Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FƏRQANƏ QASIMOVA: “ARİF BABAYEVLƏ SİYAVUŞ KƏRİMİ MƏNİ MÜSABİQƏDƏ KƏSDİLƏR”

Həmişə Alim Qasımovla onun haqqında danışanda “Fərqanə çox irəlidədir, hərdən mən ona çata bilmirəm” –deyir. Görəsən əməkdar artist Fərqanə Qasımova necə düşünür…”Simsar”. az saytı ”Simsar” jurnalının Fərqanə Qasımovadan götürdüyü müsahibəni təqdim edir.

-Fərqanə hazırda hansı işlərlə məşğulsan?
-Keçən ildən fərqli olaraq yay aylarını tətıl etdik.
-Artıq mövsüm başladığına görə yəqin ki, yeni planlar da var.
-Bəli, oktyabr ayından artıq səfərlərimiz başlayır. Hara getməyimiz önəmli deyil təbii ki, əsas proqramlarımız hazır olsun.
-Səfərləriniz ilboyu yetərincə olur. Çətin deyil uşaqlarla bu iş?
-Əlbəttə ki, çətindir. Adam istəyir hər işin öhdəsindən layiqincə gəlsin həm də uşaqlara vaxt ayırsın. Ana kimi övladlarıma vaxt ayırmaq, onların təlim-tərbiyyəsi ilə məşğul olmaq istəyirəm. Eyni zamanda mükkəmməl ifaçıliq göstərmək, yaradıcılıqda yeni işlər görmək və s. Təbii ki, bunların hamısının öhdəsindən təkbaşına gəlmək mümkün deyil. Sənətdə atam, uşaqların tərbiyyəsində anam mənə dəstək verir. Onların köməyi olmadan çox çətindir.
-Fərqanəni musiqisiz, sənətsiz təsəvvür etmək olar?
-Xeyr, özümü sənətsiz təsəvvür edə bilmirəm. Hətta müəyyən səbəblərdən müvəqqəti uzaqlaşanda belə darıxıram, içimdə boşluq yarandığının şahidi oluram.
-Alim Qasımovsuz Fərqanə sənətdə ola bilər?
-Tale üzümə güldü ki, mən Alim Qasımovun qızı oldum. Bəlkə başqa ailədə doğulsaydım digər ifaçılar kimi, hər yerdə toy məclislərində, efirlərdə oxuyardım. Ancaq bu günkü halda A.Qasımovun qızı olmaq mənim üçün böyük məsuliyyətdir. Ona görə sənətdə özümün böyuməyimi gözləyirəm. İşimə ehtiyyatla yanaşıram. Ekranda tez-tez görünmək istəmirəm...
-Niyə istəmirsən, bunun nəyi pisdi?
-Biz hər efirə çıxanda yeni proqramla çıxmaq istəyirik, eyni repertuarla dəfələrlə verilişlərə çıxmağın nə mənası var. İşə biganə baxmaq olmaz.
-Verlişlərə getmirsən, yəqin bu o demək deyil ki, həm də baxmırsan....
-Şou xarakterli verlişlərə çalışıram baxmayım.
-Alim Qasımov ata kimi yoxsa müəllim kimi məsuliyyətlidir?
-Onun varlığı mənim üçün məsuliyyətdir. Özü isə həm ata, həm müəllim, həm baba kimi çox məsuliyyətlidir.

“50 il oxuyanlar var ki, o aləmin içinə daxil ola bilməyib”


