Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KEMAL CENK İÇTEN: “KAŞ Kİ, BAKIYA GƏLMƏSƏYDİM...”

“Burda bir çoxları hazırın naziri olub özlərini prodüsser hesab edirlər”

 Onun müasir televiziyamızda ərsəyə gətirdiyi layihələr həmişə böyük maraqla qarşılanıb və tamaşaçı zövqünü oxşayıb. Bundan başqa, işində mükəmməl olduğu kimi, bir insan kimi də çox dəyərlidir. Özü demiş, dəyərini o, buranı tərk edəndən sonra dərindən anlayacaqlar... Qonağım ünlü teleprodüsser, şou biznesimizin ağabeyisi Kemal Cenk İçtendir. 

- Uzaqda yaşayıb, yaxın bir insanın ölüm xəbərini eşitmək sizin üçün çox ağır olmalı... Üstəlik də itirdiyiniz validiniz idi.
- Bu xəbəri qarşılamaq mənimçün çox çətin oldu. Atam rəhmətə getməzdən 1 gün qabaq telefonla danışmışdıq. Hər şey normal idi. O da mənim kimi futbol həvəskarı idi-bir az bu haqda da danışdıq və sağollaşdıq. Səhər saat 10-da isə gözlənilmədən rəhmətə getdi. Bakı vaxtı ilə saat 14.30-da mənə xəbər verdilər. Səhər saat 05.25-də İstambula yola düşdüm. İnanın ki, uçuş vaxtı gələnə kimi çox səbirsizlənirdim. Sanki vaxtın gəlməsi 1 ay çəkdi.
- Deyirlər ki, bəlli bir yaş dövründə insan valideyin itkisini normal qarşılamaq gücünə malikdir. Siz bununla razılaşırsız?
- İnsanlar müxtəlifdir. Yaşından asılı olmayaraq, hər kəs doğmasının ölüm xəbərini müxtəlif cür qəbul edə bilər. Kimisi normal qarşılayar, kimisi isə sarsılar. Hər necə qarşılasaq da həyat davam edir-yaşamaq məcburiyyətindəyik.
- Siz öz övladlarınıza atanız sizə olduğu kimi atasız?
- Sözsüz. Məni tanıyan hər kəsdən, üstəlik də övladlarımdan soruşa bilərsiz necə ata olduğumu. Mən oğullarım üçün əsl atayam!
- Onlarla dost olmaq həddinə necə, artıq çatmısız?
- Hələ tam dostlaşa bilməmişik. Çünki yaşları azdır.
- 15 ildir Bakıda yaşayıb, fəaliyyət göstərirsiz. Bu müddət ərzində Bakı özünü sizə daha çox sevdirdi, yoxsa məyus etdi?
- Bu 15 il ərzində Bakı çox dəyişib. Görünüş baxımından müsbətə doğru çox inkişaf edib. Amma insanlarının əksəriyyəti mənfiyə doğru dəyişib. Mən bura ilk gəldiyimdə insanların münasibəti daha isti idi. İndi isə o istiliyi göstərənlər azdırlar.
- Etiraf edin, heç Bakıya gəldiyinizə peşman oldunuz?
- Düzünü desəm, peşman olmadım. Amma bəzən gəldiyim üçün nifrət etdiyim anlar oldu. Həyatın asan tərəfləri olduğu kimi, çətin tərəfləri də var. Mən burda nə qədər doğmalıq görsəm də qərib insanam. Burda doğmalarım yoxdur. Təkbaşınayam və nə etsəm də təkbaşına edirəm... Birdən elə çətin anlara düşürəm ki, o zaman özümə “kaş ki, Bakıya gəlməsəydim”-deyib, əsəbləşirəm.
- Amma burda hədsiz dostlarınız var. Həmin anlarda nifrətinizi sakitləşdirmək üçün onlara niyə müraciət etmirsiniz?
- Mən özünə qapılan insanam. O mənada ki, kimsədən yardım istəmirəm və gözləmirəm.
- Bəlkə nə vaxtsa yardım üçün müraciət etmisiz və sizi əliboş qaytarıblar, o səbəbdən indi belə deyirsiz?
- Elədir... Onlara müraciət etməyimə peşman oldum.
- Sizi yaxından tanımasaydım, bunu söyləməzdim-ətrafınızda olan hər kəs sizə güvənir. Bu güvəni qazanmaq, onu qoruyub saxlamaq yəqin o qədər də asan deyil.
- Təbii ki, bu güvəni qazanmaq asan olmayıb. Ətrafımda olan bütün insanların çətin anlarında onların yanında olmağa, dəstək olmağa çalışdım və bunu bacardım. Bu səbəbdən də mənə güvənirlər. Buna baxmayaraq, hər kəsdə olduğu kimi, mənim üçün də yaxşı və pis söyləyənlər var. Ən çox da məni yaxından tanımayanlar haqqımda yaxşı danışmırlar. Tanıyandan sonra isə həmişə dostları olaraq qalmağımı istəyirlər. Bir sözlə, mən hər kəsin acısını və sevincini paylaşmağı bacaran insanam.
- Şou-biznesimizdə də çox dostlarınız var. Onların içində ən çox güvəndiyiniz kimlərdir?
- Maddi baxımdan heç biri. Amma mənəvi baxımdan çoxlarına güvənə bilirəm. Məsələn, İlhamə xanım Quliyeva hər zaman mənə mənəvi dəstək olub və olur. Belə dostlarım var!
- Aygün Kazımova ilə necə, dostluğunuz davam edirmi?
- Bəli, münasibətimiz yaxşıdır. Ad gününə də dəvət etmişdi. Amma yasda olduğum üçün gedə bilmədim.
- Yəqin şou biznesimizdə xoşlamadığınız kəslər də var.
- Var. Amma elə onları xoşlamadığım üçün də adlarını çəkməyəcəm.
- Niyə xoşlamırsınız?
- Həm tənbəl, həm də nankor olduqları üçün xoşlamıram.
- Buna baxmayaraq, hələ də gənclərimizin müğənni kimi fəaliyyətə başlamalarına, davam etdirməklərinə yardım edirsiniz.
- Mən erkən yaşlarımdan özüm işləyib, özü gücümə hər şeyə nail olmuşam. Kimsədən dəstək görməmişəm. Bu səbəbdən də sanki içimdə niskil qalıb. İstəyirəm öz görmədiyim köməyi imkanım daxilində bu günün gənclərinə göstərim. Anlayan anlayır, anlamayan da... Hətta nankorluq edənlərə belə içimdə o qədər də kin yoxdur. Onları dəfələrlə rəhbəri olduğum verilişlərə dəvətli etmişəm.
- Bizim müğənnilərlə çalışan prodüsserlərimizin işlərini necə qiymətləndirirsiz?
- Mənim Azərbaycanda tanıyıb qəbul etdiyim çox az prodüsser var. Prodüsser yaradan, yəni bir məhsulu düzgün şəkildə ərsəyə gətirəndır. Amma burda bir çoxları hazırın naziri olub özlərini prodüsser hesab edirlər.
- Tolikin işlərini necə dəyərləndirirsiz?
- Tolik çox bacarıqlı təşkilatçıdır. Çalışdığı hər hansı bir müğənni üçün gördüyü işlər qeyri-adiliyi ilə seçilir.
- Bu yaxınlarda eşitdik ki, şou biznesimizi tərk edirsiz. Bu, həqiqətdirmi? Bəlkə artıq tərk etmisiz, xəbərimiz yoxdur?
- Xəbərimiz yoxdur demişkən, artıq fevral ayıdır və mənim heç bir telekanalda yeni layihəm yoxdur. Başlanğıcdan bütün işlərimi Space kanalı ilə görməyə başladım. Orda 20-dən artıq telelayihəm yayımlandı. Amma açıq deyim, bəzilərindən istədiyim effekti ala bilmədim. Bu səbəbdən də Space kanalı ilə işbirliyimi bitirdim. Hazırda azad teleprodüsserəm və maraqlı layihələrim var. Bundan sonra iş görmək üçün heç bir telekanala müraciət etmək niyyətim yoxdur. Bundan sonra əksinə olacaq. Hansı kanal mənə və layihələrimə güvənirsə, müraciət edə bilərlər. Əgər təkliflər məni qane edərsə, çalışacağam.
- ATV telekanalı xaric, bütün kanallarla işbirliyiniz oldu və həmişə tamaşaçılara zövqlü layihələr təqdim etməyi bacardınız. Bunun qarşılığı olaraq, düzgün qiymət aldınız?
- Xoşbəxtəm ki, hər kəsə bir şeylər verə bildim. Hamı bilir ki, mənim burda bir dənə olsun tikili daşım belə yoxdur. Gəldiyim gündən bu günə kimi kirayədə qalıram. Gələrkən də sadə insan idim. Gedəndə də o cür gedəcəyəm. Həyatımda heç vaxt maddiyata önəm verməmişəm. Açıq deyirəm, bu zamana qədər düzgün dəyərimi almamışam. Dəyərimi mən burdan gedəndən sonra biləcəklər.
- Gedərkən Bakıya söyləyəcəyiniz son söz nə olacaq?
- Bunu hələ düşünməmişəm. Qarşıda 8-9 ay var. Nə baş verəcək, hələ bilmirəm.
- Siz getdikdən sonra sizə güvənən müğənnilərimizin, dostlarınızın yenə də yardımınızı görmə şansları olacaq?
- Əlbəttə, burda mənim dostlarım var. Onların güvənlərini həmişə qoruyub saxlayacağam və olduğum yerdə də yardım etməyə çalışacağam.

P.S. Yazımın sonunda qürurla vurğulamaq istəyirəm. Kamal Cenk İçten məhz həmin ilk şəxsdir ki, bir jurnalist kimi fəaliyyətimə çox böyük dəyər vermişdi!

Azər Nəsibov






7 Fevral, 2012  15:59 Baxılıb: 3954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner