Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MUSTAFA ZAMANİ: “HƏZRƏTİ YUSİFDƏN SONRA RƏSULALLAHI CANLANDIRMAQ İSTƏRDİM, AMMA”…-EKSKLÜZİV - FOTOSESSİYA

Aktyorun “Simsar” jurnalına müsahibəsi.

Ramazan ayında dostlarla iftar edə-edə “Həzrəti Yusif” serialına baxırdıq. Ağlımdan onunla görüşmək, jurnalımız üçün müsahibə götürmək keçdi. Məqsədli şəkildə bu işin arxasına düşəcəyimi özümə söz verdim. Düzdür bir az uzun və çətin alındı. Ancaq mükəmməl işlər həmişə çətinliklə ərsəyə gələr. Bizə simsarlıq edən insanların vasitəsilə “Həzrəti Yusif” rolunun ifaçısı Mustafa Zamani ilə təmasa keçə bildim. Uzun sürən danışqlardan sonra onların təbiirincə desək Ağayi Zamani ilə görüş üçün vədə aldıq. Tehrana getdik, yeni filmə çəkildiyindən işləri həddindən artıq çox olan aktyoru nə az nə də çox düz 12 saat gözləməli olduq. Yeni obrazın qrimində və geyimində görüşdü bizimlə. Bütün müsəlman ölkələrində sevə-sevə izlənib rekordlar qıran “Həzrəti Yusif” rolunun ifaçısı Mustafa Zamani: - 29 yaşım var. Şimali İranda doğulmuşam Ailədə 4 uşağıq. Subayam.
-“Həzrəti Yusif” filminə qədər Mustafa Zamani kim idi?
-Texnoloji Menecer idim. 7 ildir ki, aktyor kimi fəaliyyət göstərirəm.
-Necə oldu ki, aktyor olduz?
-“Həzrəti Yusif” filminin aktyor seçiminə şəklim təqdim olundu. Filmin rejissoru Fərəcullah Sələhşur məni seçdi.
-Əvvəldən də aktyor olmaq arzunuz vardı?
-Bəli, aktyor olmağa çox böyük həvəsim vardı. Allah elə gətirdi ki, “Həzrəti Yusif” rolu mənim qismətimə yazıldı.
-Bu obrazı canlandırdıqdan sonra Sizdə hansısa dəyişikliklər oldumu?
-Təbii ki, yaxşılığa doğru çox dəyişikliklər oldu. Film 3il müddətinə çəkildi. Təbiətən mənəvi təsir qoydu məndə. O şəxsiyyəti canlandırmaq böyük məsuliyyətdir. Çəkildiyim hər anın öz hissi var.
-Başqa hansı peyğəmbərin obrazını canlandırmaq istəyərdiz?
-“Həzrəti Yusif”-dən sonra Rəsulallahı canlandırmaq istərdim, amma bəşər onu təsvir edəcək gücdə deyil.
-Arzusunda olduğunuz başqa rol varmı?
-Salman Farsi və İran hökmüdarı II Kiri canlandirmaq arzusundayam. Təbii ki, mükəmməl və dəqiq senari ilə.
-“Həzrəti Yusif” serialına görə saçlarınızı uzatdığınızı eşitdik...
-Bəli saçlarımı 8 aya uzatdım. Nəinki saçlarım saqqal da özümündür.


“Hollivudla aramizda çox məsafə var”

-Filmdə sizin üçün ən yadda qalan səhnə hansı oldu?
-Yusifin neçə illərdən sonra atasını gördüyü səhnə. Arzulara çatmaq çox gözəldir. Uzun imtahandan sonra isə bu daha da şirinləşir
-İstənilən aktyor Hollivud səviyyəsinə qalxıb, Oskar almaq arzusunda olur. Yəqin sizin də belə bir istəyiniz var...
-Təbii, bu danılmazdır. Hər aktyor kimi mən də Hollivuda düşmək istəyirəm. Amma bizim Hollivudla aramizda çox məsafə var.
-Hansı aktyoru bəyənirsiz?
-Dom De Luis və Leonardo di Kaprionu.
-Ailə qurmağı düşünmürsüz?
-Kor-koranə ailə qurmaq istəmirəm. Gərək sevəm sonra.

“Bizim işimizdə sevmək çətindir”


-29 yaşınız var, nə əcəb bu vaxta qədər sevməmisiz?
-Bizim işimizdə sevmək çətindir.
-Eşitdiyimizə görə ümumiyyətlə İranda evlənmək çox çətindir. Çünki, mehriyyə, (bizlərdə buna başlıq parası deyirlər) çox tələb olunur. Bəlkə mehriyyəni toplaya bilməmisiz?
-(gülür)Xeyr mən aktyoram, mənə hörmət edərlər yəqin. Niyə məni evləndirmək istəyirsiz, hələ cavanam, evlənmək üçün tezdir, 10 il vaxtım var hələ.
-Aktyorluqdan qazandığınız məvacib sizi qane edir?
-Bəli. Normaldır.
-7 il əvvəl Mustafa Zamanini heç kəs tanımırdı. Ancaq indi sizi bütün türk dünyası, müsəlman ölkələri tanıyır. Ulduzluq xəstəliyinə tutulmamısız?
-Təbii ki, şöhrətin fəsadları var. Az da olsa ulduzluq xəstəliyim var. Ancaq düşünürəm ki, məşhur insanda bir az təkəbbür olmalıdır. Çox sadə olanda bəzi insanlar bundan sui istifadə etməyə çalışır. Ümumiyyətlə, pis adamlardan uzaq gəzməyə çalışıram.
-Sizin üçün pis adamlar kimdir?
-Mənim nəzərimdə pis adam odur ki, qəlbində heç nəyə Allaha, insanlara, işə, eşqi olmaya. Tanriya etiqadı olmayan, imansız adamlar pis adamlardır.
-Hazırda hansı filmə çəkilirsiz?
-Bu çəkildiyim filmdə mən oğru oğlan obrazını canlandırıram. Hazırda sizinlə həmin obrazın geyimində, qrimində söhbət edirəm. Senariyə görə filmdəki bir qıza görə oğurluq eləmək məcburuyyətində qalıram. Oğurluq etsəm də pis adam deyiləm filmdə.
-Bəs həyatda qıza görə oğurluq edərsiz?
-Xeyr heç vaxt.
-Azərbaycanda sizi çox sevirlər, hətta sizə “Həzrəti Yusif” deyirlər. Azərbaycana gəlməyi düşünürsüz?
-Azərbaycan səfirliyindən bir neçə dəfə dəvət almışam. Ancaq işlərimin yoğunluğundan Tehrandan çıxmaq imkanım yoxdur. Gəlməyi düşünürəm. Hazırda iki filmə çəkilirəm, onlardan sonra qismət olsa gələcəm. Azərbaycana gələndə eyni zamanda hansısa bir iş də görmək istəyirəm.

“Alim Qasımov gözəl xanəndədir”

-Azərbaycan filmlərini, aktyorlarını tanıyırsız?
-Xeyr, tanımıram.
-Bayaq “Simsar” jurnalına baxanda Alim Qasımovun şəklini görüb onu tanıdığınızı söylədiz...
-Şəxsən tanımıram, ancaq bilirəm ki, Alim Qasımov gözəl xanəndədir.
-Qarabağ haqqında eşitmisiz?
-Xeyr.
-Maraqlıdır 30 milyona yaxın azərbaycanlının yaşadığı bir ölkədə, əhali arasında ikinci danışıq dili sayılan Azərbaycan dilini hələ öyrənə bilməmisiz?
-Xeyr, Heş vaxt istifadə etməmişəm. Amma düz deyirsiz, iradınız haqlıdır, bu günə qədər bilməli idim. Öyrənməyə çalışacam.
-Mustafa Zamaninin Azərbaycana sözü var?
-Azərbaycanlılar çox mehriban olurlar, internetdə də onlardan xüsusi ehtiram sevgi ilə qarşılaşıram. Sizlərin yanında insan özünü qərib hiss etməz. Bütün azərbaycanlılara salamlarımı çatdırın. Mən onları çox istəyirəm. Azərbaycanda filmə çəkilmək arzusu və ümidi ilə Allaha əmanət olun!
İradə Nurəddinqızı

 






21 Dekabr, 2011  20:25 Baxılıb: 12493 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner