Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“APARICI KİMİ PİS VƏZİYYƏTDƏ QALA BİLƏRDİM”-FOTOSESSIYA

AZƏR AXŞAM: “XEYİR OLA” VERİLİŞİ ÜRƏYİMCƏ OLMAYIB”

Həmsöhbətim bir aparıcı olaraq zənnimcə çox peşəkardır. Baxmayaraq ki, bu, onun ikinci sənətidir. Amma öhdəsindən məharətlə gəlir. Bir sözlə, deyərdim ki, hətta təkrarsızdır. Aparıcısı olduğu hər bir veriliş onun təqdimatında maraqlı və baxımlı alınır. O, artıq əsl telesima olmuş Azər Axşamdır.

- Necə təqdim olunmağa üstünlük verirsiniz?
- Adətən təqdim edəndə Azər Axşam deyirlər.Əslində aktyoram. Özümü daha çox sənətin peşəkarı hesab edirəm, nəinki,teleaparıcı və ya şoumen.
- Amma efirlərdə daha çox aparıcı kimi görünürsünz.
- Televeziyanın sayəsində.
- Sizi aparıcılığa aparan yol necə başladı ?
- Teatrda maaşın aşağı olması və bundan dolayı yüngül bir təklif . “ABA” TV fəaliyyət göstərən vaxt orada çalışan rejisoor İlqar Vəliyev zəng etdi və bildirdi ki, “Him-cim” adlı yeni veriliş var. Təklif etdi ki, o verilişin aparıcısı olum. Mən də razılaşdım. Etiraf edim ki, mən aparıcı kimi ona görə fəaliyyətə başlamadım ki, tanınıb, poulyar olum. Bundan sonra da tamada kimi toylara çağrılım.

“...Bu gün mənim üçün də elə qışqıranlar olur”

- Sizi küçədə tanıyanda necə təsir bağışlayır?
- Baxır necə tanıyirlar. 5-ci ya da 6-cı sinifdə oxuyurdum. Rayondan Bakıya gəldik. Valdeyinlərimlə gəzirdim. Bir də gördüm Fuad Poladov gəlir. Bu dəm özümdən biixtiyar bağırdım ki, ana, bax, Fuad Poladov. Gözlənilmədən anamdan bir sillə aldım. Hirslə dedi ki, ayıb olsun sənə, bəlkə gedib əlini gözünə soxasan? Adam elə bağırmaz.O insanı pis vəziyyətdə qoyursan. Sakitcə yaxınlaş salam ver.
- Maraqlıdır, yəqin Fuad Poladov sizin bağırtınızı eşitmişdi.
- Bəli və mənə tərs–tərs baxdı. Amma mənim onun adını bağırmağım tərbiyyəsizlikdən deyildi. Rayon uşağı olduğuma görə həmişə efirdən gördüyüm sevdiyim aktyoru canlı olaraq görəndə, elə bil vəhy gəldi mənə. Əfsuslar olsun ki, bu gün mənim üçün də elə qışqıranlar olur və artıq anlayıram ki, doğrudan da o cür tanımaq və tanınmaq nə qədər xoşagəlməzdir.
- Deməli kiminsə küçədə “Azər Axşama bax”-deyə qışqırması sizi narahat edir...
- Təbii ki, narahat edir. İnanmıram elə tanınmış sima olsun ki, bu şəkilədə adını qışqırsınlar və bu onun xoşuna gəlsin. Gəlirsə, deməli o, peşəkar deyil. Şöhrət xatirinə gələn təsadüfü insandır.
- Bunun peşəkar və ya təsadüfi olmağa nə aidiyyatı var ?
- Aidiyyatı odur ki, peşəkar insan peşəkar tanınmaq istəyir.
- Aparıcı kimi sizə daha çox irad bildirirlər, yoxsa bəyənirlər ?
- Məsəl var “Susmaq razılıq əlamətidir”. Mən də fikirləşirəm ki, yəqin razı qalırlar.
- Siz deyəsən daha çox müstəqil aparıcı kimi fəaliyyət göstərirsiniz.
- Elədir. Amma hal–hazırda müstəqil deyiləm. Xəzər TV ilə bir ilik müqavilə imzalamışam.
- Daha çox əyləncəli və ya intellektual oyunlardan ibarət verilişlərdə aparıcı kimi görünürsünüz. Özünüzü bu səpkidə olan verilişlərdə görürsünüz yoxsa fərqi yoxdur-təki yaxşı qonorar versinlər?
- Mənə elə gəlir veriliş rəhbərləri fikirləşirlər ki, o cür verilişləri Azərdən yaxşı aparan olmaz. Mən həmişə deyirəm, bəlkə məndən də yaxşı aparıcılar var. İndiyə qədər çalışmışam ki, aparıcısı olduğum verlişlər mənim ampluama uyğun olsun.Yəni mən jurnalistsayağı verliş apara bilmirəm. Bir ara Aygüm Kazımovadan sonra ATV-də “Xeyir ola” verilişini apardım. Bir aydan sonra özüm xahiş etdim ki, məni o verilişdən kənarlaşdırsınlar. Mən aktyoram. Jurnalistin demək olar ki, hər şeydən xəbəri olmalıdı. Elə məqamlar var ki, mən aparıcı kimi pis vəziyyətdə qala bilərdim.
- Elə bir vəziyyət alınmayıb deyəsən. Cəld tərpənmisiniz.
- Şükürlər olsun ki, yaxşı qurtardı. Amma aktyor olduğumdan peşəkarcasına o situasiyalardan qaçırdım.
- Olubmu ki, hansısa verlişin aparıcısı oldugunuz televiziyanın rəhbərliyi sizdən narazı qalsın?
- Heç vaxt. Çunki mən apardığım hər bir verilişə övladım kimi yanaşmışam. Onu cəmiyyətə çirkli, eybəcər göstərə bilmərəm. Biz bunu teatırdan öyrənmişik.
- Mənə elə gəlir ki, siz uzaqgörənsiniz. Ona görə belə deyirəm ki, siz gələcəyinizi düşünərərk, aktyor sənətindən gəlir olmayacağını anlayıb aparıcılığı seçmisinin.
- Biz sovet dövründə böyümüşük .O dövürdə belə bir söz deyərdilər:“Əsas sənətdir pul ikincidi”.
- Sizin üçün indi də o prinsip əsasdır?
- Əfsuslar olsun ki, mənim üçün indi elə deyil. Çünki real insanam, xülyalarla, fantaziyalarla, gördüyüm işlərin xatirələri ilə yaşaya bilmərəm. Əgər qarnım ac olacaqsa, o prinsiplə yaşamağa dəyməz. İnsan gördüyü işin qarşılığında normal yaşamaq üçün onu razı salacaq məvacib alırsa, gördüyü işi həmişə xatirəsində xoş saxlayır. Əgər gördüyü iş ona mənfəət gətirməzsə, başlayır nifrət etməyə.

“...yeyib içməyimə 300 manat qalır”

- Çox maraqlıdır, bu sizin fikirinizdi yoxsa digər aktyor həmkarlarınız da sizinlə söhbətdə bunu dilə gətirirlər?
- Öz fikirimdi. Elə aktyorlar var ki, yaddaqalan, gözəl aktyordular. Amma onlar üçün pis oluram. Çox böyük rollar oynayıb,obrazlar yaradıblar. Ancaq bu gün ehtiyyac içində yaşayırlar. Yəni, layiq olduqları səviyyədə yaşamırlar. İstərdim o aktiyorlar elə yaşayış tərzi keçirsinlər ki, seçdikləri sənətə görə peşmançılıq hissi keçirməsinlər.
- Aparıcılar necə, normal dolana bilirlərmi?
- Hamısını deyə bilmərəm..
- Məsələn siz, hər hansı verlişə aparıcılıq üçün dəvət alanda, təklif olunan qonorarla razılaşırsınız, yoxsa öz istəyinizi irəli sürürsünüz ?
- Hər kəs istəyir ucuz qiymətə işlədib keyfiyyətli nəticə əldə etsin. Daha oturub dərindən fikirləşmir ki, az maaş verəndə işçi hər zaman getmək iddiasında olacaq. Və tez-gec, ona yaxşı təklif gələn kimi işi yarımçıq buraxıb gedəcək. Bu gün mənə təklif olunan qonorar qane etmirsə öz təklifimi irəli sürürəm və ortaq məxrəcə gəlib razılaşırıq.
- Maraqlıdır, sizi dəvət edirlər, yoxsa özünüz müraciət edirsiniz ?
- Mən heç vaxt müraciət etməmişəm. Azərbaycanda belə bir şey var-özün müraciət edəndə rəhbər səni istədiyi qiymətə işlədir.
- Məsələn, sisin qazandığınız aylıq gəlir nə qədərdi ?
- Onu hesablamamışam və hesablamaq mümkün deyil. Aldığımı xərclədikdən sonra özümün yeyib içməyimə 300 manat qalır.
- Aparıcısı olduğunuz elə verilişlər olubmu ki, o verilişdən gedəndən sonra digər aparıcının təqdimatı sizi qane etməsin?
- Məni əvəz edən tək “Teletaym” verilişinin aparıcısı Səxavət Nur oldu. Açıq deyim ki, həmin veriliş sadəcə Səxavətin ampluasında deyildi. Dəvət olundu və tez müddətdə də uzaqlaşdı. Səxavət ağıllı aparıcıdı. Gördü ki, bu onun dəsti xətti deyil. Mən onu izləyirəm. Düşünürəm ki, Muğam müsabiqəsndə aparıcı kimi görünməsi ilə öz yerini tapdı. Bilirəm ki, indi rahatdır. Məndə bir tək “Xeyir ola” verilişi ürəyimcə olmayıb. Mənim ampluam deyildi.

“Bəziləri “Azər mənə paxıllıq edir”-deyə ağız büzürlər”

- Necə düşünürsünüz, Azərbaycanda telesimalar çoxdurmu?
- Maraqlı sualdır. Əslində bizdə telesima olub, artıq televiziyadan uzaqlaşanlar çoxdur. Bu gün əksər televeziyyalarda aparıcılar tez-tez dəyişir. Məni görəndə bir çoxları “Lider” deyir. Lider televeziyasına baxanda isə istəyirəm desinlər ki, Azər Axşam. Onda demək ki, mən kanalın tele simasıyam artıq. Məncə telesima olmaq üçün televeziyanın bütün çətinliklərinə dözmək lazımdı.
- Gündəmdə olan aparıcılardan daha çox bəyəndiyiniz kimdir?
- ATV kanalında çalışan Zaur Baxşəliyevin aparıcılığını bəyənirəm. O, həddən artıq içdən yanaşır işinə, kanala və işinə sevgisi var.
- Bəs qane etməyən aparıcılar var?
- Təbii. Çalışırsan onlara səhfini düzəldəsən başa salasan, görürsən ki, inciyirlər. Bəziləri də “Azər mənə paxıllıq edir”-deyə ağız büzürlər.
- Kim düşünür ki, siz ona paxıllıq edirsiniz ?
- Onu deyə bilmərəm. Ad çəkmək istəmirəm. Bir dəfə ad çəkmişdim, çox pis qarşılandı.
- Siz də bir çoxları kimi yerli kanallara baxmırsınız?
-Baxıram. Ümimiyyətlə, mənim fikrimcə bizdə pis kanal yoxdu, pis verlişlər var. Lider TV-də yayımlanan Rəhim Rəhimlinin “Dostum” verlişini çox bəyənirəm. Rəhim özü bir insan olaraq çox təbiidir və verilişini də o ruhda təqdim edir. Televeziya aparıcılığında təbii olmaq ən ündə olan amildir. ATV-də yayımlanan “Burada və indi” verilişinə də baxıram və izləyərkən darıxmıram, əksinə, əhvalım yüksəlir.


Azər Nəsibov- “Simsar” jurnalı

 






10 Noyabr, 2011  18:15 Baxılıb: 3043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner