bəyənirsiz?

- Murad Dadaşovu. ATV-nin aparıcıları Zaurun, Nanənin sərbəstliyi xoşuma gəlir. Ümumiyyətlə, televiziyadan getmək istəyirdim. Bəzi aparıcılara baxıb, fikirləşirdim ki, bundan sonra efirə çıxacam?

- Hesab etmirsiz ki, sizin haqqınızda da bu cür fikirləşənlər ola bilər?

- Hesab etmirəm. Çünki, mən artıq 1 ildən çoxdur efirdə deyiləm, amma məni axtarırlar, soruşurlar, müsahibə alırlar.

- Sizcə, aparıcılarımızda hansı cəhətlər çatışmır?

- Birinci növbədə aparıcı geyimini bilməldir. Bilməlidir ki, sarı rənglə yaşıl rəng geyinilmir, açıq qəhvəyi ilə qara corab geyinmək olmaz. Aparıcılarımızda bu cür qüsurları son vaxtlar tez-tez müşahidə edirəm. Bundan başqa, danışıq qabiliyyəti gözəl olmalıdır. Aparıcı efirdən kənarda da oturuşunu-duruşunu bilməli, tərbiyəli bir insan olmalıldır. Bir sözlə ifadə etsək, özü-özlüyündə şəxsiyyət olmalıdır. Çünki, efir böyük məsuliyyət tələb edir. İndi aparıcılar iki gün efirə çaxandan sonra özlərini ulduz hesab edirlər. Digər tərəfdənsə bilirsiz ki, televiziyalarda elə də böyük əmək haqqı yoxdur. Amma bəziləri efirə çıxandan dərhal sonra ev, maşın alır. 16 ildir ki, televiziyada işləyirəm, amma bilmirəm ki, bunları necə əldə etmək olar.

- «Küləklər şəhəri» serialında çəkilirsiz. Necə hesab edirsiz, sizdə aktrisalıq alınır?

- Bu filmdən əvvəl də hiss etmişdim ki, məndə aktrisalıq istedadı var, çox istedadlıyam. Serialın özünə gəlincə, demək olar ki, bu bir nəfərin filmidir. Bir nəfər - rejissor Samir Qulamov həm ssenari yazır, həm rejissorluq edir, həm montaj edir. Film bir kamera ilə çəkilir. Bu baxımdan əladır. Başqa tərəfdən yanaşsaq, əlbəttə ki, çatışmayan cəhətlər çoxdur. İlk növbədə maliyyə məsələsi var. Biz heç filmə görə qonarar da almırıq.

- Qonarar almayacağınız filmdə çəkilməkdə nə marağımız var?

- Sadəcə, özümü sınamaq istərdim. Bir də mənimçün bunun alınıb-alınmaması çox maraqlı idi.

- Başqa filmlərdə, kinoda da rol almaq istərdiz?

- Çox istərdim. Bəlkə də bu mənim üçün yenilikdir deyə, belədir, amma filmə çəkilməkdən böyük zövq alıram. Hətta xaricdə də filmlərə çəkilmək arzularımdan biridir.


- “Küləklər şəhəri”ndə cinayətkar aləmin başçılarından biri olan Süleymanın sevgilisisiz. Bəs həyatda tərəf müqabilinizin necə olmasını istərdiz?

- Mənim sevdiyim və qarşılıqlı olaraq məni sevən insanı istərdim. Kişi olsun - əsl, yumruqlu kişi. Güclü, hökümlü olsun.

- Cəmiyyətimizin ən yaralı yerlərindən biri də kitab oxumamaqdır. Siz necə, mütaliə edə bilirsiz?

- Yox, mən də oxumuram. Axırıncı dəfə əlimə nə vaxt kitab almağım yadımda deyil. Əvvəllər gündəlik efirlərim olduğundan vaxtım yox idi, son bir ildə isə depressiyasda idim, bu üzdən mütaliəyə həvəsim yox idi. Ancaq yatırdım.

- Depressiyanızın səbəbi haqqında bəzi açıqlamalar vermisiz, ANS-ə qayıtmamağınız bununla bağlıdır?

- Bəli, ANS mənə çox şeyi xatırladır.

- Mətbuat orqanlarında boşanmağınız haqda müxtəlif fikirlər səslənib. Bəziləri maddi problemlər, bəziləri isə müdaxilə səbəbindən ayrıldığınızı yazıblar.

- Bu məsələdə kişi olaraq qalacam və səbəbini deməyəcəm.

- İndi qadınların arasında estatik cərahiyyə dəbə düşüb. Siz necə, cərahiyyə əməliyyatı haqda düşünmürsüz?

- Bir müddət əvvəl burnumu əməliyyat elətdirmək istəyirdim, hətta həkimə də getmişdim. Həkim dedi ki, üzümdə şərq qadınlarının cizgiləri olduğundan, burnum mənə yaraşır. Amma pis baxmıram. Efir gözəllik tələb edir.

- Küçədə, dükanda sizi tanıyırlar, bu sizə mane olur, yoxsa xoşunuza gəlir?

- Bu artıq mənim üçün adiləşib. Amma xoşdur. Başımda papaq, gözümdə eynək olanda belə, məni səsimdən tanıyırlar. Buna baxmayaraq, hərdən sərbəst olmaq istəyirəm. Bir dəfə Türkiyədə olanda istədim ki, pilləkəndə oturum, gördüm ki, bir uşaqlı qadın məni göstərir. Öz-özümə dedim ki, burda da, yox da?!

- Bu sizi həyatda da aktyorluq etməyə vadar etmir ki?

- Edir. Küçədə gedirsən və kefin yoxdur. Bir nəfər qarşına çıxır və başlayır ki, Gülnarə xanım, biz sizi çox istəyirik və s. Ona deyə bilmirsən ki, qurban olum, mənim kefim yoxdur, məni danışdırma. Məcbursan özünü səmimi göstərəsən, deyəsən ki, çox sağ olun, minətdaram. Beləcə məcburi səmimiyyətdən qeyri-səmimilik yaranır.

- Şəxsi həyatınız barədə nə düşünürsüz?

- Bir qədər əvvəl fikirləşirdim ki, mənim üçün hər şey bitib. Amma indi düşünürəm ki, qarşıma ürəyimcə olan insan çıxsa, niyə də olmasın. Mən heç də aparıcılıq, şou-biznes həvəsində deyiləm, sadəcə çörəkpulumuz bundan çıxır. Bunun həvəsində olsaydım, çox şey əldə edə bilərdim, çoxlu pul da qazanardım. Məmnuniyyətlə evdə oturardım. İstəyirəm ki, xöşbəxt ailəm olsun, uşağım olsun. Qadın üçün ən vacibi budur. Qalanları boş şeydir. Şöhrət də görmüşük, tanınmaq da görmüşük, hamısı yalandır.

Xatirə Nəsirli

 






21 Fevral, 2012  16:44 Baxılıb: 6734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner