Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Atilla: “Ayıbdı, ayıb...”

“Qızlara baxanda ayıb olur, gözlərimi yumuram”

Yay məzuniyyətində jurnalımızın kollektivi ilə Hacıkəndə getmişdik. Çox gözəl istirahət etməyimiz bir kənara, qaldığımız evin kiçik oğlu Atilla hamının sevimlisinə çevrilmişdi. İstirahətdə olmağımıza baxmayaraq, rubrikamız üçün Atilladan müsahibə götürmək qərarına gəldim. Dağ kəndində böyüyən uşağın dünya görüşü tamam fərqlidir...

- Adın nədir?
- Atilla.
- Atilla bilirsən kim olub?
- Hə... Mən hökmdar Atillayam!
- Neçə yaşın var, Atilla?
(Anasından təəccüblə soruşur: “Neçədi?” - 6 yaşında olduğunu öyrənir)
- Sən özün bilmirsən ki yaşını?
- Yadımdan çıxıb.
- Böyüyəndə nə olacaqsan?
- Böyüyəndə komandir olacam.
- Ona görə əsgər paltarı geyinmisən?
- Əsgərlər erməniləri tapançayla öldürürlər, döyürlər ona görə.
- Əhsən sənə, afərin! Atilla, ananı çox istəyirsən ya atanı?
- Anamı.
- Niyə?
- Ya da atanı.
- Birini de ?
- Yox. İkisini də çox istəyirəm.
- Televizorda nələrə baxırsan?
- Muftilimə. (Cizgi filminə demək istəyir)
- Toy olsuna baxmırsan?
Utanaraq: - Ay yooox...

“Üzümə şapalaq vurur...”




- Niyə baxmırsan Ulviraya?
- Qızlara baxanda ayıb olur, gözümü yumuram.
- Niyə pis geyinirlər?
- Yox yaxşı geyinirlər ona görə gözümü yumuram. Baxmıram qızlara.
- Röyanı tanıyırsan?
- Yox. Heç birini tanımıram.
- Mahnıya qulaq asırsan?
- Mahnı yoxdu bizdə. Bacıgildə var.
- Bacı harda qalır?
- Bacım gedib.
- Hara?
- Uzaqlara gedib. Bakıya.
- Bəs, qardaşların hardadı?
- Nənəgildə.
- Qardaşlarından hansını çox istəyirsən?
- Fuadı. Ya da ikisini də çox istəyirəm.
- Darıxırsan bacıdan ötrü?
- Yox. Üzümə şapalaq vurur.
- Bacını hirsləndirirsən?
- Özü hirslənib.
- Anayla ata dalaşır heç?
- Yox.

“Kartı salırsan, pul özü çıxır”


- Onda bir-birlərini çox istəyirlər?
- Bilmirəm, eləcə işlərini görürlər.
- Bəs, sevmirlər bir-birlərini?
- Ay yox.. ayıbdı, ayıb...
- Sən sevirsən?
- Yox, ayıbdı. Sevgilim yoxdu.
Çox utancaq müsahib mövzudan yayınaraq qolunu göstərir: - Yaralanıb, yerə yıxılmışdım.
- Niyə, Atilla?
- Qaçırdım.
- Demək, dəcəlsən sən?
- Dəcəl deyiləm, sənsən dəcəl.
- Evlənmək nədir?
- Yaxşı şeydi, amma gözümü yumuram.
- Evlənmək yaxşıdırsa sən də böyüyəndə evlənərsən.
- Yox, yox... ayıbdı...
- Atilla, dostun var?
- Yox.
- Bəs, kimlə oynayırsan?
- Ceyhunla, o da gedib uzaqlara. Bir də Totu, pis uşaqdı. Axı, dağda məni yıxmışdı. Mən də ona təpik vurdum.
- Güclüsən?
- Yox. Hələ qolum güclü deyil.
- Atilla, pul qazanmaq üçün nə etmək lazımdı?
- Kartı salırsan, pul özü çıxır.
- Bəs, hanı sənin kartın yoxdu?
- Yox, amma atanın var.

ŞAHZADƏ GÜL

 






26 Oktyabr, 2011  20:55 Baxılıb: 1831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner