Eksprezidentin oğlu ilə vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq
Xəbər verildiyi kimi, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. Bu barədə ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, bu gün dünyasını dəyişən mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkib.
Mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, köhnə Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.
Hazırda Rusiyada yaşayan sabiq prezidentin oğlunun dəfn mərasimində iştirak edib-etməyəcəyi bəlli deyil. A. Əlizadə bildirib ki, bu barədə heç nə deyə bilməz.
Allah rəhmət eləsin!
Verilən məlumata görə, Mütəllibov oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırır. Onun bu gecə Bakı-Moskva avia reysi ilə vətənə dönəcəyi bildirilir.