-Alim müəllim Fərqanənin ifasından razıdır?
-Bəzən razı qalır, bəzən də əksinə danlayır məni. Bir də görürsən konsertdən çıxırıq, deyir ki, o nə oxumaq idi? Elə bil qol-qanadımı sindirirlar. Nə vaxt o məndən razı qalsa deməli onda mən sənətkar olacam.
-Əcnəbi tamaşaçılara ifanı çatdırmaq yəqin daha çətindir...
-Ruhla oxuyanda istənilən tamaşaçı səni anlayır. Gərək çərçivədən ehtiyyatla çıxasan. Əcnəbi tamaşaçı hiss edir ki ifaçı harasa getdi və tamaşaçıları da özü ilə apardı.
-Muğamı sözlə necə izah edərdin?
-Muğam tamam başqa bir aləmdir. O aləmi tanımaq üçün ora getmək lazımdır. Hər adamı da qapısına buraxmır. 50 il oxuyanlar var ki, o aləmin içinə daxil ola bilməyib, elə kənarında qalıb.
-Sən daxil ola bilmisənmi?
-Muğamı dərindən tanıyıram. Ancaq qatlara ayırsaq hələ qalxacaq çox qatım var.
-Ruhuna yaxın olan muğam hansıdır?
-Hamısı gözəldir, Şurun, Çahargahın adını çəkə bilərəm.
-Müasir muğam ifaçılarından kimləri dinləyirsiz?
-Mütəmadi heç kimi izləmirəm, ancaq ya televiziyada ya da radioda rastlaşanda dinləyirəm. Müşahidə aparıram, yaxşı nə varsa götürməyə çalışıram. Muğama qarşı biganə qala bilmirəm.
-Bəs müasir estrada ifaçılarından?..
-Mənim üçün o qədər maraqlı olmadığına görə çətinlik çəkirəm. Zülfiyyə Xanbabayevanın ifasına qulaq asıram.
-Atanın repertuarına nəzər salanda son illər improvizə və sintezlərə daha çox yer ayırdığının şahidi oluruq. Sən də bu yeniliyi öz repertuarına gətirmək istəyirsənmi?
-Əlbəttə istəyirəm. Adətən atama təkliflər gəlir, o da götür-qoy etdikdən sonra əgər maraqlı təklifdirsə qəbul edir. Mənə hələ belə bir təklif gəlməyib, gəlsə, qənaətbəxş təklif olsa yəqin ki, dəyərləndirərəm.

“Leylini oynamağı çox istəyirəm, ancaq Məcnun Alim Qasımov olsa”...

-Leyli olmaq bütün muğam ifaçılarının arzusu kimi, yəqin sənin də arzundur...
-Leylini oynamağı çox istəyirəm, ancaq Məcnun Alim Qasımov olsa... Düşünürəm ki, “Leyli və Məcnun” operasının quruluşunda da, səhnə tərtibatında da dəyişikliklər etmək lazımdır. Hesab edirəm ki, çox uzundur onu bir az qısaltmaq və konkretləşdirmək də olar.
-Bəlkə özünüz qurasız bu operanı, ürəyiniz istədiyi quruluşda...
-Atamla bu barədə çox söhbətlərimiz olub. Vaxt çatışmazlığından edə bilmirik. İnşallah bu məsuliyyətli işi də həyata keçirərik.
- Leylinin və Məcnunun ifaçılarından hansını daha çox bəyənirsiz?
- Deyə bilmərəm tam bəyəndiyim var. Ümumiyyətlə atamın son ifasından sonra tamaşaya baxmamışam. Ancaq televizorda bəzi səhnələri izləmişəm.

“Onun sənətinin böyüklüyünü qəbul etməyə nəfsləri mane olur”

-Uşaqlardan oxumağa həvəsi olan var?
-Maşallah hamısı oxuyur (gülür). Oğlum Qahar daha aktivdi. Babası da hərdən oxudur onu.
-Bəlkə muğam müsabiqəsinə göndərəsiz?
-(Dərindən nəfəs alır) Tezdir hələ. Muğam müsabiqəsində də şou yaratdılar. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Müsabiqəsinə mən də sənədlərimi vermışdim. Arif Babayev, Siyavuş Kərimi məni müsabiqədə kəsdilər.
-Əsasları var idi?
-Xeyr heç bir əsas yox idi.Ürəkləri elə istədi kəsdilər. Ümumiyyətlə danılmaz faktdır ki, Alim Qasımov yolunu bəyənməyənlər, həzm edə bilməyənlər çoxdur. Onun sənətinin böyüklüyünü qəbul etməyə nəfsləri mane olur...
-Stilistin varmı?
-Adətən öz zövqümlə geyinirəm. Ancaq Bakıda verdiyimiz konsert üşün Fəxriyyə Xələfovadan paltar götürmüşəm.
-Fərqanəni sənətçi kimi tanıyirlar. Bəs evində şəxsi həyatında necədir?
-Adi insanlar kimi. Analıq məsuliyyəti, uşaqların məktəbləri, dərsləri ilə məşğul oluram. Ev işləri, yemək bişirmək və sair...

İradə Nurəddinqızı 

 






26 Oktyabr, 2011  18:42 Baxılıb: 3483 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner