Tanınmış aktyorun 63 yaşı tamam olur
“Nəsimi”, “Babək”, “Dədə Qorqud” və “Sönmüş ocaqların işıqları” filmlərində oynadığı rollarla tamaşaçı sevgisi qazanan R.Balayev 1948-ci ilin avqustun 8-də Ağsuda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. İk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.
R.Balayev “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı”, “Həm ziyarət, həm ticarət” kimi filmlərdə kiçik rolları ifa edib. Son çəkildiyi film “Qala” adlanır. Dövlət Mükafatı laureatıdır. Bir sıra orden və medallarla təltif olunub.
Simsar.az