Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELYANƏ ƏHMƏDOVA: "ELƏ BİL ƏSGƏRLİKDƏ İDİK" -EKSKLÜZİV

“Özümü öldürmək istəyirdim”

Türkiyənin “Star” kanalında yayımlanan “Star Akademi” yarışmasında iştirakçı olmuş həmyerlimiz Elyanə Əhmədova 8 həftə sonra müsabiqəni tərk etdi. İki gün əvvəl Bakıya dönən gənc müğənni ilə eksklüziv müsahibəni simsar.az saytı sizlərə təqdim edir.
- Səhv etmirəmsə, sən “Yeni ulduz 4” müsabiqəsinin iştirakçılarından olmusan...
- Bəli, amma ilk həftədən müsabiqəni tərk etdim. Əslində, evdən narazılıq etdilər. İstəmirdilər oxuyum. Ona görə də seçim gününə buraxmadılar. Müsabiqə təşkilatçılarına yalandan xəbər verdilər ki, qəzaya uğramışam.
- Sonra isə səni “Eurovision 2011” müsabiqəsinin milli seçimlərində gördük.
- Onda da evdəkilər mənə mane olmağa çalışırdılar. Ən çox da atam. Milli seçimlərə ürəksiz qatılmışdım. Amma 77 yarımfinalçının arasına düşə bildim. Eldar Qasımovla eyni tərkibdə idim. O birinci olub finala düşəndə mən 3-cü yeri tutdum.
- Bəs “Star Akademi”yə qatılmağın necə oldu?
- Çingiz Mustafayev təklif etdi. Özü də qatılmışdı. Azərbaycandan ikimiz getdik. Çox sağ olsun Kamal Cenk İçten. İstambula getməyimiz üçün bizə çox yardımçı oldu.
- Nə əcəb bu dəfə atan mane olmadı?
- Yəqin məcbur oldu. Çünki oxumaq üçün çox cəhd etdiyimi görürdü. O vaxt mənə mane olanda çox ağladım. Dedim ki, özümü maşının altına atacam. Ciddi olaraq özümü öldürmək istəyirdim... Nəhayət atamın ürəyinə rəhm gəldi.
- Səni hansı keyfiyyətlərinə görə müsabiqəyə seçdilər?
- Mən süni adam deyiləm. Olduğum kimiyəm. Münsiflərin diqqətini çəkən ilk bu oldu. Bəyəndilər məni.
- İştirakçılarla münasibətin necə idi? Qalmaqalla qarşılaşdınmı?
- Münasibət çox gözəl idi. Xüsusi olaraq iştirakçı oğlanlar mənə eşq elan edirdilər. Amma hamısına da ilk gündən xəbərdarlıq etdim ki, heç biri ilə aramda belə münasibət ola bilməz. Ailə quracağım adam azərbaycanlı olacaq, inşallah.
- Münsiflərin sənə olan münasibəti necə idi?
- Çox gözəl. Deyilən iradlardan kənar özümə qarşı doğmalıq hiss etmişəm. Azəri olduğuma baxmayaraq, məni digər iştirakçılardan seçmirdilər.
- Canlı efirdə türkcə danışmağın şərt idimi?
- Demək olar ki, bəli. Üstəlik, mən canlı efirdən də qeyd elədim ki, türkcə danışmağımla onlara olan hörmətimi göstərirəm.
- Yarışmanın ümumi ab-havası necə idi? Səni və digərlərini qane edirdimi?
- Yox, açıq demək istəyirəm, elə bil əsgərlikdə idik. Heç nə bizim ixtiyarımızda deyildi. Hətta mahnı seçimləri, geyinmək, makiyaj belə. Telefondan və internetdən də istifadə etməyə qoymurdular. Bu baxımdan, bütün iştirakçılar narazı idik. Hətta bir dəfə canlı efirdən yarışmaya qatıldığım üçün peşman olduğumu da dedim.
- Buna görə sənə irad bildidilər?
- Yox. Çünki narazı olan tək mən deyildim. O biri iştirakçılar da narazılıq edirdilər.
- Belə çıxır ki, oxuduğun mahnılar və geyim, makiyac ürəyincə deyildi.
- Elədir ki, var. Mahnılar püşkatma ilə seçilirdi. Bəxtimdən də həmişə ürəyimcə olmayan mahnılar düşürdü. Geyimlərimin isə onlarla heç bir əlaqəsi yox idi. Amma digər iştirakçılar elə bilirdilər ki, imicmeykerimiz məni məxsusi yaxşı geyindirir. O, deyirdi ki, Elyanəyə torba da geyindirsən yaraşacaq. Ancaq bir dəfə istədiyim mahnını oxudum-Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını. Onu da çox ağladığımdan icazə verdilər. Həmin gün geyindiyim əlbisənin, saç düzümümün və makiyajımın isə mahnı ilə heç bir əlaqəsi yox idi...
- Müsabiqə boyunca kimlər sənə dəstək oldular?
- Daha çox orada yaşayan azərbaycanlılar. Amma Cenk bəyin xüsusi dəstəyini vurğulamaq istəyirəm. Sms baxımından o da mənə çox dəstək oldu. Hər kəsin haqqını halal etməsini diləyirəm.
- Müsabiqədə olarkən Türkiyədə qalıb işləməyin üçün təkliflər aldınmı?
- Dizilərdə çəkilməyim üçün təkliflər almışam. “Star Akademi” yarışmasının təşkilatçısı olan “Endomol” şirkəti ilə 3 illik müqaviləm var. Bütün bu işlər onların təşkilatçılığı ilə görüləcək.
- Türkiyəyə nə vaxt dönəcəksən?
- 3 aydan sonra.
- Orda tanınıb ulduz olacağından əminsənmi?
- Buna əmin deyiləm. Bir azərbaycanlının Türkiyədə ulduz olması mümkün deyil. Amma bir türkün bizdə tanınması çox asandır.
- Bəs burda necə, karyeranı davam etdirəcən?
- Bizdə özümüzünkülərin sənətə gəlməsi və davam etdirməsi daha da çətindir. Gərək külli miqdarda pul xərcləyəsən. Ya da...

Azər






25 Avqust, 2011  14:47 Baxılıb: 3205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner