Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MOLDOVA SƏFİRİ: “SİZ DƏ BİZ DƏ DAVAKAR DEYİLİK...”-EKSKLÜZİV

Moldovanın Azərbaycandakı səfiri İqor Bodyunun “Simsar” jurnalına eksklüziv müsahibəsi.

- Səfirlər həmişə diplomatik danışırlar. Amma biz istəyirik, bu müsahibədə diplomatiyadan kənara çıxaq. Razısız?
- Mövzunu müsahibə götürən jurnalist müəyyənləşdirir. İstəyirsiz rəsmi, istəyirsiniz qeyri-rəsmi danışaq. Bu, sizin seçiminizdır. İstənilən sualınıza cavab verə bilərəm.
- Azərbaycanda Türkiyənin səfiri istisna olmaq şərtilə başqa səfirlər mətbuata qapalı olurlar. Sizinlə bağlı mətbuatda demək olar ki, informasiyaya az-az rast gəlirik. Bu, təmsil etdiyiniz dövlətin tapşırığıdır, yoxsa Sizin öz xarakterinizlə bağlıdır?
- Yanaşmanızla razı deyiləm. Türkiyə Azərbaycana qardaşdır. Təbii ki, bu ölkənin səfiri mətbuata yaxın olmalıdır. Azərbaycan mətbuatı müsahibə üçün onlara daha tez- tez müraciət edir. Ölkənizdə mətbuata qapalı səfirlik tanımıram. Bir ildir ki, Azərbaycanda səfirəm. Bu müddət ərzində təxminən 15-16 dəfə jurnalistlərə müsahibə vermişəm. Tez-tez müsahibə verməyin tərəfdarı deyiləm. Yaxşı olar ki, jurnalist hansısa hadisə ilə bağlı müraciət etsin. Səfirin hər gün müsahibə vermək imkanı da yoxdur. Yaxud səfir hansısa tok şouya getməli deyil ... Buna baxmayaraq, çalışıram ki, istənilən məsələ ilə bağlı müraciət edən jurnalistlərdən imtina etməyim. Bugünkü müsahibəmiz də buna bariz nümunədir.
- Moldava və Azərbaycan xalqalarının oxşar, o cümlədən fərqli cəhətləri hansılardır?
- Azərbaycanda kənd əhalisi səhər açılandan axşama qədər işləyir, bizdə də belədir. Hər iki millət əməksevər və qonaqpərvərdir, siz də, biz də davakar deyilik, sülhsevərik, heç vaxt heç kimi incitmək istəmirik. Amma bəzən qonşu dövlətlər bizi incidir.
- Moldovanın Azərbaycanda tanıdılması üçün nələr edirsiz?
- Səfirlik olaraq, “Tarixi şəxsiyyətlər” adlı jurnal nəşr etdiririk. İlk səhifəsindən sona kimi jurnal Moldovadan bəhs edir. Səfirlik öz ölkəsini, ölkəsinin maraqlarını daha yaxından tanıtmaq üçün tez-tez mətbuatla ünsiyyətdə olmalıdır.

“Təəssüf, hələ Azərbaycan dilini öyrənə bilməmişəm”

-Necə düşünürsünüz, özünüzü bizə kifayət qədər tanıtdıra bilmisiz?

- Səfirlik hər bir ölkəni başqa ölkədə tanıdan bir qurumdur. Biz də əlimizdən gələn qədər çalışırıq ki, öz ölkəmizi, ölkəmizin maraqlarını Azərbaycanda tanıda bilək. Bilmirəm, buna nə qədər nail olmuşuq, amma onu deyə bilərəm ki, bu işi sevə-sevə görürük. Moldavanı nə qədər yaxşı və pis tanıdığınızı yalnız siz deyə bilərsiz.
- Bəs bizi nə qədər tanıya bilmisiz?
- Təəssüf ki, hələ Azərbaycan dilini öyrənə bilməmişəm. Bir çox fikirləri və sözləri başa düşürəm, amma hələlik danışa bilmirəm. Restoran, mağaza və küçədə işlədilən bir çox frazaları başa düşür, həm də danışa bilirəm. Azərbaycanı yaxşı bir ölkə kimi tanıdım. Əvvəllər də yaxşı tanıyırdım. Sizin problemlərinizin nədən ibarət olduğunu bilirəm. Problemləriniz bir-birinə çox bənzəyir. Sizdə də separatizm var, bizdə də. Azərbaycanla Moldova xalqı öz mədəniyyəti, musiqisi, mətbəxi ilə bir-birinə çox yaxındır. Qısa vaxt ərzində Azərbaycanın bölgələrini gəzmək imkanım oldu. Şəki, Şamaxı rayonlarına və dağlıq ərazilərə, həmçinin ikinci böyük şəhər sayılan Sumqayıta səfər etdik. Səngəçalda neft terminalında olduq. Demək istəyirəm ki, sizin ölkənin həm iqtisadiyyatı, həm siyasəti, həm də mədəniyyəti bizə çox yaxındır və bizim ölkə ilə oxşardır. Mütəmadi çalışıram ki, sizin ölkəyə aid sosial, mədəniyyət və siyasətlə, milli mentalitetinizlə bağlı jurnal və kitabları oxuyam. Azərbaycan tarixini oxumağı çox sevirəm. Tariximizdə də ümumi oxşarlıqlar çoxdur. Siz də, biz də əvvəl demokratik ölkə olmuşuq, sonra onu məhv ediblər. Ona görə də qərbə və digər ölkələrə baxanda biz bir-birimizi daha yaxşı başa düşürük. Hər iki ölkə arasında münasibətlər də çox yüksək səviyyədədir. Öz üzərimdə işləyirəm, görürsüz nə qədər çox şey bilirəm (Gülür).
- Separatizmdən danışdız, həm də qeyd etdiz ki, bizim tariximizi oxumağı sevirsiz. Qarabağ haqqında nə qədər məlumatlısız?
- 20 il Xarici İşlər Naziriliyində işləyən şəxs kimi bu barədə məlumatlı idim. Hansı ki, indi həmin ölkələr MDB adlandırılır. Daima keçmiş Sovet İttifaqına daxil olan ölkələrin tarixi və coğrafiyası barədə məlumatlarla tanış olurdum. Ermənistan hakimiyyətində bir-birini əvəz edən prezidentlərin dövründə də baş verən hadisələri yaxşı bilirəm. Azərbaycanla Ermənistan arasında baş verən münaqişə, bilirəm ki, çətin konfiliktdir. Ortaq mövqeyə gəlmək elə də asan deyil. Regional problemdir. Hətta üç ölkənin həmsədrləri də bu məsələni çözməyə çalışanda, formulu nəzərə almalıdırlar. Ermənistan tərəfi elə qəliz şərtlər irəli sürür ki, bununla da Azərbaycan razılaşa bilməz. Hesab edirəm ki, bu mövzuda obyektiv və düzgün müşahidəçi olmalıdır. Əksər dövlətlərin həmsədrləri çox vaxt ikili siyasət irəli sürür. Bu məsələdə bir cür danışıb, başqa cür də hərəkət edirlər. Qarabağla bağlı çox oxuyuram, həm Azərbaycan, həm Amerika həm də Ermənistan tarixçilərinin yazdıqlarını oxuyuram. Çalışıram ki, oxuduqlarımdan məntiqli nəticə çıxarım.
- Bizim işğalda olan torpaqlarımızın çox yaxşı mənzərəsi olub. İşğaldan əvvəl və sonra Qarabağı əks etdirən disklərə baxmısızmı?
- Qarabağdan olan çoxlu azərbaycanlı dostlarım var. Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov mənim çox yaxın dostumdur. Kişinyov Dövlət Universitetində bir yerdə oxumuşuq. O, Laçındandır. Laçının işğalı vaxtı döyüşüb. O, mənə öz yaşadığı evi də göstərib.
- Azərbaycanlı yazarlardan kimləri oxumusuz?
- Müasir Azərbaycan ədəbiyatından heç kimi oxumamışam. Ölkənizin Belarusiyadakı səfiri İsfəndiyar Vahabzadə ilə tanışlığım sizin ədəbiyyat haqqında bir çox məlumatlara sahib olmağıma kömək edib. Onun atası Bəxtiyar Vahabzadə barəsində yaxşı şeylər çox eşitmişəm.
- Azərbaycanla Moldova xalqının mədəniyyət və incəsənətinin oxşar cəhətlərini sadaladız. Bəs fərqli cəhətləri hansılardı?
- Mədəniyyət fərqli ola bilməz. Mədəniyyət mentalitetin tərkib hissəsidir. Azərbaycan Moldovadan ancaq dini baxışlarına görə fərqlənə bilər. Bizdə provaslav xristianlıqdır, sizdə isə islam. Bu, bizim xalqların bir-birinə oxşamasına mane olmur.
- Çox güman, mətbəximizlə tanışsız...
- Reseptdə cüzi fərqlər var, sizdə də dolma, qutab bişirirlər, bizdə də. Buna görə sizin ölkədə yemək baxımdan çətinlik yaşamadıq. Sizin toylara da fikir vermişəm, bizdəki kimi süfrənin üstü dolu olur. O qədər çox olur ki, hətta artıq da qalır, yığışdırmaq belə olmur. Əgər əylənmək istəyiriksə, süfrəyə hər şey yığırıq. Əylənmək üçün hər şeydən maksimum istifadə edirik ki, gələn qonaqlar da ürəyi istədiyi kimi əylənsinlər.

“Yaxşı muğam ifaçısını pis oxuyandan ayıra bilirəm”

- Deyirlər dünyanın bir dili var, o da musiqidir. Musiqi zövqlərimizdə hansı fərqləri görürsüz?
- Musiqi zövqündə Azərbaycanla Moldova bir-birinə çox oxşayır. Toy mərasimlərimizdə də oxşarlıqlar çoxdur. Sizdəki kimi bizdə də gəlin gətirdi olur.
- Əcnəbilər bizim muğamı çox sevdiyini deyirlər. Bəs Siz necə, muğam dinləmisiz?
- Muğam ifaçılarının konsertlərində, Muğam Mərkəzinin açılışında iştirak etmişəm. Mərkəz çox gözəl akustikaya və geniş, işıqlı zala malikdi. Bizim musiqi janrlarımızda da oxşarlıqlar çoxdur. Hətta milli musiqidəki boğazlarımızın bir çox detallarında da oxşayırıq. Muğamı sevirəm. Həm də yaxşı muğam ifaçısını pis oxuyandan ayıra bilirəm. Digər peşəmə görə, mən həm də musiqiçiyəm. Piano və gitarada çalıram.
- Azərbaycanlı muğam ifaçılarından kimləri tanıyırsız?
- Adları ilə deyə bilməyəcəm. Elə muğam tədbirləri olub ki, orada iştirak etmişəm. Orada heç də tanınmış olmayan, amma çox yaxşı muğam ifa edənlər olub. Elə tanınmışlar da olub ki, tanınmayanlardan pis oxuyub.
- Necə ayırd etmisiz ki, pis oxuyur?
- Etdikləri boğazdan, zil və bəm oxumaqlarından bunu ayırd edə bilirəm. Kimin zəngulələri uzun çəkir, kim sinədən oxuyur, o yaxşı oxuyur. Musiqi elə bir sahədir ki, orda hər kəs özünəməxsus oxuyacaq. Mehriban xanım Əliyeva çox gözəl deyib, muğam Azərbaycan xalqının mentalitetinin tərkib hissəsidir. Onda hər şey cəmləşir. Həm poeziya, həm fəlsəfə, həm də musiqi. Ona görə də, muğam ifaçıları çox istedadlı olur. Hamı istedadlı ola bilməz, amma kimin musiqi duyumu, ritmi hiss etməyi varsa, o da oxuyacaq. Bununla belə gərək istedadı olanları qiymətləndirəsən. Hesab edirəm ki, balacasından böyüyünə qədər bütün azərbaycanlılar rəqs etməyi və muğam oxumağı bacarır.
- Heydər Əliev Fondunun rəhbəri Mehriban Əliyeva deyir ki, bir xalqı tanıtdıran onun siyasətindən daha çox mədəniyyətidir. Xaraktercə mədəniyyətə daha yaxınsız. Peşəniz isə siyasətdir. Necə düşünürsüz, hər hansı xalqı siyasəti tanıtdırır, yoxsa mədəniyyəti?
- Peşəmə sadiqlik nümayiş etdirib deyə bilərəm ki, bir ölkəni əsasən onun siyasəti tanıtdırır. Çünki mən özüm səfirəm. Səfir mikro prezidentdir. O, öz ölkəsini təmsil edən şəxsdir. Buna görə təkcə siyasətlə deyil, həmçinin iqtisadiyyat, mədəniyyət, sosial sahələrlə də maraqlanmalıdır. Səfir digər sahələr barədə də geniş biliklərə sahib olmalıdır. Amma yenə də dəqiq cavab verə bilmərəm, hansı daha önəmlidir, siyasət, yoxsa mədəniyyət?! Musiqiçi olmadığıma təəssüflənirəm, səfir olduğuma da peşman deyiləm. Mənimlə ailəm, dostlarım, uşaqlarım fəxr edir.

"SİMSAR"jurnalı

 

 

 

 

 






30 Dekabr, 2011  16:57 Baxılıb: 2117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner