Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«AZƏRBAYCANIN QONŞU SARIDAN BƏXTİ GƏTİRMƏYİB» - MÜSAHİBƏ - EKSKLÜZİV

Vəfa Quluzadə: «İranın dövlət sütunları laxlayır»

İran-Azərbaycan münasibətlərindəki gərginlik yeni mərhələyə qədəm qoymaqdadır. Cənub qonşumuz artıq rəsmi Bakını ABŞ və İsrailin yanında görür. Bir neçə gün öncə verilən nota bunu bir daha sübut etdi. Yaranmış vəziyyəti şərh etmək üçün Simsar.az-ın əməkdaşı politoloq Vəfa Quluzadəyə müraciət edib. V.Quluzadə öncə İranın rəsmi Bakıya göndərdiyi notaya münasibət bildirib.

- İranda nüvə aliminin qətlə yetirilməsi bu ölkə ilə ABŞ, İsrail arasında münasibətləri daha da gərginləşdirdi. Elə ilk gündən İran hüquq-mühafizə orqanları hesab edirdilər ki, nüvə alimini Qərbin xüsusi xidmət orqanları qətlə yetirib. Sonradan belə versiya irəli sürüldü ki, qatillər Azərbaycan ərazisindən keçərən İrana gediblər. Çox absurd iddiadır. Azərbaycanla İran arasında rahat gediş-gəliş var. İstənilən şəxs xarici pasportla İrana rahat gedib-gəlir. Kimsə gedib İranda nəsə iş görübsə, bunun Azərbaycana nə aidiyyəti var.
Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazsindən üçüncü dövlətə qarşı istifadə olunmasına heç vaxt yol verilməyəcək. Ortada belə bir rəsmi mövqe var.
İran eyforiyaya qapılıraq ona olan təzyiqlərə reaksiyaları bölüşmək üçün qonşularının üzərinə çamur atır. Bu yolverilməzdir. Həmçinin İranın belə bir kobud hərəkəti ilk dəfə deyil, baş verir. Bundan əvvəl Xəzəri «Mazandaran gölü», Nizamini fars şairi adlandırıblar. Bir müddət öncə iranlı general Azərbaycan prezidentini aşağalayan ifadə işlətmişdi. Azərbaycan əleyhinə yönələn addımların artıq ənənə halını alması düşündürücüdür.
Hazırda İran çox ciddi sanksiyalar altındadır. Maliyyə və neft embarqosu bu ölkənin daxilində problemlər yaratmağa başlayıb. İran milli valyutası məzənnəsini itirir. İranın dövlət sütunları laxlayır.
- Bu arada Ağ Ev İrana qarşı hərbi əməliyyatların istisna olunmadığını bəyan edib. ABŞ-dakı seçkilərə qədər bu ölkəyə hücumun baş tutacağını düşünmək olarmı?
- Düşünürəm ki, İranla bağlı konkret qərar seçkilərdən sonra, yeni komanda tam toparlanandan sonra veriləcək. Amma bu işi ABŞ təkbaşına görə bilməz. Mütləq Avropa dövlətlərinin dəstəyi, Rusiya və Çinin kənara çəkilməsi lazımdır. Həmçinin İranda mütərəqqi qüvvələrin molla rejminə qarşı ortaya mövqe qoyması gərək olacaq. Daxildə parçalanma olmasa, Əhmədinejat Səddam Hüseyin kimi edam olunsa belə, xeyiri olmayacaq. Yeni qurulacaq hakimiyyət demokratik olmalıdır. Əgər xalq molla rejimini devirib, özünün normal hakimiyyətini qurarsa, dövlətlərlə hədə-qorxu dilində deyil, mehriban tonda danışarsa, bu ölkəyə qarşı hərbi müdaxiləyə ehtiyac qalmayacaq. İran özünə qarşı halqanı günü-gündən daraldır. Hörmüz boğazını bağlaya bilmədi. Əvəzində ABŞ-ın körfəzdə gəmilərinin sayı artdı. İranın gücsüzlüyünü təsdiq etməkdədir. Bununla belə Azərbaycanı təhdid etməklə məşğuldu.
- İranın Azərbaycana qarşı təhdidlərinin kökündə nə durur?
- Ümumiyyətlə, bu ölkə Azərbaycanın müstəqilliyyini, güclənməsini qəbul edə bilmir. Müsəlman ölkə olmasına baxmayaraq Azərbaycanın 20 faiz torpağını işğal edən, on minlərlə Məhəmməd sünnətinin qanını tökən Ermənistanla qardaş münasibətlər qurub. İranın Azərbaycana qarşı təhdidləri çürük əsaslar üzərində qurulub və hakimiyyət tərəfindən qarşısı məharətlə alınır. Bu ölkənin Azərbaycana eksport etdiyi şiəliyin qarşısı vaxtilə Heydər Əliyev, indi də İlham Əliyev tərəfindən alınır. Həmçinin Azərbaycan cəmiyyəti kifayət qədər savadlıdır. Sovet hakimiyyəti illərində insanlara düzgün elmi təhsil verdilər. Orta nəsili din tələsinə salmaq mümkün deyil. Yeni nəsillə bağlı müəyyən narahatlıqlar var. Onlar arasında maarifləndirmə işləri aparmaq lazımdır ki, radikal, mənfur dini təriqətlərin girovuna çevrilməsinlər. Azərbaycanın qonşu baxımından bəxti gətirməyib. Şimalda Rusiya, cənubda İran, Qərbdə isə Ermənistan Azərbaycanın mövcudluğundan narahatdılar. Bu ölkələr Azərbaycanın inkişafını, Avropa və Amerika ilə əlaqələr qurmasını istəmirlər. İran Ermənistandan Rusiya ilə iqtisadi, hərbi əlaqələr qurmaq üçün istifadə edir. Ermənistan Rusiyanın forpostu və ya quberniyasıdır. Rusiyadan İrana ötürülən bütün təhlükəli, qanunsuz hərbi silah-sursatlar məhz Ermənistan vasitəsilə həyata keçirilir. Amma rəsmi Bakı xarici siyasətdə müstəqilliyi qoruyub saxlamağa can atır.
- 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından nə kimi yeniliklər ola bilər?
- Münaqişənin hillində elə bir yenilik gözləmirəm. Əksinə vəziyyət daha da pisləşib. Minsk Qrupu üzvlərinin gerçək sifətləri, iç üzləri görünür. Fransa «erməni soyqrımı»nı inkarına cəza nəzərdə tutan qanun qəbul etdi. Rusiya açıq şəkildə Azərbaycana təzyiq edir ki, Nabukko layihəsinə qoşulmasın. Medvedev İlham Əliyevə deyib ki, əgər bu layihəyə qoşulmasan və bütün qazını mənə satsan, Dağlıq Qarabağ münaqişəsinin həllində bəlkə ədalətli mövqe tuta bilərəm. Rusiya sanki uşaq başı aldadır. Azərbaycan prezidenti danışıqlarda milli maraqları yüksək səviyyədə qoruyur. Azərbaycan heç vaxt təslimçi sülhə razı olmayacaq. Münaqişənin həlli üçün Rusiya imperiyasının dağılması, çökməsi lazımdır. Allaha şükür, artıq çökməkdədir. Ermənistan kimdir ki, Azərbaycanın torpaqlarını işğal etsin? Onların buna cəsarəti çatmaz. Bu ölkənin arxasında Rusiya durur.

Ruslan XƏLİL











15 Fevral, 2012  20:18 Baxılıb: 1395 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner