Türkiyə Silahlı Qüvvələrinin istefada olan ordu-generalı Hasan İğsız həbs olunub
Türkiyə mətbuatının verdiyi məlumata görə, “İnternet andıcı” işində adı keçən 14 şəxsdən biri olan general bu gün səhər saatlarında Beşiktaşdakı İstanbul Ədliyyəsinə çağırılıb. Generalın bu gün həbsxanaya göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, ordu generalı Hasan İğsız Türkiyə Silahlı Qüvvələrində yüksək vəzifələrdə çalışıb. O istefaya çıxmazdan əvvəl Baş Qərargah rəisinin müavini və 1-ci ordu komandanı vəzifələrindən çalışıb.