Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜLŞAD BAXŞIYEVA: “SƏBR ETMƏYİ UNUTMUŞUQ”

Allahın yaratdığı hər şey gözəldir.

 Bu gözəlliyi görmək üçün gözəl baxmalı, gözəl düşünməliyik. Ətrafdakılar və cəmiyyət üçün xeyirli insana çevrilmək üçünsə gözəl baxmaq, gözəl düşünməklə yanaşı, gözəl danışmaq da lazımdır. Allahın Aslanı adlandırılan Həzrəti Əli buyurur: “Xeyirlərin hamısı üç xüsusiyyətdə toplanıb. Baxmaq, sükut etmək, və danışmaq. Buna görə ibrət almamaq üçün hər baxış səhv və xətadır. Təfəkkür olmayan hər sükut qəflətdir. Allah zikri olmayan hər bir söz faydasızdır. Xoş o adamın halına ki, baxışı ibrət, sükutu təfəkkür və zikr olsun”. “Gözəl düşünən, gözəl görər” rubrikasında bu dəfə Gülşad Baxşıyevadır: – Mən belə fikirləşirəm ki, gözəlliyi görmək üçün, gərək insanın daxili aləmi gözəl olsun. Əgər sən gözəl görürsənsə, yenə də gözəl düşünməlisən. Mən bir şeyə baxıb gözəl danışanda, sual verirlər ki, filan yerini görmürsən? Deyirəm: hər şeyə pis axtarmaq üçün baxma ki, onun pis olduğunu fikirləşəsən. Bir şeyin gözəlliyini görüb, onun haqqında necə pis fikir söyləmək olar?!
Elnur Rüstəmov – Gülşad xanım, bu gün toplum olaraq bizim cəmiyyətdə düşünmə problemi var... Gülşad Baxşıyeva – Mən sizə bir şeyi açıqlayım. Artıq 27 ildir universitetdə, gənc nəsillə işləyirəm, aktyorlar yetişdirirəm. İndiki cavanların düşüncə çərçivəsi çox dardı və onlar qısa çərçivədən çıxa bilmir. Baxırsan, istedadlı tələbədi, başa salırsan, qayıdıb deyir ki, müəllim, məndən ötrü vaxt itirməyin, onsuz da aktyorluğa getməyəcəm. Deyirəm, bəs bura niyə gəlmisən? Deyir, nə bilim müəllim, teatrda aktyor işləyənə nə verirlər ki, 100 manat. Amma biz, 25 nəfər aktyorluq fakultəsin bitirdik və işləmək üçün yeni açılan Şəki Dövlət Teatırına getdik. Çünki gözəllik, yenilik axtarırdıq.
İradə Nurəddinqızı – Bu gün də həmin insanlar gözəl görürlər?
Gülşad Baxşıyeva – O insanlar, yox.
İradə Nurəddinqızı – Nə dəyişdi ?
Gülşad Baxşıyeva – Çox şey dəyişib. Həyata baxış, mənəviyyat, insanların düşünmə tərzi. İnsanlarda Allaha inam azalıb. Bir tələbəm dərsin arasında deyir ki, icazə verin gedim namazımı qılım. Mən də deyirəm, oğlum, namazının qəzasını da qıla bilərsən. Sən məscidə gedib çatınca, namazını qılınca dərsə qayıtmağın gec olacaq. Sonra da başlayır yalan danışmağa, üzümə ağ olur. Deyirəm, sən başa düşürsən islam, din nə deməkdir? Din insanın daxili aləmi ilə əməllərinin vəhdətini təşkil etməlidir. Buna görə yalan danışmamalı, pis işlərdən çəkinməlisən. Sənin içində və əməllərində bunlar yoxdursa, onda səcdəyə, namaza getməyin boş şeydi.


“Qaynana, qaynata tanımayan müğənni gəlinlikdən danışmamalıdı”

Elnur Rüstəmov – Bəzən gənclərdə, orta nəsildə də belə bir şey müşahidə edirəm: İçki içir, bundan qurtula bilmir, gedir namaz qılır. Bunun kənarında hər şey edir, yalan da danışır, başqa pis əməllərdən də çıxır. Məncə, namaz qılmaq içdən gəlməlidi. Bizim düşüncəmizdə, qüsur var. Biz hər şeyi dərd edirik...
Gülşad Baxşıyeva – Mən sizin fikirlərinizlə tamamilə razıyam. Bəlkə də həyatda məndən də pis yaşayanlar, taleləri pis olanlar var. Sadəcə olaraq, mən bir az emosianal adamam. Aktrisa emosianal olmasa o, ümumiyyətlə aktrisa ola bilməz. Səhnədə süni işıqlar olmur, aktrisa da səhnədə süni ola bilməz. Hər şeyə şükür elədikcə, səbr elədikcə hər şey də qaydasına düşür. Vay o günə ki, üsyan qaldırım. Birdən görürsən oturub ağlayıram, ondan sonra daha pis hadisələr baş verir. Səhəri isə daha pis olur. Çox vaxt deyirəm, hər şey Allahın əlindədir. Bizim səhvimiz odur ki, səbr etməyi unutmuşuq. Moda xətrinə geyinirik, başımızı bağlayırıq. İnsanlarda qudurğanlıq var. Hamının özünə uyğun yaşam tərzi, həyatı olmalıdı. Bəzi insanlar harınlayır. Mənən biz nə qədər cılızlaşırıqsa, bu, belə də gedəcək.
İradə Nurəddinqızı – Baxdığımız flimlərin, qulaq asdığımız mahnıların buna aidiyyəti var ?
Gülşad Baxşıyeva – Əlbətdə var. Mənən boş, Azərbaycanın adət-ənənsindən xəbərisiz adamın çəkdiyi film nə olacaq? Bizim gənc müğənnilər çıxır ekrana, başlayır danışmaga ki, gəlin elə olmalıdı, belə olmalıdı. Mən o müğəninin adın çəkmək istəmirəm. Qaynana, qaynata tanımayan, saymayan müğənni gəlinlikdən danışmamalıdı. Televeziya kanalları fikir verməlidir ki, kimi ekrana çıxarır. Mənə sual verirlər ki, türk seriallarına baxırsınız? Bəli, “ Öylə bir keçər zaman ki”, “Aşkı-memnu” seriallarına baxıram. Bu seriallarda hadisələrin necə həssas qurulduğuna, aktyorların rolları necə profesional ifa etməsinə diqqət yetirirəm. Sual edə bilərsiniz ki, bizdə elə profesianla aktyor yoxdur? Əlbəttə var, niyə yoxdur?!
İradə Nurəddinqızı – Bəs niyə bizdə o cür alınmır?
Gülşad Baxşıyeva –Ona görə yalandan oynayırıq. Bizdə aktyora, aktrisaya qarşı münasibət cox alçaldıcıdı. Biz çəkiliş meydançasına gələndə, o münasibəti görəndə çox utanırıq. Nə qədər ora-bura çırpınsaq da, rolumuzu gözəl oynasaq da, inanın ki, cox mundar vəziyyət yayranır. Əgər, bir rejissor o filmdə öz fikrini çatdıra bilmirsə, bunda aktyorun, aktrisanın günahı yoxdu. Azərbaycanda yaxşı aktyorlar da var, aktrisalar da. Rejissorların onları sevməsi, dəyər verməsi, çəkməsi, bir də aktyora yaxşı pul verilməsi lazımdı. Yüz filmdə çəkilsəm də evimin problemlərini həll edə bilmirəm. Mənə yaxşı pul versələr, deyərəm Gülşad, sən gününü görmüsən, Allaha şükür nəvələrin də var, daha bəsdir. Başqa ölkələrdə rejissor aktyora, aktrisaya yaxşı pul verir, onlar da çalışırlar ki, rollarını yaxşı oynasınlar. Bizdəki rejissorlar kimi yanaşmırlar, aktyorlara. Gedib rejissorlara deməyəcəm ki, məni seriala, filimə çək. O rejissor nəinki Bakıdakı, hətta rayonlardakı aktyorları da gözünün qarşısına gətirməli, rollara görə hər bir aktyoru nəzərdən keçirməlidir. Axı, rayonlarda da bizim istedadlı aktyorlarımız var. Bir dəfə efirdə bir hörmətli müğəni mənə deyəndə ki, cavanlara nəsihətin var? Ona dedim ki, cətin dövr, cətin zamandayıq. Valdiyenin üzünə ağ olmayın. Həmin müğənni fasilə vaxtı mənə yaxınlaşdı və dedi: “Xahiş edirəm, cəmiyyət haqqında danışmayasız. Hər şey yaxşıdır”. “Yaxşıdır” sözü altında cəmiyyət uçuruma gedir. Sizin fikirinizlə razıyam, hər şeydə bir gözəllik görmək lazımdı. Mənim həyat yoldaşım 19 ildən sonra ailəsini qoyub getdi. O gedəndə mən özümə yer tapa bilmirdim. Bu ailə eşqin üzərində qurulmuşdu. Hüseynağa imkansız, kasıb, anasız bir uşaq idi. Biləndə ki, mənə vurulub, iki ildən sonra ona razılıq verdim. O gedəndən sonra isə üç il özümə yer tapa bilmədim. Niyə getdi sualına cavab tapa bilmirdim.
İradə Nurəddinqızı – Narahatçılığınız niyə getdi sualı ilə bağlı idi? Yoxsa itirmək istəmirdiz?
Gülşad Baxşıyeva – Xeyr. Niyə getdi, sualı ilə bağlı idi. Bilirdim o hara gedir. Mənə niyə getməsi maraqlı idi.
Elnur Rüstəmov – Fikirləşmirdiz ki, yaradıcı insandı, gedə bilər?
Gülşad Baxşıyeva – Yaradıcı insandı deyə, ailəsini qoyub getməli, sevgi axtarmalıydı?

“Aygün Kazımovanın necə gözəl üzü var idi”

Elnur Rüstəmov – Belə deyək ki, onlara yol açıqdı.”Qurani-Kərim”də belə bir ifadə var: Şairlərin dalınca getmə, onlar yolunu azmış adamlardı”. O da yaradıcı insan olub.
Gülşad Baxşıyeva – Maraqlı burasıdı ki, o, işə gedib evə qayıtmayıb. Mən ona niyə getmisən, qayıt evinə demədim. Belə bir şey olmadı. Bilirdim, onun axırı elə olacaq. Ona görə zəng də etmədim, getdim tamaşamı oynadım, qayıtdım gəldim. Uşaqlarıma dedim ki, sizin atanız bir də bura gəlməyəcək. Bununla da bitdi. Ailəsinə qyıtmaq istəyən adama zəng etmək lazımdı? Gedənə zəng edib, gəl deməliyəm? Nə Şəkidəki, nə də Bakıdakı qonşularımız onun əlində bir jurnalla evə gəldiyini görməyiblər. Ona böyük oğlum kimi baxmışam. Nə bazarlıq edib, nə də ki uşağa baxıb. Mən elə bilirdim ki, o öləndə mənə təsir etməyəcək. Ancaq oğlum zəng edib deyəndə ki, ana, dədəm ölüb, mənə cox pis təsir etdi, narahat oldum.
Elnur Rüstəmov – Bir içki aludəçisinin həyat yoldaşı olmaq asandı?
Gülşad Baxşıyeva – Çətindi, ailə üçün, qohum əqraba üçün problemlidi, faciədi.
Elnur Rüstəmov – Siz həm də müəlliməsiniz, indiki tələbələri balanslaşdırmaq çətin olmur?
Gülşad Baxşıyeva – Mən tələbələrimə deyirəm, başqa fəndən dərs desəydim, bəlkə də pul ala bilərdim. Aktyorluqdan dərs deyirəm. Sabah təsadüfən biz eyni tamaşada oynaya bilərik. Onda, mən vəziyyətdən çıxa biləcəm. Ancaq sən mənim gözümə baxa-baxa deyəcəksən ki, məndən qiymət yazmaq üçün 50 manat aldınız.
Elnur Rüstəmov – Öz məhsulunuzu niyə satmırsınız?
Gülşad Baxşıyeva – Kimə satım? Mən Azərbaycandan kənara çıxsaydım, öz məhsulumu sata bilərdim. Ailəmdə olan problemlərə görə, oğlanlarıma görə öz potensialımdan istifadə edə bilmədim.
Mənim öz pedaqoji metodum var. Buna görə də tələbələrim liderdir. Onlara imkan verilsə, xarici ölkələrdə də lider olduqlarını göstərərlər. Məsələn Rəfail, Coşqun, Elnur, Azər Axşam, Vüqar, Sumqayıtda Tural var... Gəlin indiki dublyajlara baxaq. Səsi olmayanlar, səs məlahəti olmayanlar dublyaj edirlər. Bunu kim yaradır, rəhbərlik. O dövrdə sənətə, sənətkara hörmət var idi. İndi isə əksinədir. Dövlətimiz çox gözəl şərait yaradır, amma insanlar düzələn deyil. İndiki insanlar mənən acdırlar.
İradə Nurəddinqızı – Aktrisa formada qalmaq üçün istənilən yollara əl atmaq məcburiyyətindədir?
Gülşad Baxşıyeva – Əgər üzü pis gündədirsə, buna ehtiyacı varsa, elətdirsin. Uzağa niyə gedirik?! Aygün Kazımovanın köhnə kadrlarına baxıram. Onun necə gözəl üzü var idi. Üzünün gözəl vaxtında getdi əməliyyat elətdirdi. 10-15 dəfə narkoz qəbul etmək olar? Bizim gözəl aktrisalarımız var, onlara lazım deyil, ancaq yenə də üzlərini pis günə qoyurlar. Onlara deyərdim ki, Vallah, lazım deyil, siz elə gözəlsiniz.


Elnur Rüstəmov: Gülşad xanım çox emosianaldır, Hüseynağa Atakişiyevə olan bağlılıq hələ də qırılmyaıb.

İradə Nurəddinqızı – Gürşad xanım aktrisa doğurdanmı fərqli geyinməlidi?
Gülşad Baxşıyeva – Qızım, mən aktrisa, pedeqoq, professor, kafedra müdiri və əməkdar artistəm. Bunları hər yerdə deməyin nə mənası var? Məncə, kimliyindən aslı olmayaraq, hər yerin öz geyimi var.
Elnur Rüstəmov – Niyə catışmayanlara düzən verə bilmirsiniz?
Gülşad Baxşıyeva – Biz təkbaşına iş görə bilmərik. İnsanlarda maraqlı bir vəziyyət var. Öyrənmək lazımdır ki, qarşındakının düşüncə tərzi necədir, düşünmə sərhəddi nə qədərdir? Bir insana açar veriləndə deyir, bura da girə bilərəm, ora da girə bilərəm. Bacarırsansa gir. Şəxsən mənim üçün bu sərhəddin və bu potensialın nə qədər olması önəmlidir. İnsanlar mənim dediklərimə qarşı çıxa bilər, deyə fikirimi deməyə qorxmuram. Əslində bir iki adam var ki, onların yanında tam açıla bilirəm. İçimi açıb illərlə içimdə saxladığım, qubar bağlamış fikirləri, dərdimi onlarla bölüşmüşəm. Bilmirəm, bəlkə içimi onlara da açmasaydım, xəstələnərdim. Mən cox güclü, müsbət auraya malik adamam. İstəmirəm ki, cəmiyyətə mənfi təsir ötürüm. Hüseynağa gedəndən sonra narahat olduğumu görən kiçik oğlum dedi: Ana, sənə nə olub? Dedim, cox pisəm. Onunla yaxşı heç nə yaşamadığımı soruşdu. Dedim, olub. Onda, yaxşıları düşün, dedi. Əslində oğlum məni ayıltdı. Mən də enerjimi səhnəyə verdim...

Hazırladı: Sevinc Vəliyeva (“Simsar” jurnalı)






17 Yanvar, 2012  21:09 Baxılıb: 3968 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner