Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELNUR KƏRİMOV: “TƏƏSSÜF, TEATR AKTYORUNDAN ÇOX APARICI KİMİ TANINIRAM”

Son vaxtlar televiziyalarımız sanki milli serial yarışına başlayıb. 

Düzdür, hələ də bu seriallarda profesional aktyorlar çoxluq təşkil etmir. Amma bəzi aktyorlarımız var ki, hələ gənc olmasına baxmayaraq, bir çox filmdə və serialda rol alıb. Bu dəfə “Gənc aktyorlar” rubrikasında teatrlardakı vəziyyət, yeni seriallara aktyor baxışı və bu kimi suallara Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov cavab verir. 

-Bu gün aktyor olmağınıza peşman deyilsiniz ki?
-Xeyr. Mən aktyorluğu sevərək gəlmişəm və heç bir peşmançılıq hissi keçirmirəm. Düşünürəm ki,aktyorluq mənim həyatımdı.Teatr mənim üçün elə bir sənət növüdür ki,onsuz yaşaya bilmərəm. Bu yaxşı mənada, xəstəlikdir.
-Ən pis oxuyan gənc müğənni ən yaxşı gənc aktyordan daha məhşurdur... Sizcə niyə?
-Elm və texnika inkişaf etdikcə bunun əksinə insanlarda teatra maraq getdikcə azalır. Musiqi və teatr incəsənətin ayrı – ayrı sahələri olsa da, teatrda musiqi, rəqs, rəssamlıq vəhdət təşkil edir. SSRİ dağılandan sonra tamaşaçılarda teatra maraq ölüb. Bunu da onunla əlaqələndirənlər olur ki, bu hadisə müharbə dövrünə təsadüf edib. Bu dövrdə əsas mövzu müharibə, döyüş meydanları olduğuna görə teatr, kino, musiqi kimi incəsənət növləri sanki hər kəsin yadından çıxdı. Sonra da hamı birdən-birə musiqiyə daha şox maraq göstərməyə başladı. Belə deyirlər ki, ona görə bütün kanallarda musiqiyə çox yer verildi ki, insanlar müharbə abu-havasından kənərlaşdırılsın. Fikrimcə, bunun əksinə olaraq insanları daha yaxşı yolla teatra cəlb etmək lazım idi. İndi tamaşalarımız keyfiyyət baxımından yavaş-yavaş düzəlir, nazirlik pul da ayırıb, heç bir çətinliyimiz yoxdu. Əvvəlki dövrdən fərqli olaraq tamaşa zamanı geyinəcəyimiz paltarları da tapmağa çətinlik çəkmirik. Teatrlarımız təmir olunub. Mən 12 ildir teatrda işləyirəm və mənimlə yanaşı Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrınıda xeyli gənc aktyor çalışır. Burda da gənclər üstünlük təşkil edir.


- Bəs aparıcılığa niyə başladınız? Maddi səbəblər çoxdu, yoxsa...
- Aparıcılıq çox çətin sənətdi. Mənim bəxtimdən həmişə canlı yayımlar olub. Canlı yayımda da hər hansı tamaşaçı tərəfindən sənə istənilən sual verilərsə, mütləq cavablandırmalısan. Bunun üçün çoxlu mütaliə lazımdır. Aparıcı olmaq arzum idi. İstəyirdim, sadəcə bu sənəti öyrənim. Aktyor Nicat Kazımov da mənə köməklik göstərdi. O vaxt Azər Axşam qəzaya düşmüşdü. Məni dəvət etdilər ki, “Tele-taym” verlişini aparım. Səxavət Nurla ikimiz qalmışdıq. Elə oldu ki mənə “Space” telekanalından təklif gəldi və mən o kanala getdim. Aparıcı kimi fəaliyyətə orada başladim. Canlı yayım aparıcısı olmaq çox çətindi. Şükür ki, bu sınaqdan üzüağ çıxdım. 2004 -cü ildən müxtəlif verilişlərə aparıcılıq etmişəm bilirəm ki, tamaşaçılar tərəfindən sevilirəm.
-Aparıcılığın aktyorlara ziyanlı tərəfi nədi?
-Teatrda rejissor aktyorları yönləndirir. Aktyor da nə oynayacağını bilir. Səhnədə aktyorun vəzifəsi öz rolunu layiqli şəkildə oynamaqdır. Bundan başqa aktyor tamaşçılardan təsir almalı və qarşısındakını təsirləndirməyi bacarmalıdır. Aparıcılıqda isə səninlə üz-üzə dayanan ancaq kameralardı. Tamaşaçını görə bilmirsən və onun nə istədiyini müəyyənləşdirmək çox çətindir. Qarşındakı cansız kameralardı və onlar da ancaq səndən alır. 40 dəqiqəlik canlı yayımda olan adamı çəkilişdən çıxan zaman görəndə elə bilirsən ki, 3-4 saat teatrda dayanmadan məşq edib.
-Məlum məsələdi ki, teatrlarda ssenari problemləri yaşanır. Eyni tamaşalar, eyni qurluşlar bezmirsiniz?
-Bezirəm, mən teatrda həm də gənclər təşkilatının sədriyəm. Buna görə də, hər hansı bir tədbir olanda məni göndərirlər. Bu gün teatrlarımızda gənc aktyorlara çox yer verilir. Teatrın direktoru Mübariz müəllim gənc aktyor və aktirisalara köməkliyini əsirgəmir. Tetra gənc yazarlar dəvət olunur və onların əsərləri ilə də tanış oluruq. Bir çox gənc yazar bizim teatrın sakininə çevrilib. Tamaşalarımızda onların fikirlərinə də yer veririk.
-Küçəyə çıxanda sizi tanıyırlar?
-Digər gənc həmkarlarımı deyə bilmərəm, amma məni tanıyırlar. Teatrımız təmirə dayananda qarşımıza məqsəd qoyduq ki, Azərbaycanı qarış-qarış gəzək və teatrımızı nümayış etdirək. Bu qərarı verdikdən sonra, biz, gənc aktyorlar cəbhə bölgələrində tamaşalar verdik. Bunun sayəsində rayonlarda da aktyorlarımızı tanıdılar. Amma təəssüf, teatr aktyorundan çox aparıcı kimi tanınıram. Teatra gələn tamaşaçılar məni səhnədə görəndə deyirlər: - bu oğlan aparıcı deyil? Amma arzu edirəm ki, desinlər, - bu aktyordur, aparıcılıq da edir.
-Aktyorluq potensialınızı yetərincə sərf edə bilirsiniz?
-Bu rejissordan, onun nə dərəcədə bizim potensialımızı çıxarıb ortaya qoya bilməsindən asılıdır. Mən bu teatra gələrkən bizi imtahan edən Loğman Kərimova dedim ki, mən bu rolu oynaya bilərəm, hələ üstəlik oynayanlardan da, daha yaxşı. Yaxşı aktyor olmaq üçün birinci teatrda dublyor olmaq lazımdı. Aktyor üçün bəzən elə rollar olur ki, bu rolu oynayanda elə bil bu dünyadan təcrid olunursan.


“Fəxri adları yığışdırardım”...

-Səlahiyyətinizdə olsaydı, teatr sahəsində hansı dəyişiklikləri edərdiniz?
-İlk növbədə teatrda fəxri adları yığışdırardım, əvəzində pul mükafatı ayırardım. Mən öz fikirlərimi nazirliyə də göndərmişəm, teatrın rəhbərliyinə də bildirmişəm. Nazirliyə də yazmışam ki, teatra pul ayırsınlar. Ən çox tamaşa oynayanlara, işə gecikməyənlərə mükafat verilsin ki, onlar da işə daha həvəslə yanaşsınlar. Bu cür olsa aktyorlar da işə can yandırar, onlar nəinki teatrdan getmək haqqında düşünər, hətta istedadlı gəncləri də bu sahəyə cəlb edərlər. Amma indi bunların əksi baş verir. Hamı dublyaja, çəkilişə gedir... Bu gün aktyorların əksəriyyəti ailəsini saxlamaq üçün kənarda iş axtarır. Aktyorlar üçün 200 nəfərlik bina tikilsə, yaxşı olar. Çünki heç olmasa aldıqları maaşı ev kirayəsinə yox, öz ailələrinə xərcləyərlər. Ora-bura qaçıb, pul qazanıb kirayə pulunu verməkdənsə, enerjilərini teatra sərf edərlər.
-Sizcə teatrda hamı öz yerindədir ?
- Çox qəliz və düşündürücü sualdı. Həyatda hər kəs yüzdə-yüz yerində olmur. Qabilin bir şeiri var “Səhv düşəndə yerimiz”. Bu şeir ele-belə yazılmayıb. Çox vaxt elə olur ki, kimlərinsə, nələrinsə yeri səhv düşür. Təbii ki, bu teatrda da baş verir. Amma yavaş-yavaş teatrda da hər kəs, hər şey öz yerini tapır.
-Profesionallıq baxımından seriallardan razısınız? Məsəl üçün: Sizcə “Bacanaqlar”, “Aramızda qalsın” və “Küləklər şəhəri” kimi seriallarda aktyorlar demək istədiklərini, göstərmək istədiklərini, tamaşaçıya çatdıra bilirlər?
-Bizdə serial yeni inkişaf etməyə başlayır. Bunun bünövrəsini “Aramızda qalsın” serialını çəkməklə türklər qoyub. Onlar serial çəkilişində istifadə etdikləri sistemi bizdə də tədbiq etdilər və bunun sayəsində xeyli tamaşaçı toplaya bildilər. Düzdür, serialın uğurlu alınmasında ssenarist və rejissorun əməyi çox böyükdür. Amma gərək aktyorlar da profesional olsunlar. Serial çəkilişində ssenarist yanımızda olur. Ssenari bizi qane etməyəndə ona deyirik ki, bu cümləni, bu mövzunu və yaxud da hadisəni dəyişək, məsələ yerindəcə həll olur. Onu da deyim ki, türklər “Qaynana” serialını çəkmək üçün öz sistemlərini qurdular və iki hissə çəkdilər. İkinci hissədən sonra 24 – 25 yaşlı gənc rejissorumuz Rüfət Şahbazov serialın daha on hissəsini çəkdi. Qeyd edim ki, filmdəki bütün heyət gənclərdən ibarətdir. Artıq bütün televeziya kanallarımız serial çəkir. Bunun nəyi pisdir ki? Yavaş-yavaş serial çəklişlərində rəqabət yaranacaq. Bunun sayəsində seriallarımız daha gözəl, keyfiyyətli və baxımlı olacaq. Nəticədə biz aktyorlar da rollara dəvət alacaqlar.

Sevinc Vəliyeva (“Simsar” jurnalı)

 

 






16 Yanvar, 2012  17:39 Baxılıb: 4578 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner