Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İLQAR MİKAYILOĞLU: «ŞƏHİD OLMAQ İSTƏYİRƏM»-EKSKLÜZİV - FOTOSESSİYA

“Nə qədər ki, teatrların qarşısında alverçilər bilet satmır, teatrlara getməyə dəyməz”

Onunla müsahibəmiz çətinliklə alındı. Öncə «kəşfiyyat aparmaq» istədiyini dedi, sonra vaxt azlığını bəhanə gətirdi. Müsahibəmiz iş yerinin bufetində baş tutdu. Müsahibə zamanı efirdə qaraqabaq, kobud bir insan təsiri bağışlayan ANS-in aparıcısı İlqar Mikayıloğlunun başqa tərəflərini də görə bildik.

- Müsahibə vermək çətin deyil ki?

- Mənim üçün çətin deyil. İş nöqteyi-nəzərindən yanaşsaq, əlbəttə ki, müsahibə almaq daha yaxşıdır.

- Verlişlərinizə qonaq çağırarkən, onunla müsahibəyə qabaqcadan hazırlaşırsız, yoxsa, söhbət əsnasında suallarınız yaranır?

- Əvvəllər hərbi, idman və sosial mövzulara aid olan verlişlər hazırlamışam. Bütün bunlar isə «Günəbaxan»-da birləşir. Buna görə də, mənim üçün qonaqlarla danışmaq çətin deyil. O ki qaldı, şou-biznes nümayəndələrinə, onlarla söhbət zamanı ümumiyyətlə dərinə getmək lazım gəlmir. Çünki dərinə dərin adamla gedərsən. Təəssüf ki, çox vaxt onlardan arzu etmədiyimiz cavabları alırıq.

- Bu nəylə bağlıdır?

- Kitab oxumamaqla.

- Hərbçi olmusuz?

- Hərbçi olmamışam. Sovet ordusunda hərbi xidmətdə olmuşam. Qarabağ döyüşlərinə isə Vahidlə, Mirşahinlə, Asiflə birlikdə jurnalist olaraq gedirdik. Burada imkan olanda kameranı onlara verirdim və avtomatı əlimə götürürdüm.

- Müharibənin tərəfdarısız?

- 100 faiz. Mən «vətən», «torpaq» kimi populist çıxışlar etmək istəmirəm. Şəxsi arzum var, bəlkə də bu dini baxışlarımdan irəli gəlir. Şəhid olmaq istəyirəm. Mənim şəxsən Mübariz İbrahimova paxıllığım tutur. Çünki, bütün məqamlara diqqət versək, görərik ki, o, əsl şəhiddir.

- Harda doğulub, boya-başa çatmısınız?


- Bakıda.

- Bəs sizi müharibəyə bu qədər çəkən nədir, hansı sevgisir?

- Burada konkret Qarabağ sevgisindən söhbət getmir. Müharibə, Allah eləməsin, cənub və ya şimal bölgəsində də olsaydı, ora gedəcəkdim.

- Görünür, siz profilinizi yanlış seçmisiz...

- Hə. Hərbçi olmaq istəmişəm. Məktəbi bitirdikdən sonra iki dəfə sənədlərimi hərbi məktəbə vermişəm, amma görmə qabiliyyətimdə problemlər olduğuna görə alınmayıb. Bəxtim gətirdi ki, Sovet ordusunda gözümün qurdunu öldürə, istədiyim qoşun növünə düşə bildim. Amma tamamilə mülki bir ixtisas almışam. İnşaat İnstitutunin Santexnika fakültəsini bitirdim. Söküb-dağıtmağı sevən adam üçün tikməyi öyrənmək, doğurdan da, böyük əziyyət idi. Sonra isə Qarabağ məsələsi... Bu da məni jurnalistikaya gətirib çıxardı.

- ANS-i sevərək, bura gəldiz?

- ANS-ə müharibəyə getmək üçün gəldim. Nə qədər təəccüblü olsa da, hətta bizim hərbi komissarlıqda da başa düşmədilər ki, mən harada xidmət etmişəm. Hərbi komissar da anlamadı ki, mən xüsusi təyinatlı xidmət keçmişəm. Səngərdə oturtmaq məni məhv etməkdi.

- Neçə ilinizi ANS-ə sərf etmisiz?

- 1992-ci ildən burada işləyirəm.

- Bu 20 il sizə daha çox şey verib, yoxsa əksinə, sizdən daha çox şey alıb?

- Həm alıb, həm də verib. Verdiklərinin ən sadəsini deyim. Küçədə gedəndə deyirlər ki, «Ay, bu İlqar Mikayıloğludur».

- Xoşunuza gəlir?

- Yox. Buna görə bazara gedə bilmirəm. Təəssüf ki, hansısa bir işi başqalarından daha asan görə bilirəm. Bu çox pisdir.

- ANS-dən başqa hansı kanalda işləyərdiz?

- Heç bir televiziya məni işə götürməz. Çünki, heç biri məni özündə görmür.

- «Günəbaxan» verlişi şou xarakterlidir. Ümumiyyətlə televiziyalardakı şoulardan razısız?

- Yox. Ağıllı adamla söhbət eləmək tamam başqadır. Onda həmin adamın səviyyəsinə qalxmaq istəyirsən.

- Azərbaycan teleməkanında hansı verilişləri bəyənirsiz?

- Azərbaycan kanallarına baxmıram.

- ANS-ə də baxmırsız?

- ANS-ə baxmalıyam, ən azı ona görə ki, işimlə bağlı yerli xəbərləri izləməliyəm.

- Baxmamaq sizi geri salmır ki?

- Bizdə elə televiziyalar var ki, onlara baxıb «necə işləmək olmaz»-ı öyrənmək olar.

- Tənqidə münasibətiniz necədir?

- İstəyirsiz, baltanı kökündən vurun.

- Tamaşıçılar, ziyalılar son zamanlar ANS-ə münasibətlərində tənqidi fikirlər səsləndirirlər. Əsasən də, «Toy olsun», «İncə maraqlar»la bağlı...

- Cəmiyyəti hissələrə bölməyin əleyhinəyəm. Bu gün Azərbaycan cəmiyyəti necədirsə, onun televiziyası da elədir. Əgər tamaşaçı Anarı, Aqil Abbası, Ramiz Rövşəni, Fərhad Bədəlbəylini görmək istəsəydi, görərdi.

- Sizcə, bizdə şou-biznes çoxdur, yoxsa şou adı altında biznes?

- Biznes.

- Ciddi verlişlər niyə azdır?

- Bu cür verlişlərə baxmaq istəyən azdır.

- Kitab oxuyursuz?

- Oxuyuram. Sonuncu oxuduğum kitab Novikovun hərbi əsəridir. Bundan əvvəl «Cavidnamə»ni, «İblis»-i oxumuşam.

- Teatra necə, gedirsiz?

- Yox, nə qədər ki, teatrların qarşısında alverçilər bilet satmır, ora getməyə dəyməz. Çünki, alverçilər elə həssas insanlardır ki, onlar gəlirin haradan olduğunu yaxşı bilirlər.

- Elə bir qonağınız olub ki, bu üç saatın tez keçməsini istəmisiz?

- Sonuncu verlişlərdən birində Rəqsanə xanımla Təranə xanımın mübahisəsi, daha açıq desək «saçyoldusu» mənə çox pis təsir eləmişdi. Çox əsəbləşmişdim.

- Bəs hansı qonaqlarınızla söhbət sizə xoş təsir bağışlayıb?

- Rafael Dadaşov, Ramiz Əzizbəyli və ya hər hansı psixoloq gələndə bir növ daxili sakitlik tapıram və bu mənə bir müddət bəs eləyir.

- Bir qədər də şəxsi həyatınız haqqında danışmanızı istərdik...

- Onu deyə bilərəm ki, ailəliyəm, iki oğlum var.

- Sosial vəziyyətiniz necədir, nəyiniz var, nəyiniz yoxdur?

- Evim, maşınım var. İndi vaxt çox tez keçdiyinə görə, uşaqlarım üçün nəsə etməliyəm. İki oğlan olduğuna görə, minumum bir ev də almaq haqqında fikirləşirəm.

- Emosinal olmanız sizə problem yaratmır ki?

- Yaradır, amma deyirlər ki, «qırxında öyrənən, gorunda çalar».

Xatirə Nəsirli
Elmar Hüseynov

 






18 Yanvar, 2012  18:52 Baxılıb: 2758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner